• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Çörəyin qiyməti yenidən BAHALAŞACAQ" - AÇIQLAMA

Xəbərlər

30-03-2022, 10:49

"Çörəyin qiyməti yenidən BAHALAŞACAQ" - AÇIQLAMA


Məlumatlara görə, bəzi çörək zavodlarına unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərdarlıqlar olunub

Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlər ən çox müzakirə olunan məsələdir. Çörəyin qiymətinin bahalaşacağı ilə bağlı da məlumatlar dolaşır. İddia olunur ki, çörəyin qiyməti 1 manatadək yüksələ bilər.

Bakupost.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, məlumatlara görə, bəzi çörək zavodlarına unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərdarlıqlar olunub. Bu məlumatlar əhalini də təşvişə salıb. Hətta bəziləri un tədarükünü öncədən görür və bunu artım olacağı ilə əlaqələndirirlər. Bəzi ekspertlərin fikrincə, insanların əvvəlcədən tədarük görməsi, piştaxtaların boşalmasına, qıtlığa, qiymət artımına səbəb olacaq.

Nəzərə alınsa ki, Rusiya dünyada taxıl ixrac edən ölkə kimi birinci yerdədir. Ukrayna ilə Rusiya müharibə apardığı dönəmdə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu sanksiyalardan sonra bu ölkə də bu il taxıl satışını dayandırdığını bildirib. Daha bir taxıl idxalçısı Ukraynanın dəniz hövzələrinə çıxışı əngəlləndiyi üçün dünya bazarında taxılın qiymətinin sıçrayışla qalxması mümkündür. Çörəyin qiymətinin nəinki 1, hətta 2 manata yüksələ biləcəyi haqda iddialar var.

Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi? Bunun qarşısını necə almaq olar?

Yeri gəlmişkən, bu ilin yanvar ayında ölkəmizdə ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti qalxmışdı. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumatında qeyd edilib ki, topdansatış məntəqələrində hazırda unun 50 kiloqramlıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. Xidmət eyni zamanda un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yaymışdı.

Mövzunu iqtisadçı alim Vüsalə Əhmədova belə şərh edib: “Rusiya Federasiyası 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməyə başladı, bu səbəbdən də ölkəmizə idxal olunun ərzaq buğdasının qiyməti 2019-cu illə müqayisədə təxminən 58% bahalaşdı. Hazırda idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti - 35.9 manat, 500 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpikdir. Azərbaycanın illik ümumi buğda idxalı 1.365,1 min ton təşkil edir, hansı ki, bunun 1.349,8 min tonu Rusiyanın, 14,9 min tonu Qazaxıstanın, 0,4 min tonu digər ölkələrin payına düşür. İdxalda Rusiyanın payı 98.88% təşkil edir, yaxın qonşu ölkələrin bu miqdarı qısa müddətdə əvəzləyə biləcəyi real görünmür. Çörəklə bağlı qısamüddətli qiymət artımı ehtimalı var. Hazırda Rusiya və Ukraynadan taxıl idxal edən bütün ölkələr alternativ bazar axtarışındadırlar. Düşünürəm ki, alternativ bazarlar kimi Asiya ölkələri, o cümlədən dünyanın ən iri buğda istehsalçılarından biri olan Pakistan gözdən keçirilə bilər. Dünyanın digər ən iri buğda istehsalçıları Çin, Hindistan, ABŞ, Kanada və Avstraliyadır ki, bu ölkələrdən yükdaşıma və logistika xərcləri yüksək olacaq. Belə olan halda, çörəyin qiymətində kəskin bahalaşma yaranmaması üçün hökumət subsidiyalar tətbiq etməlidir”.
Ekspert qeyd edib ki, Azərbaycanın digər ölkələrdən asılı vəziyyətə düşməməsi üçün qida təhlükəsizliyi, ən başlıcası isə taxıl təhlükəsizliyi təmin olunmalıdır: “Göründüyü kimi, ani geosiyasi dəyişikliklər gözlənməyən nəticələrə gətirib çıxara bilir. Ölkədə 600 min hektarlıq əkin sahəsində buğda əkilir, ancaq məhsuldarlıq çox aşağıdır. Dənli bitkilər üzrə məhsuldarlıq 31,8%-dir, buğda üzrə məhsuldarlıq 31,7%-dir. Qarşıya qoyulan əsas məsələ məhsuldarlığı yüksəltməklə daxili tələbatı 100% ödəmək olmalıdır”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Konkret tədbir görülməsə, qiymət artımı qaçılmaz olacaq. Rusiyadan taxıl ixracı dayandırılır, Ukraynanın özündə qida məhsullarına ehtiyac duyulur. Başqa ölkələrdən isə taxıl məhsullarının gətirilməsi baha başa gələcək. Sahibkar subyekti orada nə qazanırsa, istər-istəməz gətirdiyi malın üstünə rüsum pulunu qoyacaq. Bu da bahalaşmaya gətirib çıxa bilər. Ona görə də vergi, gömrük, xüsusən də subsidiyalaşma ilə bağlı qərar verilməlidir. Bu sahədə əlavə dəyər vergisindən azad olma var. Dövlət artım nisbətində müəssisələr üçün subsidiyalaşma həyata keçirsə, minimum qiymətə, yəni 65 qəpiyə satılan çörəyin qiymətinin artmasının qarşısını almaq olar. Təbii ki, burada ƏDV-dən azad olmalar var. Çünki onsuz da bazarda 2 manat-2 manat 50 qəpiyə çörəklər də var. Əhalinin daha çox hissəsi minimum qiymətə olan çörəyi alır. Ona görə düşünürəm ki, dövlət burada kompensasiya tədbirləri görsə, qiymət artımından qaçmaq olar. Çünki özəl sahibkarlıq subyektləri də bunları alırlar. Sahibkarlıq subyektlərinə qiyməti qaldırmaq demək mümkün olmayacaq. Həmin müəssisələrin özlərinin də xərcləri var, ona görə burada dövlət dəstəyi olmalıdır. Bizim gəlirlərimiz neft satışından artır. Bir halda ki, gəlirlərimiz artır, oradakı gəlirlər hesabına burada- əhalinin aşağı sosial təbəqəsi nəzərə alına bilər. Onsuz da başqa mallarda qiymət artımı müşahidə edilir. Adi şirniyyat məhsulları -şokolad, konfetin qiyməti 30-40 faiz bahalaşıb. Amma bu sosial təbəqənin minimum istehlak səbətinə daxil olan qida məhsulları var. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. 30-a yaxın məhsul növü var ki, onun ölkədən çıxarılması ilə bağlı tələblər qoyulub. O da istər-istəməz qiymət qalxmasına hədəflənir. Oradakı məhsulların daxili bazarda tam şəkildə ödəmə qabiliyyəti azdırsa, yenidən idxala ehtiyacı varsa, qiymət artımı yaranırsa, burada artıq müəyyən xərclərdə sahibkarlıq subyektlərinə dəstək verilməlidir. Necə ki, pandemiya dövründə sahibkarlıq subyektlərinin işçilərinə əmək haqlarında köməklik edildi, yenə də həmin məhsulu almağa, daşımağa görə müxtəlif subsidiyalar edilməlidir”.

Oxunub: 644
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-01-2022, 00:22

Prezident İlham Əliyevdən çörəyin qiymətinin qalxması ilə BAĞLI AÇIQLAMA

Xəbərlər

4-01-2022, 15:16

Azərbaycanda un və çörəyin bahalaşması ilə bağlı AÇIQLAMA

Xəbərlər

3-01-2022, 18:32

Azərbaycanda unun qiyməti BAHALAŞIB?

Xəbərlər

9-09-2020, 19:49

Əhaliyə BƏD XƏBƏR: Ətin qiyməti bahalaşacaq

Xəbərlər

31-12-2018, 00:40

SON ANDA!!! Yeni il ərəfəsi BƏD XƏBƏR: Azərbaycanda un - cörək də bahalaşdı – Son qiymət

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Son xəbərlər
  • Bu gün, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Bu gün, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Bu gün, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Bu gün, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Bu gün, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Bu gün, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Bu gün, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Bu gün, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Bu gün, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Bu gün, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Bu gün, 09:00
    Qaragilənin az bilinən faydaları
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə