Rusiya prezidenti Vladimir Putin "Şimal axını" xətti ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Rusiya prezidenti bildirib ki, Rusiya və Avropa Birliyi onun taleyini həll etməlidir:
"Biz "Şimal axını 2" ilə təbii qaz tədarük etməyə hazırıq. Top artıq bizdən çıxıb və biz topu Avropa Birliyinə ötürmüşük. "Şimal axını"na qarşı təxribatın arxasında Rusiya-Avropa münasibətlərinə xələl gətirmək istəyən qüvvələr dayanır. Bu layihənin taleyini Rusiya və Avropa Birliyi həll etməlidir. Biz təbii qazı Nord vasitəsilə tədarük etməyə hazırıq".