Noyabrın 14-nə olan hava şəraiti haqqında məlumat açıqlanıb.
Redaktor.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından noyabrın 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.