• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq
Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
Hörmüzə hücum olsa, Tehranı... - Tramp
Ağciyər xərçənginin səssiz əlamətləri: çox zaman göz ardı edilir
Azərbaycanda iş saatları dəyişir? – Yeni rejimlə bağlı vacib açıqlama
İşğal edilən ərazilərimizi bombalayacağıq - İran
Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər
6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Bakını gizli görüş yeri seçən kimlərdir? - Prezident Berlin səfərindən öncə DSX-dən məlumat alıb
İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Çindən Gürcüstana atılan “qarmaq”

Xəbərlər

6-08-2023, 18:39

Çindən Gürcüstana atılan “qarmaq”


Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Siçuan əyalətinin mərkəzi Çenqduda Çin Sədri Si Cinpinlə görüşməsi iki ölkə arasında strateji tərəfdaşlığın qurulması üçün yeni mərhələ kimi qiymətləndirilə bilər.

Qaribaşvili Çenqduda Çin lideri Si Cinpin və Pekində Baş nazir Li Çianla görüşdükdən sonra Gürcüstan və Çin birgə bəyanat yayaraq, münasibətlərini strateji tərəfdaşlığa yüksəltdiklərini elan ediblər.

Görüşlər əsnasında Çinin Gürcüstanı dost və yaxşı tərəfdaş kimi xarakterizə etməsi, beynəlxalq arenada proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, Tbilisiyə münasibətin dəyişməz qalacağını bəyan etməsi maraq doğurur.

Çinlə Gürcüstan arasındakı yeni dünya düzəninə uyğun isinişmə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) paradiqmalarında xüsusi mövqeyə yerləşdirilməkdən xəbər verir.

Bunlar Çinin regional və qlobal iddialılıq səviyyəsini yüksəltməsinin müşayiəti ilə ortaya çıxan tablodur.

Tbilisi-Pekin xəttindəki sazlıq Azərbaycan üçün də müsbət siqnallardır, çünki Orta Dəhlizdə Azərbaycan və Gürcüstanın əhəmiyyəti Çinin gözündə böyükdür. İkinci bir məqam Zəngəzur dəhlizi layihəsinin Orta Dəhliz xəttinə inteqrasiya edilməsi modelidir, hərçənd ki, Gürcüstan “Zəngəzur”dan yan keçir.

Ancaq Çin üçün Gürcüstanın Zəngəzur dəhlizinə münasibətinin o qədər önəmi yoxdur, çünki Pekin özü həmin layihəyə strateji maraq göstərir.

Çin özünün qlobal yayılma arealı olan “Bir kəmər, bir yol” təşəbbüsünün imkanlarını Cənubi Qafqazda infrastruktur layihələrində göstərir, bundan sonra isə onun xarakterinə siyasi motivlərin aşkar hopdurulmasının şahidi ola bilərik.

Pekin Orta Dəhlizi özünün mənbə qismində çıxış etdiyi ticarət marşrutlarından biri kimi qeyd edir. Həmin layihə Çindən Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya doğru yön alan marşrut xəttində Pekinin təsir alətlərini artırır.

Çin bunun effektivliyi üçün koordinasiyanın, potensialların artırılmasını marşrutboyu ölkələr üçün əsas prioritetlərə çevrilməsi sxemində qurur. Qaribaşvilinin Çini tərk etdikdən sonra Orta Dəhlizdə olan başqa bir ölkəyə - Qazaxıstana - yollanması yaxın günlərdə və aylarda Bakı, Ankara, Gürcüstan, Astana xəttində birgə danışıqların olacağına işarələr verir.

Bu marşrut üzrə strateji tərəfdaşlıq xətləri Avropa İttifaqının da Çinə göstərdiyi xoşməramlı niyyətləri ilə əlaqəli xüsusiyyətlərin inkişafı deməkdir. Deməli, daha geniş formatda, Avropa İttifaqının iştirakı ilə danışıqlar masası qurula bilər.
Ancaq Qərbin və dünyanın hegemon gücü olan ABŞ üçün bu xarakterin formalaşması məqbul deyil, artıq Gürcüstanda çıxan səslər Vaşinqton mərkəzli tezis kimi başa düşülə bilər.

Gürcüstandakı qərbmeyilli dairələrdə belə fikirlər var ki, Gürcüstanın Çin qarşısındakı öhdəlikləri boşdur, çünki Tbilisi NATO və Avropa İttifaqına inteqrasiyanın tərəfdarıdır.

Hərçənd ki, ABŞ-nin Tbilisidəki səfiri Kelli Deqnanın Gürcüstan-Çin əməkdaşlığına reaksiyası daha sönük olub. O, Qaribaşvilinin səfərini Gürcüstan üçün vacib hesab edərək Tbilisinin tərəfdaşlıqla bağlı seçimlərinə hörmətini ifadə edib.

Lakin bu bəyanat o qədər də səmimi notlara söykənmir, əslində, belə mövqe daha çox Avropa İttifaqının Çinə doğru əyilmiş mətnlərinin surəti kimi görünür.

ABŞ ondan ehtiyatlanır ki, Çin Avropa İttifaqını, Mərkəzi Asiyanı, Cənubi Qafqazı öz çətirində tutmaq üçün başını siyasi mübahisələrin həllinə də salsın.

Bu, Vaşinqton üçün ciddi çağırış olaraq qaldıqca isə Çin Cənubi Qafqazı öz orbitinə salmaqdan ötrü fəallaşacaq.

Çinin regionun digər iki ölkəsi ilə – Azərbaycan və Ermənistanla – danışıqlara başlayacağını proqnozlaşdırmaq olar.

Oxunub: 436
Paylaş:
Digər xəbərlər

Xəbərlər

30-06-2023, 14:21

Astana və Bakının layihəsi: “Darboğaz” aradan qaldırılır

Xəbərlər

7-11-2022, 20:14

ABŞ Çinin dünya liderliyini necə əngəlləyir? - DETALLAR

Xəbərlər

24-10-2022, 19:09

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Xəbərlər

14-04-2021, 22:54

Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH

Xəbərlər

17-06-2019, 18:25

Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır - Zalkaliani

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Son xəbərlər
  • Bu gün, 15:04
    Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
  • Bu gün, 12:38
    Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
  • Bu gün, 09:06
    Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
  • Dünən, 21:36
    İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
  • Dünən, 20:50
    İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
  • Dünən, 19:13
    Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
  • Dünən, 18:21
    Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
  • Dünən, 17:24
    O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
  • Dünən, 16:11
    İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
  • Dünən, 15:39
    Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq
  • Dünən, 14:53
    Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
  • Dünən, 13:26
    Hörmüzə hücum olsa, Tehranı... - Tramp
  • Dünən, 12:47
    Ağciyər xərçənginin səssiz əlamətləri: çox zaman göz ardı edilir
  • Dünən, 11:40
    Azərbaycanda iş saatları dəyişir? – Yeni rejimlə bağlı vacib açıqlama
  • Dünən, 10:28
    İşğal edilən ərazilərimizi bombalayacağıq - İran
  • Dünən, 09:09
    Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər
  • 21-07-2026, 22:26
    6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
  • 21-07-2026, 21:42
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • 21-07-2026, 20:58
    Bakını gizli görüş yeri seçən kimlərdir? - Prezident Berlin səfərindən öncə DSX-dən məlumat alıb
  • 21-07-2026, 19:11
    İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür
  • 21-07-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 21-07-2026, 17:20
    Qərbdən Zelenskiyə gözlənilməz təzyiq: “Bunu tezliklə həll et, əks halda…”
  • 21-07-2026, 16:07
    Türkiyədə idarəetmə sistemi dəyişir?
  • 21-07-2026, 15:24
    Hamiləlikdə ödem: Normal hal, yoxsa xəbərdarlıq siqnalı?
  • 21-07-2026, 14:48
    Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Merts bu yolla nəyə nail olmağa çalışır?
  • 21-07-2026, 13:15
    Onlar Paşinyana qarşı hərəkətə keçdilər: Ermənistan parlamenti boş qala bilər
  • 21-07-2026, 12:33
    Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
  • 21-07-2026, 11:33
    Neftlə bağlı xəbərdarlıq: Cəmi bir neçə gün ərzində bu qiymətə ola bilər
  • 21-07-2026, 10:17
    İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
  • 21-07-2026, 09:07
    İsti havalarda susuzluğun qarşısını alan 8 qida
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə