Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı çağırışına münasibət bildirib.
Milli.Az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.
Kremlin sözçüsü Mixail Delyaqini emosiyalarına nəzarət etməyə və Azərbaycana münasibətdə dost olmayan bəyanatlarından çəkinməyə çağırıb.