Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilir ki, yanğının binaya keçməsinin qarşısını alınıb.
***14:47
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Globalinfo.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
Məlumata görə, ərazidə 3 minik avtomobili yanıb. Yanğının yaşayış binasına düşməsi təhlükəsi var.
Əlavə məlumat veriləcək.