“Ermənistanın Baş naziri Nikol Paşinyan 9 Noyabr (10 Noyabr – red.) üçtərəfli bəyanatından sonra Azərbaycana o qədər güzəştə getdi ki, həmin sənəd artıq bizim üçün şükürlüdür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.
O, üçtərəfli bəyanatın 8 maddəsinin artıq keçərsiz olduğunu bildirib:
“Sadəcə bir maddə qalıb, o da dəhlizlə bağlıdır. Paşinyan artıq dəhlizi Azərbaycana təslim edib, yol açılacaq. Sadəcə, orada təhlükəsizlik mexanizminin necə olacağı hələ məlum deyil. Baş nazir bu məsələ ilə bağlı danışıqlar aparır, hamını ələ salır. Belə davam edərsə, yaranmış vəziyyət müharibə ilə nəticələnəcək”.