Abşeron Dövlət Yol Polisi Şöbəsində baş inspektor vəzifəsində çalışan polis mayoru Vüsal Qələndərovun Binəqədi DYPŞ-yə rəis təyin edilməsi barədə məlumat doğru deyil.
Sfera.az xəbər verir ki, V.Qələndərov müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə inzibati təcrübə üzrə baş inspektor vəzifəsinə təyin edilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən təsdiqləyiblər.