Biz azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə vahid yumruqla dəstəkləməyə davam edirik.
Publika.az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusu Akar deyib.
"Egey dənizində, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda qardaş və dostlarımızın, o cümlədən bizim hüquq və mənafelərimizin reallaşması davam edir. Biz həmişə qonşu Yunanıstana və digər ölkələrə dostluq, beynəlxalq hüquq və dialoq tərəfdarı olduğumuzu deyirik", - deyə H.Akar bildirib.