Ukrayna ABŞ Konqresinin təsdiq etdiyi yardımın cəmi 10 faizini alıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın prezidenti Vladimir Zelenski deyib.
“Əgər sizdə artıq səs verilmiş paketin cəmi on faizi varsa, bu, gülməli deyil”, - Zelenski qeyd edib.
O, əlavə edib ki, Ukrayna hakimiyyət orqanları əməliyyatları planlaşdırarkən konkret həcmdə resursa ümid edirdi.