• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Təmizləyici su filtrlərinin gizli fəsadları varmış
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
Bu bürclər SUBAY qala bilər: Görün, onların arasındasınız?
50 il sonra oyanmaq üçün özünü donduran alim: Kriogenik möcüzə mümkündürmü?
“İran müharibəyə hazırdır” – Tehran ABŞ-ı rədd etdi
Avropa üçün əsas təhlükə müəyyən edildi - "Qoca qitə"ni nə gözləyir?
Xroniki yorğunluğun altında gizlənən xəstəliklər
Putin Paşinyanı günahlandırdı, Köçəryan hərəkətə keçdi – Yeni müharibə anonsu
ABŞ İrana zərbələrdə bu hərbi bazadan istifadə edir
Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər müəyyən edilib
Pakistandan ABŞ və İrana təklif...
Qəzəbli və revanşist Putin Qafqazda nə hazırlayır? – Kreml “sürprizlə” üzləşib
Qan təzyiqi hansı səviyyədən sonra təhlükəlidir? Kardioloq rəqəmləri açıqladı
Tokayev Ərdoğanın bu təklifinə "hə" dedi
Türkiyə üçün kritik seçim: Ya bu müsəlman ölkəsini vuracaq, ya da İsrailin planı baş tutacaq!
Alimlər: Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir
Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq
5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI
Böyrək daşı simptomları - Mütəxəssislərdən xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qasım Süleymanini ABŞ-a Xameneyi satıb? - Bir sui-qəsdin PƏRDƏARXASI

Xəbərlər

3-01-2023, 13:19

Qasım Süleymanini ABŞ-a Xameneyi satıb? - Bir sui-qəsdin PƏRDƏARXASI


Üç il öncə bu gün – 3 yanvar 2020-ci il tarixində dünyanın siyasi arenasında şok effekti yaradan sui-qəsd baş verdi: SEPAH-ın “Qüds” elit birliyinin komandanı, İran üçün “milli qəhrəman”, əslində isə regionda bir sıra terror fəaliyyətlərinin arxasındakı şəxs Qasım Süleymani öldürüldü;

Hadisədən dərhal sonra ABŞ sui-qəsdin onlar tərəfindən həyata keçirildiyini rəsmi şəkildə bəyan etdi. Bu, bir ölkənin digər ölkəyə - ABŞ-ın İrana müharibə elan idi, əslində. Və beynəlxalq ekspertlər bunu müharibə anonsu olaraq qiymətləndirdilər də. Lakin ABŞ və İranın qarşılıqlı addımları bəyanatdan o tərəfə keçmədi. İran Süleymanini “satdığı” ittihamı ilə Mahmud Musəvi Məcdini edam etdi və Xameneyi də daxil olmaqla bütün rəhbər şəxslərin hamısı “qisas” sözü verdi.

“Əllərini onun qanına bulayan günahkarları çox sərt intiqam gözləyir” deyirdi Xameneyi. Hərçənd, Xameneyi səviyyəsində içilən “intiqam” andları havadan asılı olaraq qaldı, nə verilən vədlər yerinə yetirildi, nə də sui-qəsdi təşkil etdiyini qələbə olaraq elan edən ABŞ-dan intiqam alındı. Ona görə yox ki, İran rejiminin ABŞ-dan “intiqam” almağa gücü çatmır, hər-halda Yaxın Şərqdə “nəsə edə bilərdilər”. SEPAH-ın “Qasım Süleymaninin intiqamı” alındığı kimi bir sıra “addım” atması da gözdən pərdə asmaq kimi qiymətləndirilir.

Sui-qəsdən üç il sonra İranın verdiyi açıqlama da gülünc görünür. XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane olur. Sual yaranır, hansı tədqiqat? Tramp Administrasiyası sui-qəsdin ABŞ tərəfindən təşkil edildiyini rəsmən açıqlamışdı, Tehran rejimi də ən yüksək səviyyədə “qisas” alacaqlarını bildirmişdi. Ortada nə “qisas” var, nə də hansısa addım. Molla rejimi hansı “tədqiqatı” aparır, yaxud belə bir “tədqiqat”dan hansı nəticəni çıxaracaq?! Bəllidir ki, rejim Süleymaninin ölümünün ildönümündə “nəsə” demək xatirinə belə bir açıqlama verib və “qisas” vədləri yenidən gündəmə gətirilir.

Gerçək isə başqadır: Qasım Süleymaninin ölümü ən çox İran rejimin təpəsində dayananlara sərf edirdi. Bunu Süleymaninin İran rejimi daxilində nəzarətdən çıxan nüfuzunda görmək mümkündür, xüsusilə post-Xameneyi dövrünün planları fonunda onun nüfuzu rejimə xeyirdən çox, təhlükə vəd edirdi.

İranda faktiki ikinci adam, yaxud “ikinci komandan”. Süleymanini belə dəyərləndirirdilər.

- SEPAH daxilində elit “Qüds” birliyinin rəhbəri kimi birbaşa Xameneyiyə tabe idi və yalnız ona hesabat verir, onunla hesablaşırdı;
- İranın Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatların birbaşa təşkilatçısı və idarəedicisi idi;
- Molla rejiminin şiə dünyası üzərində din adı altında həyata keçirmək istədiyi planlarının tərtibatçısı və icrası da o idi;
- Xameneidən sonra dini lider ola biləcəyi deyilirdi və mövcud gücü bunun çətin olmayacağını da deməyə əsas verir;
- Yaxın Şərqdə ABŞ-a qarşı qrupların döyüşünü təşkil etməklə yanaşı, ABŞ-İran gizli danışıqlarının da əsas aparıcı fiquru idi, istisna deyildi ki, lazım olandan daha çox məlumata malikdir və bu gələcəkdə Vaşinqtona da, Tehrana da təhlükə yarada bilərdi;

Bu baxımdan, Süleymaninin aradan götürülməsi hər iki tərəfə sərf edirdi:

- ABŞ İranın Yaxın Şərq siyasətinə zərbə vurur, maraqlarına qarşı çıxan şəxsi zərərsizləşdirir, eyni zamanda, gizli danışıqlarda iştirak etdiyi üçün daha çox informasiyaya malik olan fiquru sıradan çıxarırdı: nüvə danışıqlarından çıxan Tramp Administrasiyası belə bir qələbədə “əzələ nümayişi” baxımından da maraqlı idi;

- İranın molla rejimi daxilində onun nüfuzunu öz mövqelərinə təhlükə görən, yaxud post-Xameneyi dövründə dini lider postunu ələ keçirmək istəyən qruplar maraqlı idi; Süleymaninin – Xamneyidən sonra faktiki “ikinci şəxsin” ölümünün dini lider, prezident, eləcə də rejimin əsas postlarına sahiblənmək imkanlarını genişləndirdiyi həqiqətdir;

Şübhəsizdir ki, Süleymanini “satan” təkcə edam kürsüsünə çıxarılan Mahmud deyildi, İran daxilindəki siyasi mübarizə fonunda sui-qəsdin arxasında rejimin ən yüksək səviyyəli rəsmilərinin dayandığını demək mümkündür. Onun sui-qəsdən öncə qızına məktubunda öləcəyini yazması da “edam hökmünün” ən yüksək səviyyədə verildiyi və bundan məlumatlı olduğu versiyasını ön plana çıxarır.

Süleymanini amerikalılara kim(lər) satmışdı? Xameneyinin özümü, yoxsa rejim daxilindəki qruplaşmalar?

Bu suallar hələ də açıq qalır və onların cavab axtarışı yalnız baş verənlərin analizi üzərindən ehtimalları önə çıxarır.

İranda hakimiyyəti Rəisinin timsalında mühafizəkarlar - əslində SEPAH yenidən ələ keçirib. Rejimdaxili proseslər deməyə əsas verir ki, İranda hakimiyyətin orduya ötürülməsi gözləntiləri var və Rəisi hakimiyyəti əslində keçid dövrünü icra edən komandadır. Hətta milli ordu və SEPAH arasında hakimiyyət mübarizəsi getdiyinə dair məlumatlar var. Bütün bunların Süleymaninin ölümündən sonra baş verməsi diqqət çəkir. Mümkündür ki, hakimiyyətin güc strukturlarına ötürülməsi prosesində Süleymani əsas fiqur olaraq önə çıxacaq və rejimə nəzarəti ələ alacaqdı. Bunda SEPAH daxilindəki qüvvələr də, elə Xameneyinin özü də maraqlı deyildi.

SEPAH generalları Süleymanini gələcəkdəki mövqeləri və maraqları üçün təhlükə kimi görürdüsə, Xameneyi öz yerinə hazırladığı oğlu üçün təhlükə hesab edirdi. Xameneyinin oğlu Müctəba Xameneyini özündən sonra yerinə hazırladığına dair kifayət qədər məlumatlar var. 10 ildən artıqdır ev dustaqlığına məhkum edilmiş islahatçı siyasətçi Mirhüseyn Musəvi “Rəhbərliyin irsi varisliyi haqqında” adlı məqələsində Xameneyinin ölümündən sonra yerinə oğlu Müctəbanı hazırladığını yazır. Keçmiş prezident Məhəmməd Xatəmi də bu yaxınlarda Xameneyinin belə planının olduğuna işarə vurmuşdu.

Qasım Süleymani Xameneyiyə sadiq şəxs kimi tanınır, o zaman oğul Xameneyiyə necə təhlükə yarada bilərdi?

Birincisi, Əli Xameneyi oğlu Müctəbanın dini lider olacağı təqdirdə onun taleyini yaşamasını istəmir: Xameneyi dini lider olanda üzərində iki fiqurun – Əhməd Xomeyninin (Xomeyninin oğlu) və Haşimi Rəfsancaninin kölgəsini hiss edirdi və lider olmasına baxmayaraq, bu iki şəxsin ona təsiri güclü idi; Xameneyi dini lider postuna keçəndən 5 il sonra oğul Xomeyni öldü və “kölgə”lərdən biri çəkildi, ikinci “kölgə” (Rəfsancani) 2017-ci ilə - ölümünə qədər qalmışdı (Rəfsancaninin yaşlı olmasına baxmayaraq, xəstəxanada müəmmalı ölümünə dair iddialar da maraqlıdır);

“İkinci komandan” kimi qəbul edilən Qasım Süleymani Xameneyinin ölümündən sonra dini lider olacaq Müctəbanın üzərində “kölgə” olacaqdı və bu, həm oğul Xameneyinin liderliyinə, həm də mövcud iqtisadi-siyasi imperiya üzərindəki mütləq hakimiyyətinə təsir edəcəkdi.

İkincisi, ata Xameneyiyə sadiq olan Süleymani oğul Xameneyiyə də sadiq olacaqdımı?

Bu, Xameneyi üçün dəqiq cavabını bilmədiyi məsələdir və oğlunun taleyini müəmmaların əlinə buraxmaq istəmədiyi də şübhəsizdir. Və ortada Əli Əkbər Vilayəti nümunəsinin olduğu həqiqəti də var. Keçmiş xarici işlər naziri, dini liderin beynəlxalq məsələlər üzrə müşaviri olan Vilayəti Rəfsəncaninin sağlığında neytral mövqe sərgiləyir, Xameneyi-Rəfsəncani tandemi arasında balans saxlayırdı. Rəfsəncaninin ölümündən sonra Vilayəti Haşimi ailəsinin “təmizlənməsində” və Rəsəncani tərəfindən təsis edilən, İranın ən böyük tədris ocaqlarından və dünyada nüfuza malik Azad İslam Universitetinin “ələ keçirilməsi”ndə Xameneyiyə dəstək verdi. Xameneyinin ölümündən sonra Qasım Süleymaninin də Müctəbaya əks qütbdə yer almayacağına heç kim zəmanət verə bilməzdi. Nəzərə alsaq ki, dini lider postuna əsas namizədlər sırasında hazırki prezidenti Rəisinin adı çəkilir və o, SEPAH generalları tərəfindən ciddi dəstəyə malikdir, o zaman, Süleymani üçün seçimin generalların dəstəklədiyi tərəf olacağı ehtimalı daha böyükdür. Onun aradan qaldırılması isə gələcək dini lider üzərində “kölgə” olması və əks-qütbdə yer alması riskinin də aradan qalxması deməkdir.

Üçüncüsü və birbaşa təhlükə Qasım Süleymaninin özünün dini lider olması perspektivi idi: “ikinci komandan” kimi qəbul edilən Süleymani həm də rejimin hərbçilərə ötürülməsi perspektivində ciddi şanslara malik idi;

Üç il öncə baş verən sui-qəsdin pərdəarxası tam aydınlığa qovuşmasa da, İranda “milli qəhrəman” kimi təqdim edilən Süleymaninin ölümünün gerçəkdə rejimə də, birbaşa Xameneyinin oğlu Müctəba üzərindən qurduğu planlara da sərf etdiyi danılmazdır. Səbəb-nəticə məntiqi də bu cür düşünməyə vadar edir: Süleymani öldü, gələcək dini lider “kölgə”dən xilas oldu.

Oxunub: 427
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-12-2022, 18:42

“Azərbaycanlı” kimi sırınan Xameneyi əslində kimdir? - Faktlar

Xəbərlər

13-10-2022, 17:34

Baqdasaryan müharibə ANONSU VERDİ

Xəbərlər

24-01-2022, 09:31

ABŞ müharibə ANONSU VERDİ: Ukraynadakı amerikalılar TƏCİLİ OLARAQ…

Xəbərlər

10-01-2020, 06:56

SON DƏQİQƏ: Süleymanini erməni general öldürüb - İran ÇALXALANIR

Xəbərlər

3-01-2020, 10:39

General Qasim Süleymaninin öldürülmə anı - VİDEO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Təmizləyici su filtrlərinin gizli fəsadları varmış
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
Bu bürclər SUBAY qala bilər: Görün, onların arasındasınız?
50 il sonra oyanmaq üçün özünü donduran alim: Kriogenik möcüzə mümkündürmü?
“İran müharibəyə hazırdır” – Tehran ABŞ-ı rədd etdi
Son xəbərlər
  • Bu gün, 15:42
    Təmizləyici su filtrlərinin gizli fəsadları varmış
  • Bu gün, 12:53
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • Bu gün, 09:00
    Ürəyin işini yaxşılaşdıran 6 QİDA
  • Dünən, 22:40
    Bu bürclər SUBAY qala bilər: Görün, onların arasındasınız?
  • Dünən, 21:10
    50 il sonra oyanmaq üçün özünü donduran alim: Kriogenik möcüzə mümkündürmü?
  • Dünən, 20:32
    “İran müharibəyə hazırdır” – Tehran ABŞ-ı rədd etdi
  • Dünən, 19:19
    Avropa üçün əsas təhlükə müəyyən edildi - "Qoca qitə"ni nə gözləyir?
  • Dünən, 18:01
    Xroniki yorğunluğun altında gizlənən xəstəliklər
  • Dünən, 17:27
    Putin Paşinyanı günahlandırdı, Köçəryan hərəkətə keçdi – Yeni müharibə anonsu
  • Dünən, 16:14
    ABŞ İrana zərbələrdə bu hərbi bazadan istifadə edir
  • Dünən, 15:08
    Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər müəyyən edilib
  • Dünən, 14:58
    Pakistandan ABŞ və İrana təklif...
  • Dünən, 13:42
    Qəzəbli və revanşist Putin Qafqazda nə hazırlayır? – Kreml “sürprizlə” üzləşib
  • Dünən, 12:54
    Qan təzyiqi hansı səviyyədən sonra təhlükəlidir? Kardioloq rəqəmləri açıqladı
  • Dünən, 11:06
    Tokayev Ərdoğanın bu təklifinə "hə" dedi
  • Dünən, 10:31
    Türkiyə üçün kritik seçim: Ya bu müsəlman ölkəsini vuracaq, ya da İsrailin planı baş tutacaq!
  • Dünən, 09:02
    Alimlər: Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir
  • 24-03-2026, 22:21
    Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq
  • 24-03-2026, 21:58
    5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI
  • 24-03-2026, 21:30
    Böyrək daşı simptomları - Mütəxəssislərdən xəbərdarlıq
  • 24-03-2026, 20:08
    Netanyahu ilə danışıldı, İran üçün yer müəyyənləşdi – 3 ölkədən ortaq QƏRAR
  • 24-03-2026, 19:33
    Türkiyə-Azərbaycan sərhədində müəmmalı hücum: Koordinatları İran verib?
  • 24-03-2026, 18:04
    İnsulin dirənci üçün effektiv bitkilər
  • 24-03-2026, 17:53
    5 gün fasiləsiz yağış yağacaq, sel gələcək
  • 24-03-2026, 16:25
    Trampın geriçəkilmə taktikası: İran rəhbərliyində yeni “qurban” seçilib?
  • 24-03-2026, 15:03
    Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
  • 24-03-2026, 14:53
    İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
  • 24-03-2026, 14:47
    Qətər fors-major elan etdi – Nə baş verir?
  • 24-03-2026, 13:32
    İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
  • 24-03-2026, 12:12
    Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə