Çeçenistan Respublikasının rəhbərinin nümayəndəsi Albert Romanov Kalininqradda istintaq təcridxanasına salınıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "TASS" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"Aparılan əməliyyat-axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Cinayət Məcəlləsinin 4-cü hissəsi ilə cinayət törətməkdə ittiham olunan Albert Ruslanoviç Romanovu saxlayıblar. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291.1-ci maddəsi ("Xüsusilə böyük miqyasda rüşvətxorluqda vasitəçilik”). O, Moskvaya köçürülüb, orada Basmannı məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qərarı qüvvəyə minib", - məlumatda deyilir.
Nəşrin məlumatına görə, Romanov Rostov vilayət məhkəməsinin keçmiş sədri Yelena Zolotareva, onun keçmiş müavini Tatyana Yurova və məhkəmə şöbəsinin müdiri Andrey Roşçevskiyə rüşvət verilməsində vasitəçi hesab olunur.