• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tez-tez tərləmə bu xəstəliklərdən XƏBƏR VERİR

Xəbərlər

24-05-2023, 19:16

Tez-tez tərləmə bu xəstəliklərdən XƏBƏR VERİR


Dəri çox mürəkkəbdır. O, insan orqanizminin tamlığını və normal həyat fəaliyyətini təmin etmək üçün çox mühüm funksiyalara malikdir. Dəridə baş verən bütün fizioloji və patoloji proseslər demək olar ki, mərkəzi sinir sistemi ilə bağlıdır. Odur ki, orqanizmin digər orqanlarında baş verən patoloji proseslər, dəridə müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Bu daha çox tərləmə ilə müşahidə edilir.

Axşam.az xəbər verir ki, yay mövsümündə özünü qabarıq şəkildə göstərən tərləmə insana həm fiziki, həm də mənəvi cəhətdən narahatlıq gətirir. Hər bir insan az da olsa tərləyir. Ancaq bəzilərində tərləmə hədsiz dərəcədə çox olur ki, bu da müxtəlif xəstəliklər nəticəsində yaranır. Tərləməyə səbəb sinir sisteminin simpatetik hissəsinin hədsiz dərəcədə çox işləməsi ilə əlaqədardır. İnsanların bir faizində bu sistem normal işləyir.

Tərləmənin əsas səbəbləri sırasında hədsiz köklük, böyrək xəstəlikləri, sinir sistemi xəstəlikləri, vitamin çatışmazlıqları və xərçəng xəstəliyi zamanı istifadə olunan hormonal dərmanlar yer alır. Çox tərləməyə tibb elmində "hipehidrozis" deyilir. Hipehidrozis insanın gündəlik həyatındakı aktivliyinə mənfi təsir edən, onu insanlardan uzaqlaşdıran bir xəstəlikdir. Tərləməyə qarşı müalicəyə başlamazdan əvvəl onun səbəbləri araşdırılmalıdır. Tərləmə problemi olan şəxsin əvvəlcə çəkisi, qəbul etdiyi dərmanlar, klimaks dövründə olub-olmadığı öyrənilir.

Tər və piy vəziləri ilə orqanizmdən xeyli miqdarda su, duz və piy ifraz olunur. Dəri örtüyünə külli miqdarda səpələnmiş sinir reseptorları orqanizmin xarici mühitlə qarşılıqlı əlaqələrini təmin edir. Belə ki, xarici mühitdən orqanizmə bir çox qıcıqlandırıcılar (fizioloji, infeksion, mexaniki, kimyəvi və s.) daxil ola bilər. Onların hamısı haqqında məlumat sinir reseptorları vasitəsilə mərkəzi sinir sisteminə çatdırılır. Bu zaman tərləmə baş verir. Normal şəraitdə dərinin ümumi səthindən sutka ərzində 400-600 ml. tər ifraz olunur. Qəbul edilmiş xörəyin və mayenin miqdarından və iş xüsusiyyətlərindən asılı olaraq, ifraz edilən tərin miqdarı bir litrə çata bilər.

Ən çox narahat olunan məqamlardan biri də əllərin tərləməsidir. Əllərimizin tərləməsi bir çox fəaliyyəti əngəlləyir. Bu, xəstəlik hesab olunur. Ona stress, zəiflik, vitamin çatışmazlığı, böyrək xəstəlikləri səbəb olur.

Ayağın tərləməsi də böyük problemdir. Bu hal sinir sisteminin pozğunluğu zamanı baş verir. Ayaqların tərləməsi bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu halda ayaqda göbələk xəstəliyi yaranır. Bu xəstəlik zamanı ayaqlar daim quru qalmalıdır, çünki onların tərləməsi göbələk xəstəliyinin daha sürətlə artmasına və bədənin digər hissələrinə yayılmasına da səbəb olur. Belə xəstələrə pambıq corab geyinmələri məsləhət görülür.

Hər gün su və sabunla yuyub, kalium-permanqanat məhlulunda vanna edib, qurulayıb, kirşanlayın. Bundan başqa ayaqları hər gün 3-5 faizli formalin məhlulu yaxud 70 faizli spirtlə ovuşdurmaq da yaxşı nəticə verir. Bu müalicə üsulu orqanizmin həddindən artıq tərləyən digər hissələrində də aparıla bilər.

Qoltuqaltının tərləməsi zamanı hidrodenit xəstəliyi əmələ gəlir. Apokrin vəzilərinin irinli iltihabına hidrodenit deyilir. Xəstəlik qoltuqaltı çuxurda əvvəlcə yüngül qaşınmanın, sonra isə ağrı hissinin əmələ gəlməsi ilə başlanır. Qoltuq altında bir neçə düyünlər əmələ gəlir. Bu zaman dəridə qızartılar görünməyə başlayır. Nəticədə, abseslər (qovucuqlar) meydana çıxır, bir müddət sonra bu qovucuqlar irinli qovucuqlarla əvəz olunur.

Çox tərləyən insanlar bu vasitələrdən istifadə edə bilərlər:

· Qoz ağacının yarpağını qırıb, üzərinə bir az su töküb dəmləyin. Soyuduqdan sonra həmin suyla əlinizi yuyun. Bu, əl tərləməsinin qarşısını alır.
· Gecə yatmazdan əvvəl ayağınızı ilıq su ilə yuyub, barmaqlarınızın arasına limon sürtün. Bu üsulu bir həftə təkrarlayın. Bu, ayaqdan iy gəlməsinin və tərləmənin qarşısını alır.
· Nanə, solmazçiçəyi və sürvə (şalfey) qurusunu barmaqların arasına qoyub, corab geyinin, gün ərzində belə gəzin. Ot quruları un halına gəlib, dəriyə hopur. Bu, ayaq tərləməsinin qarşısını alır.
· Çobanyastığını dəmləyib, suyunu soyudun. Hər gün əlinizi bu suyla vanna edin.

Oxunub: 3 844
Paylaş:
Digər xəbərlər

Araşdırma

11-12-2022, 00:55

Bədəninizdəki bu hissələrin tez-tez tərləməsi nədən XƏBƏR VERİR?

Maraqlı

2-03-2022, 22:27

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Araşdırma

24-08-2020, 10:24

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Səhiyyə

31-07-2019, 18:08

Həddindən çox tərləmənin 7 gizli səbəbi

Maraqlı

4-07-2019, 09:48

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Son xəbərlər
  • Bu gün, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • Bu gün, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • Bu gün, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • Bu gün, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • Dünən, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • Dünən, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • Dünən, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • Dünən, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • Dünən, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • Dünən, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Dünən, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
  • Dünən, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Dünən, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • 7-08-2026, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • 7-08-2026, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • 7-08-2026, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • 7-08-2026, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • 7-08-2026, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • 7-08-2026, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • 7-08-2026, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • 7-08-2026, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • 7-08-2026, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • 7-08-2026, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • 7-08-2026, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • 7-08-2026, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • 7-08-2026, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə