• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Yumurtanı səhər yox, axşamlar yeyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda parlament buraxılır - Növbədənkənar seçki olacaq

Xəbərlər

20-06-2024, 17:53

Azərbaycanda parlament buraxılır - Növbədənkənar seçki olacaq


İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan Publika.az-a verilən məlumata görə, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edilmiş, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilmişdir: “Bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunmuşdur. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkiləri milli birlik və həmrəyliyimizin növbəti təzahürü olmuşdur”.

YAP Sədrinin müavini vurğulayıb ki, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin dekabrında şahidlik etdik: “Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edərək iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq, COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaqdır”.

Tahir Budaqov əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Sonra YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.

Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Oxunub: 573
Paylaş:
Digər xəbərlər

Xəbərlər

31-12-2023, 15:48

Ölkəmiz üçün 2023-cü ilin 7 əsas hadisəsi

Xəbərlər

12-12-2023, 12:26

YAP elan etdi: Namizədimiz İlham Əliyev olacaq

Xəbərlər

9-11-2023, 09:07

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər

26-09-2022, 23:24

Sabah Azərbaycanda Anım Günüdür

Xəbərlər

19-06-2020, 11:01

"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır" – İlham Əliyev

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Son xəbərlər
  • Bu gün, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Bu gün, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Bu gün, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Bu gün, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Bu gün, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Bu gün, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Bu gün, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Bu gün, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • Dünən, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • Dünən, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • Dünən, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • Dünən, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • Dünən, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • Dünən, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • Dünən, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • Dünən, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • Dünən, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • Dünən, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • Dünən, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • Dünən, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • 21-08-2026, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • 21-08-2026, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • 21-08-2026, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • 21-08-2026, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • 21-08-2026, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • 21-08-2026, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • 21-08-2026, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • 21-08-2026, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • 21-08-2026, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • 21-08-2026, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə