ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şoşanna Çatfildin NATO-nun Brüsseldəki hərbi komitəsindən qovulmasının səbəbi bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə Demokrat partiyasının Senatdakı nümayəndəsi Jasmin Krokett sosial şəbəkədə yazıb.
O bildirib ki, vitse-admiral NATO-nun ofisində Donald Tramp və Pit Heqsetin portretlərini asmaq istəmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Bundan əvvəl Pentaqonun sözçüsü Şon Parnell bildirmişdi ki, Çatfild etimadı itirdiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.
"O, işinin öhdəsindən gələ bilmədiyi üçün deyil, Tramp və Heqsetin portretlərini asmaq istəmədiyi üçün işdən çıxarılıb", - Krokett deyib.