Bu gün Ərdəbil şəhərində bir qrup əlil Ümumi Rifah İdarəsinin qarşısına toplaşaraq “Əlillərin müdafiəsi haqqında” qanunun 27-ci maddəsinin həyata keçirilməməsinə etiraz ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, “Əlillər haqqında” qanunun icra olunmaması ölkədə insan ləyaqətinin təhqiri və insan hüquqlarının açıq şəkildə pozulmasıdır.