• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uzun ömür üçün 8 sağlam vərdiş
Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
Dünyada 100 nəfərin bildiyi sirr – Onlar xüsusi seçilirlər
Rusiyada şok: Ərzaq talonları tətbiq olunacaq
Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
ABŞ-dən İrana xəbərdarlıq: Razılaşmasanız, təhlükəsizliyi təkbaşına qoruyacağıq
Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi
Gənclərdə “qocalmış ürək” əlamətləri
Sərkisyan ölkədən “qaçırdı”, Paşinyan isə… – İrəvanda siyasi gərginlik
Yaxın Şərqdə istənilən ssenariyə hazırıq – Netanyahunun müşaviri
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Serbiya Prezidenti: Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik
ABŞ-ın Yaponiyaya "Typhon"lar yerləşdirməsi Rusiyanı qorxuya saldı - XİN-dən reaksiya
"Hörmüz böhranı" böyüyür - Naviqasiyanı söndürən gəmilər dayandırıldı
İdeal səhər yeməyi necə olmalıdır? - Diyetoloqlar tövsiyə edir
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
Terapevt xəbərdarlıq edir: yorğunluqla maskalanan gizli xəstəliklər
ABŞ-ın son hücumları zamanı İrana dəyən ziyan – Dəhşətli statistika
Türkiyə S-400-ləri BƏƏ-yə satıb? – Akar
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Naxçıvanın 21 hektar ərazisi İrana verilib - Şok iddia

Xəbərlər

20-01-2023, 11:27

Naxçıvanın 21 hektar ərazisi İrana verilib - Şok iddia



Təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb! Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

Axar.az AzPolitika.info-ya istinadən xəbər verir ki, “Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.

Rəsmi və qeyri-rəsmi bütün mənbələrdəki xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Habelə, iki il əvvəl peykdən çəkilən fotolarda da həmin yerin Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu aydın görünür. Naxçıvan rəhbərliyi ilə İran arasında il yarım əvvəl mahiyyəti qaranlıq olan sövdələşmədən sonra isə tamamilə fərqli mənzərə ortaya çıxıb. Belə ki, Quql-mapdan çəkilən bu fotolarda 21 hektarlıq ərazinin artıq İran İR-a məxsus olduğu göstərilir.

Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Məlumdur ki, Azərbaycanda dövlət sərhədinin dəyişdirilməsi ilə bağlı Milli Məclisdə müzakirələr aparılmayıb, nə də ölkədə belə bir referendum keçirilməyib. Beləliklə, aydınlaşır ki, Muxtar Respublikanın Şərur rayonunun Ərəbyenicə kəndi istiqamətindəki ərazisinin bir hissəsi (21 hektar) dövlətə qarşı ağır cinayət törədilməklə, İrana verilib. Naxçıvan rəhbərliyi bu addımı niyə atıb - ərazini satıb, bağışlayıb, yoxsa, hansısa başqa sövdələşmənin predmetinə çevirib, bu məlum deyil və təbii ki, buna Azərbaycanın müvafiq dövlət strukturları aydınlıq gətirməlidir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Naxçıvan istiqamətində dövlət sərhədinin özbaşına dəyişdirilməsi faktını belə şərh edib:

“Naxçıvan istiqamətində dövlət sərhəddini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumat məni sarsıtdı. Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır!

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ona görə, bir daha söyləyirəm, xalqımıza qarşı bu ağır cinayətin törədilməsi təsdiq olunarsa, dərhal deputat istintaq qrupu yaradılmalı, məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə şıxarılmalı, İran tərəfdən bu cinayətdə iştirak etmiş şəxslərin də cəzalandırılması tələb olunmalıdır”.

Oxunub: 720
Paylaş:
Digər xəbərlər

Xəbərlər

30-09-2022, 13:21

Dövlət sərhədi POZULDU - DSX məlumat YAYDI + FOTO

Xəbərlər

7-12-2021, 18:04

Azərbaycan-İran sərhədində atışma - ÖLƏN VAR

Xəbərlər

4-04-2021, 11:19

SON DƏQIQƏ! Azərbaycan sərhədində atışma: Yaralı var

Xəbərlər

14-03-2021, 11:38

SON DƏQİQƏ: Prezidentdən gözlənilən QƏRAR...

Xəbərlər

22-10-2020, 19:04

Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uzun ömür üçün 8 sağlam vərdiş
Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
Dünyada 100 nəfərin bildiyi sirr – Onlar xüsusi seçilirlər
Rusiyada şok: Ərzaq talonları tətbiq olunacaq
Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
ABŞ-dən İrana xəbərdarlıq: Razılaşmasanız, təhlükəsizliyi təkbaşına qoruyacağıq
Son xəbərlər
  • Bu gün, 22:47
    Uzun ömür üçün 8 sağlam vərdiş
  • Bu gün, 21:34
    Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
  • Bu gün, 20:26
    Dünyada 100 nəfərin bildiyi sirr – Onlar xüsusi seçilirlər
  • Bu gün, 19:39
    Rusiyada şok: Ərzaq talonları tətbiq olunacaq
  • Bu gün, 18:17
    Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
  • Bu gün, 17:02
    ABŞ-dən İrana xəbərdarlıq: Razılaşmasanız, təhlükəsizliyi təkbaşına qoruyacağıq
  • Bu gün, 16:43
    Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi
  • Bu gün, 15:45
    Gənclərdə “qocalmış ürək” əlamətləri
  • Bu gün, 14:30
    Sərkisyan ölkədən “qaçırdı”, Paşinyan isə… – İrəvanda siyasi gərginlik
  • Bu gün, 13:17
    Yaxın Şərqdə istənilən ssenariyə hazırıq – Netanyahunun müşaviri
  • Bu gün, 12:04
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Bu gün, 11:54
    Serbiya Prezidenti: Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik
  • Bu gün, 11:18
    ABŞ-ın Yaponiyaya "Typhon"lar yerləşdirməsi Rusiyanı qorxuya saldı - XİN-dən reaksiya
  • Bu gün, 10:47
    "Hörmüz böhranı" böyüyür - Naviqasiyanı söndürən gəmilər dayandırıldı
  • Bu gün, 09:06
    İdeal səhər yeməyi necə olmalıdır? - Diyetoloqlar tövsiyə edir
  • Dünən, 22:22
    Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
  • Dünən, 21:10
    Terapevt xəbərdarlıq edir: yorğunluqla maskalanan gizli xəstəliklər
  • Dünən, 20:41
    ABŞ-ın son hücumları zamanı İrana dəyən ziyan – Dəhşətli statistika
  • Dünən, 19:13
    Türkiyə S-400-ləri BƏƏ-yə satıb? – Akar
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:54
    Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir?
  • Dünən, 16:09
    Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? – beynəlxalq təcrübə və çıxış yolları
  • Dünən, 15:56
    Tiroid xəstəlikləri gizli şəkildə inkişaf edə bilər - Xəbərdarlıq
  • Dünən, 14:37
    İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı
  • Dünən, 13:18
    Merts: Fransa ilə nüvə əməkdaşlığı yeni doktrinaya yol aça bilər
  • Dünən, 12:38
    Uşaqlarda qıcolma zamanı nə etməli?
  • Dünən, 11:36
    Polşa müharibəyə hazırlaşır? - Proses başladı
  • Dünən, 10:14
    Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
  • Dünən, 09:07
    Bu qidalar demensiyaya səbəb olur və orqanizmi iflic edir
  • 17-07-2026, 22:27
    Ən saf 5 bürc açıqlandı - Siz onların arasında varsınız?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə