• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür
Təbiətdən gələn şəfa: Keçibuynuzu
Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
Qabaqlayıcı tədbirlər görülür... - Ərdoğandan İran açıqlaması
Hansı çay qocalıqda ağıl zəifliyindən qoruyur?
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
ABŞ-da nə baş verir? - Daha bir atışma
Dəmirlə zəngin qidalar - Qanazlığı yaşayanlar üçün
İran Hörmüzlə bağlı şərtini açıqladı
Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürdü
Çox yuxululuq və ağrılar mielomanın əlaməti ola bilər
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan köçürülmə başladı
Paşinyan Putinə “imtina” dedi – Qarabağ erməniləri yenə gündəmdə
Daha az yemək üçün 5 ədəd badam metodu
Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
Süni intellektlə bunu edənlər həbs olunacaq
İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
Fars körfəzini qana bulayacağıq - Qalibaf
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatlar pulsuz olacaq?

Xəbərlər

23-12-2021, 21:51

Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatlar pulsuz olacaq?


Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatların icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır.

Bu barədə dekabrın 23-də Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə keçirilən dinləmə zamanı bildirilib.

Komitənin sədri Əhliman Əmiraslanov tədbirdə çıxış edərək deyib ki, bu gün ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən məsələ müzakirə olunur. O, icbari tibbi sığortanın Azərbaycanda geniş şəkildə tətbiqinin vacibliyini, bu sosial layihədə ölkə əhalisinin maraqlı olduğunu söyləyib. Bildirib ki, əhaliyə yüksək səviyyədə və keyfiyyətli tibbi xidmətin göstərilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Ölkə başçısı əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün icbari tibbi sığortanın geniş miqyasda həyata keçirilməsinin vacib olduğunu hər zaman qeyd edib və bununla bağlı bir neçə sərəncam imzalayıb.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə məhz Prezidentin tövsiyəsi ilə “Tibbi sığorta haqqında” qanun tamamilə yenilənib, sənədə 256 dəyişiklik edilib. Bundan sonra da qanunun təkmilləşdirilməsi davam etdirilib. Belə ki, son 3 il ərzində qanuna 14 əlavə və dəyişiklik olunub. Milli Məclisin Səhiyyə komitəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə sıx əlaqələr qurub və mütəmadi olaraq icbari tibbi sığorta ilə bağlı məsələləri müzakirə edir.

Komitə sədri ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın icbari tibbi sığortanın geniş miqyasda müvəffəqiyyətlə həyata keçirilməsində rolunu xüsusi vurğulayıb.

Çıxışının sonunda Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqi ilə bağlı deputatların qaldırdıqları məsələləri, bu sahədə bəzi məqamlarda yaranan sualları səsləndirib.

İclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxışında bildirib ki, Agentlik 2016-cı ildə fəaliyyətə başlayıb. O, bu layihənin uğurla həyata keçirilməsində Prezidentin siyasi iradəsinin xüsusi rolunu qeyd edib. Bildirib ki, icbari tibbi sığortanın əsas məqsədi tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir. Bu istiqamətdə 2017-2019-cu illərdə pilot layihələr həyata keçirilib və yaxşı nəticələr əldə edilib.

Agentliyin rəhbəri icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən işlər və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir. O, bu sahədə peşəkar tibbi kadrların hazırlanmasının önəmli olduğunu deyib. Əhalinin icbari tibbi sığorta çərçivəsində vaxtında tibbi xidmətlərlə təmin olunması üçün xəstəxanalarda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması, tibbi avadanlıqlarla təminat məsələlərindən bəhs edib. Bildirilib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə zəruri işlər görülür.

Qeyd olunub ki, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi və digər tədbirlər göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.

Zaur Əliyev icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfində əks olunduğunu söyləyib. O, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin növləri barədə məlumat verib və bu xidmətlərin sayının gələcəkdə daha da artırılmasının nəzərdə tutulduğunu deyib. Qeyd edilib ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insanların vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir. Xidmətlər Zərfindən bütün sığortaolunanlar istifadə edə bilər.

Zaur Əliyev çıxışında 2021-ci il üzrə icbari tibbi sığorta sahəsində bəzi statistik məlumatları da səsləndirib.

Sonra iclasda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Bayramov da Xidmətlər Zərfi ilə bağlı bəzi məqamları diqqətə çatdırıb. Bildirilib ki, Xidmət Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, laboratoriya xidmətləri, cərrahi tibbi xidmətlər, stasionar terapevtik və bir çox digər tibbi xidmətlər daxildir. Bununla yanaşı, orqan implantasiyası ilə bağlı əməliyyatları da Xidmətlər Zərfinə daxil etmək planlaşdırılır. Məlumatda xidmətlərlə bağlı mövcud rəqəmlər səsləndirilib və gələcəkdə nəzərdə tutulan artımlardan bəhs edilib. Qeyd edilib ki, icbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir. Layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir və bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib. O da qeyd edilib ki, icbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir. Bildirilib ki, icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq.

Sonra iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlardan Azay Quliyev, Rəşad Mahmudov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Ülvi Quliyev çıxış edərək icbari tibbi sığortanın tətbiqinin əhəmiyyəti barədə söhbət açıblar, bu sahədə yaranan bəzi çətinliklərdən bəhs ediblər, maarifləndirmənin vacibliyindən danışıblar, suallarını səsləndiriblər.

İclasda iştirak edən səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin bir il ərzində nəticələrini müsbət qiymətləndirib. O, Səhiyyə Nazirliyinin bu prosesə həm dəstək olduğunu, həm də aktiv iştirak etdiyini deyib. Qeyd edilib ki, icbari tibbi sığortanın uğurla həyata keçirilməsi nəticəsində biz 5 il ərzində Xidmətlər Zərfinin daha da zənginləşdirilərək tamamlanmasına nail olacağıq. Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını təmin etmək önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.

İclasın sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Bayramov deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətiriblər, səsləndirdikləri sualları cavablandırıblar.

İclasda deputatlar Məşhur Məmmədov, Etibar Əliyev, Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.

Oxunub: 822
Paylaş:
Digər xəbərlər

Səhiyyə

4-08-2021, 22:32

İl ərzində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı AÇIQLANDI

Səhiyyə

22-06-2021, 15:35

İcbari tibbi sığorta xidməti göstərən özəl xəstəxanaların siyahısı açıqlandı

Xəbərlər

13-05-2021, 00:55

DİQQƏT! Bunlar PULSUZ OLDU - Dövlət qurumu AÇIQLADI

Xəbərlər

12-03-2021, 11:16

Bu xəstəliyi olanlar pulsuz müalicə oluna bilər - SİYAHI

Xəbərlər

1-10-2019, 18:40

İcbari tibbi sığorta sistemi nə vəd edir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür
Təbiətdən gələn şəfa: Keçibuynuzu
Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
Qabaqlayıcı tədbirlər görülür... - Ərdoğandan İran açıqlaması
Hansı çay qocalıqda ağıl zəifliyindən qoruyur?
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
Son xəbərlər
  • Dünən, 22:52
    Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür
  • Dünən, 21:35
    Təbiətdən gələn şəfa: Keçibuynuzu
  • Dünən, 20:32
    Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
  • Dünən, 19:05
    Qabaqlayıcı tədbirlər görülür... - Ərdoğandan İran açıqlaması
  • Dünən, 18:47
    Hansı çay qocalıqda ağıl zəifliyindən qoruyur?
  • Dünən, 17:33
    Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
  • Dünən, 16:43
    ABŞ-da nə baş verir? - Daha bir atışma
  • Dünən, 15:28
    Dəmirlə zəngin qidalar - Qanazlığı yaşayanlar üçün
  • Dünən, 14:19
    İran Hörmüzlə bağlı şərtini açıqladı
  • Dünən, 13:24
    Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürdü
  • Dünən, 12:50
    Çox yuxululuq və ağrılar mielomanın əlaməti ola bilər
  • Dünən, 11:37
    Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan köçürülmə başladı
  • Dünən, 10:11
    Paşinyan Putinə “imtina” dedi – Qarabağ erməniləri yenə gündəmdə
  • Dünən, 09:05
    Daha az yemək üçün 5 ədəd badam metodu
  • 12-03-2026, 22:00
    Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
  • 12-03-2026, 21:27
    Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
  • 12-03-2026, 20:29
    Süni intellektlə bunu edənlər həbs olunacaq
  • 12-03-2026, 19:44
    İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
  • 12-03-2026, 18:15
    Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
  • 12-03-2026, 17:23
    Fars körfəzini qana bulayacağıq - Qalibaf
  • 12-03-2026, 16:04
    Müharibə qızışır: ABŞ Yaxın Şərqə əlavə qoşun göndərdi
  • 12-03-2026, 15:11
    Bilək Ağrısının Səbəbləri Hansılardır? Evdə Müalicə Üsulları
  • 12-03-2026, 14:41
    Türkiyəyə raket hücumu: S-400-dən niyə istifadə edilmir?
  • 12-03-2026, 13:11
    Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!
  • 12-03-2026, 12:23
    Osteoporoz ən çox hansı sümüklərə zərər verir? Mütəxəssis açıqladı
  • 12-03-2026, 10:50
    Zelenski hədəf göstərdi – Dünya müharibəsi elan olunur?
  • 12-03-2026, 09:06
    Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI
  • 11-03-2026, 22:56
    Alimlər ideal yuxu müddətini dəqiq hesabladılar
  • 11-03-2026, 21:29
    Rokanın faydaları və zərərləri
  • 11-03-2026, 19:26
    Neft kəskin bahalaşdı: maaş və pensiyalar artacaq? – AÇIQLAMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə