Qazaxıstanda Rusiya kosmodromlarının əsas operatoru olan Yerüstü Kosmik İnfrastrukturun İstismar Mərkəzinin əmlakına həbs qoyulub.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Bildirilib ki, dövlət "Roskosmos"un törəmə şirkəti olan şirkətə Qazaxıstandan sərvət və aktivlərini çıxarmaq qadağa qoyub.
İstintaq hərəkətləri başa çatana qədər bölmə rəisi də ölkəni tərk edə bilməz.