İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artdı
İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb.
Bu barədə Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatına aprelin 18-də başlayıb.