Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollar satılıb.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda ümumilikdə 279,9 milyon dollarlıq sifariş yaranıb.
V.Bayramov dollara tələbin artmasının mövsümi faktorlarla bağlı olduğunu və bunun MB tərəfindən əvvəlcədən nəzərə alındığını da qeyd edib.
O vurğulayıb ki, manata təzyiq artsa da, hazırda məzənnəni Mərkəzi Bank müəyyən edir və manatın məzənnəsinin dəyişməsi yalnız MB-nin qərarına bağlıdır.