• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İran Azərbaycanın hərbi sirrini ermənilərə BU YOLLA ÖTÜRÜB

Xəbərlər

15-11-2022, 11:08

İran Azərbaycanın hərbi sirrini ermənilərə BU YOLLA ÖTÜRÜB


Əvvəllər Azərbaycan üçün başağrısı Ermənistan idisə, belə görünür ki, indi həmin tərəfin adı İrandır.

Elə bunu erməni türkoloq Karen Hovhannisyan da öz Facebook səhifəsində qeyd edib: "10 il əvvəl biz Azərbaycan, kürdlər Türkiyə üçün başağrısı idik, indi İran faktoru ön plana çıxıb. Bu gün İran Azərbaycan və Türkiyə üçün böyük başağrısına çevrilib".

Proseslər göstərir ki, elədir ki, var! 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı aqressiv davranışları, görməyə alışmadığımız addımları (Araz vadisi boyu Azərbaycala sərhəddə iri miqyaslı təlimlər) ilə diqqət çəkən molla rejiminin kini-küdurəti səndemə daha dərinə gedib çıxır.

Müharibə zamanı İrandan Qarabağa daşınan humanitar yük, yanacaq adı altında silah-sursatdan, Qafanda tezbazar erməni qardaşları ilə açılışını etdikləri konsulluq binasından tutmuş, ölkədə baş verən etiraz aksiyaları fonunda törədilən terakta görə Azərbaycanı terrorçuluqda ittiham etməkdən ta Gəncə, Naxçıvan kimi tarixi, əzəli torpaqlarımızı qədim İran ərazisi kimi təqdim etmələrinə kimi bütün bu addımları burnumuzun ucundakı bu fars-molla rejiminin Azərbaycan üçün nə qədər böyük təhlükə mənbəyi olduğundan xəbər verir.

Amma təəssüf ki, İran rejiminin Azərbaycan üçün təhlükəli ssenarisi bununla yekunlaşana bənzəmir. Belə deməyə artıq bir həftə içində ikinci dəfə İran xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı casus şəbəkəsinin ifşa edilməsi faktı əsas verir.

İran casus şəbəkəsinin ifşası ilə bağlı DTX-nin son məlumatı molla rejiminin Azərbaycana qarşı uzun illərdir hazırladığı təhlükəli planı növbəti dəfə qənşərə çıxardı. İrana casusluq etdiyinə görə həbs edilmiş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlunun etdiyi açıqlamalar Azərbaycan üçün ermənidən də çox təhülkəli görünən molla rejiminin iç üzünü növbəti dəfə ortaya qoydu.

Məlum olub ki, İrana casusluq etdiyinə görə həbs edilmiş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Ətraflı

O bildirib ki, dənizdə olan bütün gəmilərə gələn hərbi əməliyyatlar barədə məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıb: "Vətən müharibəsi dövründə İran tərəfinin nümayəndələri bizim Türkiyədən aldığımız PUA-lar, hərbi obyektlərin yerini soruşurdular. O zaman mənə məlum oldu ki, İran bunu Ermənistana ötürmək üçün istəyir".

Göründüyü kimi İrana təhsilə və ya müalicəyə gedən Azərbaycan vətəndaşlarının bəzilərinin müxtəlif yollarla İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğu faktları bir-birini əvəz edir. Çox güman ki, bu fakt birinci olmadığı kimi heç sonuncu da deyil.

Bəzi soydaşlarımızın buna təzyiq, şantaj yolu ilə məcbur edildiyi də istisna edilmir. O da istisna edilmir ki, ehtimallara əsasən İrana gedən soydaşlarımızın bir çoxu sənədləri oğurlanaraq, yaxud başqa problem yaradılaraq, sonra həmin problemin həlli qarşılığında müxtəlif yollarla əməkdaşlığa cəlb edildiklərini deyə bilərik. Bu rejimdən hər pisliyi, hər cür mundar addımı gözləməyə dəyər. Lakin Tehranın bu oyununa gedən həmən insanlar anlamalıdırlar ki, gec-tez ifşa olunacaqlar. Nə qədər ki gec deyil, özləri könüllü şəkildə Azərbaycanın müvafiq orqanlarına gedərək olub-keçənləri etiraf etməlidirlər. Ziyanın yarısından dönmək daha faydalıdır. Ən azından həm özünü müəyyən qədər məsuliyyətdən azad etmiş olacaq, həm də xalqına-dövlətinə qarşı hazırlanan çirkab oyunların, teraktların iştirakçısı olmaqdan yaxa qurtacaq.

Odur ki, soydaşlarımız bundan sonra daha ayıq-sayıq olmalı və İran xüsusi xidmət orqanlarının tələlərinə düşməmək üçün bir addım atmamışdan öncə xalqını, onu gözləyən bəlaları, dövlətini və dövlətçiliyini mütləq göz önünə gətirsin.

Bu gün xüsusilə də molla rejimi dini zəmində iğtişaşlar yaratmaqla Azərbaycan daxilində xaos, vətəndaş müharibəsi kimi xoşagəlməz hadisələrə yol açmaq niyyəti artıq kimsəyə sirr deyil.

Əslində mola rejiminin hansı yuvanın quşu olduğunu bilmək üçün bu istintaq nəticələrindən, ortaya çıxan faktlardan öncə 30 illik işğal zamanı 67 məsciddən 65-ni dağıtmaqla, orada donuz saxlamaqla bütün müsəlman dünyası təhqir edən Ermənistana qucaq açdığını xatırlamaq kifayət edər. Onsuz da "İslam" adı altında pərdələnib, min hoqqadan çıxan molla-fars rejimi bu addımı ilə ermənidən çox erməni olmaq istədiyini, Azərbaycana qarşı nifrətini açıq ifraz etmiş olur.

Azərbaycan tərəfindən axtarışda olan cinayətkarların bu gün də İranda məskunlaşmalarına şərait yaradılması, gizlədilməsi ilə bağlı kifayət qədər faktların mövcud olması deyilənləri bir daha təsdiqləyir. İran molla rejimi anlamalıdır ki, Azərbaycana qarşı bu cür fəaliyyətlərin davam etdirilməsi qəbuledilməz olduğu kimi Bakı tərəfindən həzm də edilməyəcək. Revanş isə rejimin çöküşünü daha da tezləşdirə bilər.

Oxunub: 433
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-11-2022, 00:08

Erməni Azərbaycanı İranla TƏHDİD ETDİ

Xəbərlər

22-10-2022, 00:23

İranın Qafqazda Türkiyə həmləsi - ŞOK SƏBƏB

Xəbərlər

3-10-2021, 00:42

"İran Azərbaycanın cəzasını verəcək..." - SƏRSƏM AÇIQLAMA

Xəbərlər

19-09-2021, 16:22

İRANDAN AZƏRBAYCANA TƏHDİD: "Şirin quyruğu ilə oynamayın"

Xəbərlər

18-09-2021, 14:00

Rusiyanın hərbi gəmilərini Bakıya gətirən SƏBƏB - İran susur, Türkiyə isə...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Son xəbərlər
  • Bu gün, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Bu gün, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Bu gün, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Bu gün, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Bu gün, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Bu gün, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Bu gün, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Bu gün, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Bu gün, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Bu gün, 09:00
    Qaragilənin az bilinən faydaları
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə