Ədirnədə ağac qırıqları toplamaq üçün meşəyə gedən kişi qəzetə bükülən kəsilmiş qadın qolu tapıb.
Araşdırmalar zamanı həmin kəsilmiş qolun rəqqasə Didəm Usluya aid olduğu ortaya çıxıb.
Belə ki, tapılmış qolun kimə aid olduğunu öyrənmək üçün polis həmin meşədə araşdırmalar aparıb. Araşdırmalar zamanı Didəm Uslunun kəsilmiş başı və bədənin digər hissələri
tapılıb.
Hazırda Didəm Uslunu kimin və hansı səbəbə öldürdüyü barəsində araşdırmalar aparılır.