• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu QİYMƏTLƏRİ

Xəbərlər

16-09-2023, 16:16

Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu QİYMƏTLƏRİ

Bu gün - sentyabrın 16-da iki aylıq məhərrəmlik əyyamı bitir. Toy mövsümü yenidən başlayır. Bəs ötən iki aylıq zaman, daha doğrusu, inflyasiya şadlıq evlərindəki menyu qiymətlərinə necə təsir edib?

Bildirilir ki, qiymətlərdə əvvəlki ilə müqayisədə minimum 5 manat artım müşahidə olunur. Hazırda 35-40 manata kimi olan menyularda qiymətlərin 20 faizə qədər artdığı deyilir. O da qeyd edilir ki, menyu qiymətlərində artım olsa da, restoranların əksəriyyətində demək olar ki, boş yer qalmayıb. İnzibatçılar deyir ki, menyularda tətbiq olunan qiymət artımı ümumi ərzaqların qiymətinin dəyişməsi ilə bağlıdır. Hətta elə restoranlar var ki, yaranmış qiymət fərqinə baxmayaraq, oktyabr ayına qədər demək olar ki, bütün günlər bron edilib.

Qiymətlər nə dərəcədə reallıqla uzlaşır?

“Saffir” şadlıq sarayından “Yeni Müsavat”a bildirilib ki, ümumiyyətlə, Məhərrəm ayında toy etməyiblər: “İki ay müddətində şadlıq sarayını təmirə bağlamışdıq. Amma işçilərin maaşlarını verirdik. O ki qaldı, qiymətlərin artmasına, bu amil menyulara təsir etməyəcək. Köhnə qaydada necə olubsa, bu il də elə olacaq, qiymətləri artırmayacağıq”.

“Crand Neon” şadlıq sarayının adminstratoru Əfqan Məmmədov da deyib ki, köhnə qiymətlərlə davam edəcəklər: “Hələ ki qiymətləri qaldırmamışıq. Çünki artıq sentyabr, oktyabr, noyabr ayları üçün sifarişlər əvvəldən edilib. Onları da köhnə qiymətlərlə qəbul etmişik”.

Restoranın nümayəndəsi əlavə edib ki, sifarişlər çox azdır: “Özümüz də məəttəl qalmışıq, iki aydır, toy yoxdur. Əslində indi sifarişlər həddən çox olmalı idi. Çünki əvvəlki illərdə avqust ayında çox müraciətlər olurdu, toy, nişan, ad günü və sairə. İndi sanki yoxa çıxıb. Sentyabrın 15-dir, tək hallarda müraciətlər olur. Yəni müraciətlərdə təqribən 50 faiz azalma var. Bilmirəm, bəlkə sentyabr ayı 44 günlük Vətən müharibəsinin anım dövrünə təsadüf edir ona görə. Amma biz səbəbini anlaya bilmirik”.

“Böyük Saray”da da vəziyyət eynidir. Şadlıq evinin adminstratoru Əli Qasımov deyib ki, bazarda qiymətlər artsa da, menyunun qiyməti artırılmayacaq: “Biz əvvəldən sifarişləri artıq götürmüşük, qiymətləri artırmaq düzgün olmaz. Düzdür, sifarişlər azdır, durğunluqdur. Bunun da səbəbi Bakıda şadlıq evi, restoranların sayının çox olmasıdır. İstər-istəməz bu sifarişlərin azalmasına öz təsirini göstərir”.

“Xəmsə” şadlıq sarayının rəhbəri, tanınmış iş adamı Mürvət Həsənli “Yeni Müsavat”a bildirib ki, restoranda ciddi qiymət artımı yoxdur: “Amma digər restoranlardan eşidirəm ki, ola bilər ki, qiymət artımı olsun. Ciddi qiymət artımının olması üçün bazardakı ümumi qiymətlərdə artımın olması lazımdır. Bazarda qiymətlər qalxıb deyə qiymət artımı ola bilər. Amma bizdə qiymət artımı yoxdur. Toylar normal qaydasında gedir. Fikrimcə, bu il belə də davam edəcək. Gələn il qiymətlər qalxarsa, biz də menyuların qiymətini artıra bilərik. Hazırda sifarişlər əvvəlki illərə baxanda çox azdır. Bildiyim qədər Bakıda 600-dən çox şadlıq evi var. Onlardan neçəsi hazırda bağlanıb bilmirəm. Çox güman ki, yaxın gələcəkdə şadlıq saraylarının bağlanması mümkündür. Kim işləyə biləcəksə, müəyyən dövr üçün işləyəcək”.

Artıq neçə aylardır ki, iqtisadçılar da şadlıq sarayları ilə bağlı bədbin proqnozlar verirlər. Qeyd edilir ki, yaxın gələcəkdə şadlıq saraylarının müflis olması qaçılmazdır. Nəzərə alınsa ki, toy mövsümünün ən aktiv dövrü Ramazan ayına təsadüf etdi. Həm mart ayı, həm də aprel ayı təsir göstərdi. May ayında da adətlərə görə toy edilmir. Ekspertlər qeyd edir ki, ötən ildən inflyasiya gedir, bu 40 faiz özünü göstərdi. Hazırda da davam edir. Qiymətlərin artması sözsüz ki, restoranlarda menyuların bahalaşmasına səbəb olub.

İkinci məsələ - şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evləri əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi. Tələb çox, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Hazırda bu da məsələyə öz təsirini göstərir. Ona görə də insanlar daha az toy etməyə meylidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi. Artıq dəbdəbəli toylar gündəmdə deyil, kiçik kompakt toylar etmək istəyirlər. Bir sözlə, ekspertlər hesab edir ki, yaxın gələcəkdə şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaq.

Oxunub: 428
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-08-2023, 18:32

Ərzaq qiymətləri bu tarixdən BAHALAŞACAQ

Səhiyyə

29-11-2022, 10:22

Azərbaycanda tibbi xidmətlər BAHALAŞDI

Xəbərlər

22-05-2022, 00:33

Toy edənlərə BƏD XƏBƏR - Şadlıq saraylarında bundan sonra...

Xəbərlər

18-12-2021, 16:31

Təyyarə biletləri ucuzlaşır - YENİ QİYMƏTLƏR

Xəbərlər

8-07-2021, 18:54

Məhərrəmlikdə toy etmək olar? – İlahiyyatçı “hə” dedi, restoranlar isə…

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Son xəbərlər
  • Bu gün, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • Bu gün, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • Bu gün, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • Bu gün, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • Dünən, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • Dünən, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • Dünən, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • Dünən, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • Dünən, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • Dünən, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Dünən, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
  • Dünən, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Dünən, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • 7-08-2026, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • 7-08-2026, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • 7-08-2026, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • 7-08-2026, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • 7-08-2026, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • 7-08-2026, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • 7-08-2026, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • 7-08-2026, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • 7-08-2026, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • 7-08-2026, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • 7-08-2026, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • 7-08-2026, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • 7-08-2026, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə