• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"USAID bataqlığı" qurudulur: “Bu, sadəcə qurd topasıdır”

Xəbərlər

8-02-2025, 11:15

"USAID bataqlığı" qurudulur: “Bu, sadəcə qurd topasıdır”


Donald Tramp Ağ evə qayıdışından sonra verdiyi qərarlarla gündəm yaratmaqda davam edir. Onun xarici ölkələrə yardımların 90 gün müddətinə dondurulması barədə sərəncamının ardınca, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı sərgilədiyi mövqe ciddi rezonans doğurub. Belə ki, təşkilat vasitəsi ilə ayrılan yardımlarla bağlı yoxlamalar aparılacaq. Söhbət 50 milyard dollara yaxın vəsaitdən gedir. Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib.

Ağ ev rəhbərinin məlum tutumunun konturlarını Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Maskın son açıqlamalarında görə bilərik. O bildirib ki, USAID-in ləğvi prosesi gedir, təşkilat bərpa oluna bilməz: "Bu, qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".

Mask təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə də ittiham edib. "Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?" - Mask "X" sosial şəbəkəsində yazıb.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin də mövqeyi birmənalıdır: “USAID proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir”.

Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ yardımının yalnız 10-13%-i nəzərdə tutulan alıcıya çatır. "Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib.

Korrupsiya, narkotik istehsalı, talama

ABŞ mətbuatının məlumatına görə, agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Milyarder Den Pena bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır. Onun sözlərinə görə, bunu hamı bilir, amma heç kim danışmır.

USAID-in adı narkotik vasitələrin satışı və becərilməsində iştirakda da hallanır. Belə ki, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Mediada təşkilatın Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə də xəbərlər yayılıb.

Azərbaycan rəhbərliyinin uzaqgörənliyi

Qeyd edək ki, USAID uzun illər postsovet məkanı, eləcə də Cənubi Qafqazda müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Təşkilatın destruktiv fəaliyyətinin nəticələri əvvəlki illərdə Azərbaycanda da hiss edilib. Lakin ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində bu təhdidlər minimallaşdırılıb və tamamilə aradan qaldırılıb. Elə bu səbəbdəndir ki, Bayden administrasiyası dönəmində Vaşinqtonla Bakı arasında münasibətlərdə narazılıqlar olub.

Bu baxımdan Azərbaycan rəhbərliyinin USAID-in taleyi ilə bağlı bir müddət əvvəl səsləndirdiyi fikirlər diqqət çəkir. Hələ keçən ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, yardım asılılıq yaratmamalıdır: “Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”.

Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramovun yanvarın ortalarında açıqladığı məqamlar da vurğulanmalıdır. Nazir bəyan edib ki, USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırladıb ki, 2000-ci ildən çərçivə sənədi mövcud idi: "Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir”.

Samanta Pauerlə Ruben Vardanyanı birləşdirən maraqlar

USAID-in anti-Azərbaycan fəaliyyəti tək ölkəmizdə daxili siyasi proseslərə müdaxilə ilə yekunlaşmır. Burada ən çox diqqəti cəlb edən məqam təşkilatın bu illər ərzində bir dəfə də olsun Ermənistanın Azərbaycana təcavüzünü pisləməməsi, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməməsi, hətta onlara bir manat da yardım ayırmamasıdır. USAID-in direktoru da ermənipərəst Samanta Pauerdir. O, dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini vaxtilə təhdid edən separatçılara dəstək verməsi ilə tanınır. Onun Qarabağda özünü "dövlət naziri" elan edən və hazırda Bakıda məhkəməsi keçirilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanla da sıx əlaqələri daim müzakirə mövzusu olub. Vardanyanın "Aurora" təşkilatının təsis etdiyi mükafatlardan biri məhz Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat bir milyon dollar məbləğində qrant alıb. Təbii ki, bu qrant Samantaya ermənipərəst mövqeyi, separatçılara dəstəyi müqabilində verilib.

Beləliklə, artıq hər bir istiqamətdə çərçivələri aşaraq hətta ABŞ-nin özünün maraqlarını təhdid halına gələn USAID ətrafında yaşananlar ciddi proseslərin xəbərçisi kimi də qiymətləndirilə bilər. Bu addımlar bədnam Bayden-Blinken cütlüyünün dünyada yaratdığı bataqlıq mənbələrinin qurudulması istiqamətində bir şans kimi görünür. Hər şey Tramp administrasiyasının qətiyyətindən və iradəsindən asılıdır. ("Kaspi" qəzeti)

Oxunub: 483
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-02-2025, 22:43

Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır?

Xəbərlər

12-09-2024, 12:58

ABŞ-ın Ermənistan planı: Rəsmən imzalandı

Xəbərlər

11-04-2023, 15:36

Melaniya Tramp ərinin həbsindən sonra səssizliyini pozdu

Xəbərlər

23-09-2022, 21:05

Tramp: "ABŞ-ı yalnız Si Cinpin kimi güclü lider xilas edə bilər"

Maraqlı

9-01-2022, 20:38

İlon Maskın anası Azərbaycanla bağlı paylaşım edib - FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Son xəbərlər
  • Dünən, 22:29
    BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
  • Dünən, 21:34
    Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
  • Dünən, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Dünən, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Dünən, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Dünən, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Dünən, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Dünən, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Dünən, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Dünən, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Dünən, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Dünən, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Dünən, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • 9-09-2026, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • 9-09-2026, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 9-09-2026, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • 9-09-2026, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • 9-09-2026, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • 9-09-2026, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • 9-09-2026, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • 9-09-2026, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • 9-09-2026, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • 9-09-2026, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • 9-09-2026, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • 9-09-2026, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə