• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ən sağlam yaz tərəvəzlərinin siyahısı
Yuxuda ağız suyunun axmasının səbəbləri
Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
Musiqi dinləməyin 4 faydası
Yuxu keyfiyyətini pozan əsas səhvlər
İran ABŞ və İsraildən təzminat tələb etdi
Ağız qoxusuna görə hansı həkimə getməli?
NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliyevdən Ukrayna müharibəsi ilə bağlı möhtəşəm açıqlama

Xəbərlər

10-04-2025, 11:23

Əliyevdən Ukrayna müharibəsi ilə bağlı möhtəşəm açıqlama


Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA-da keçiriən "Yeni dünya nizami" forumunda deyib.

"Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın. Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti bizimki ilə müqayisədə xeyli uzundur. Bəli, bu gün fərqli görünür. Bizə gəldikdə, təmas xətti Ermənistanın xeyli xeyrinə idi, çünki təbiətin relyefi onlara üstünlük verərək onları qoruyurdu və əslində, işğalı davam etdirməyə şərait yaradırdı. Üstəgəl, 26 illik atəşkəs dövründə, onlar bəzən beş, bəzən altı və hətta ondan çox səngər, tikanlı məftil və mina zolaqları kimi istehkam xətlərini yaratmışlar. Hər həftə mina partlayışına görə bizim itkilərimiz olur. Təxminən 400 şəxs minaya düşüb. Onlardan 70-dən çoxu həyatını itirib, qalanları ciddi bədən xəsarəti alıb. İnsanlar Ukraynada atəşkəs və ya sülh haqqında danışanda onlar qoşunlara nəzarət etməyin nə dərəcədə çətin olduğunu anlayırlarmı? Ukrayna və Rusiya ordularında nizam-intizam səviyyəsi nə yerdədir? Bilmirəm. Bəlkə də bilirəm, lakin şərh vermək istəmirəm. Azərbaycan Ordusunda nizam-intizam səviyyəsi yaxşı məlumdur. Biz Ali Baş Komandanın bircə əmri ilə Xankəndinin yaxınlığında dayandıq. Digər tərəfdən, həmin təmas xətti təhlükəsiz və etibarlı olacaqmı? Vasitəçi olmağı arzulayan dairələr həmin təmas xəttində beynəlxalq sülhməramlıları tələb edəcəklərmi? Onlar işğal illəri ərzində bunu bizdən tələb etdilər. Birləşmiş Ştatlar, Rusiya və Fransanın ümumi mesajlarından biri təmas xəttinə, belə demək olarsa, sülhməramlıların gətirilməsi idi. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar bizdən işğal ilə barışmağı istəyirdilər. Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq. Düşünürəm ki, bu, ədalətli və realist görünmür, çünki “gəlin müharibəni dayandıraq” kimi yaxşı sözləri söyləmək işin bir hissəsidir. Onun digər hissəsi, daha dərinə baxmaq və yaxın vaxtlarda müharibədən çıxmış ölkələrdən soruşmaq ki, dayanıqlı sülhü qurmaq üçün hansı razılaşmalar lazımdır? 1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır. Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq. Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir", - Prezident əlavə edib.

Oxunub: 165
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-03-2025, 20:32

Əliyev: Hətta Rusiya-Ukrayna münaqişəsi dayansa belə...

Xəbərlər

7-09-2024, 13:42

Putin və Zelenski Bakıda görüşə bilər – Əliyevin yeni həll variantı təklifi

Xəbərlər

5-07-2024, 23:26

Atəşkəs ola bilməz: Tam sülhün birinci şərti isə budur!

Xəbərlər

26-04-2022, 17:13

Qarabağda yenidən dəhşətli müharibə BAŞLAYA BİLƏR - ŞOK AÇIQLAMA

Xəbərlər

10-05-2021, 19:13

Noyabrın 10-da imzalanmış bəyanat qüvvəsini itirib? - İlham Əliyevdən AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ən sağlam yaz tərəvəzlərinin siyahısı
Yuxuda ağız suyunun axmasının səbəbləri
Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
Son xəbərlər
  • Dünən, 22:30
    Ən sağlam yaz tərəvəzlərinin siyahısı
  • Dünən, 21:00
    Yuxuda ağız suyunun axmasının səbəbləri
  • Dünən, 20:50
    Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
  • Dünən, 19:16
    İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
  • Dünən, 18:49
    Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
  • Dünən, 18:07
    Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
  • Dünən, 17:24
    Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
  • Dünən, 16:51
    İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
  • Dünən, 15:00
    Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
  • Dünən, 14:48
    Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
  • Dünən, 13:08
    Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
  • Dünən, 12:04
    Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
  • Dünən, 11:08
    Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
  • Dünən, 10:46
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Dünən, 09:02
    Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
  • 22-03-2026, 22:45
    Musiqi dinləməyin 4 faydası
  • 22-03-2026, 21:26
    Yuxu keyfiyyətini pozan əsas səhvlər
  • 22-03-2026, 20:11
    İran ABŞ və İsraildən təzminat tələb etdi
  • 22-03-2026, 18:49
    Ağız qoxusuna görə hansı həkimə getməli?
  • 22-03-2026, 17:33
    NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
  • 22-03-2026, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • 22-03-2026, 14:20
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • 22-03-2026, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
  • 22-03-2026, 11:32
    ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
  • 22-03-2026, 10:24
    İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
  • 22-03-2026, 09:08
    Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
  • 21-03-2026, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • 21-03-2026, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • 21-03-2026, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • 21-03-2026, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə