Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev şəxsi Teleqram kanalında ABŞ prezidenti Co Baydenin Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsini məsuliyyətsizlik adlandıran bəyanatına reaksiya verib.
Elchi.az bu barədə Mk.ru–ya istinadən bildirir.
Medvedev Amerika liderini “köhnə çürük kötük” adlandırıb və xatırladıb ki, ABŞ-ın Amerika nüvə silahları çoxdan Avropanın genişliyində yerləşdirilib.
O, Amerika nüvə silahlarının yerləşdiyi ölkələri sadalayıb: Almaniya, Belçika, Hollandiya, İtaliya və Türkiyə: “Və bunlar taktiki nüvə silahları deyil, aviasiya sursatlarıdır”, – rusiyalı siyasətçi qeyd edib.