• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bundan sonra Azərbaycanda avtomobil satmaqçün... - Qaydalar DƏYİŞDİ

Xəbərlər

2-12-2021, 10:59

Bundan sonra Azərbaycanda avtomobil satmaqçün... - Qaydalar DƏYİŞDİ


Azərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişir. Yeni qaydalar bu günlərdə təsdiqlənən "Nağdsız hesablaşmalar haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, gələn ildən avtomobillərin alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, pandemiyanın pik dövründə Bakının maşın bazarlarında alver zəifləsə də, bu ildən bazar canlanıb, xüsusilə ikinci əl avtomobillərinin qiyməti artıb. Maşın alverçiləri deyirlər ki, rüsümlardan sonra nağdsız ödənişlərin tətbiqi qiymətlərə cüzi də olsa təsir edəcək. Baxmayaraq ki, onların çoxu yeni qaydalardan xəbərsizdir.

Ekspertlər isə yeni qaydanın tətbiqinin daha çox alıcıların işinə yarayacağını düşünürlər. Çünki alqı-satqı əməliyyatlarında istənilən halda aldadılan tərəf alıcılar olur.

"Onsuz da son illər bu işdən gəlirimiz azalıb..."

Eldar Alıyev 22 ildir maşın alveri ilə məşğuldur. Deyir ki, son iki ilədək qiymətindən və modelindən asılı olaraq satdığı hər maşından ən azı 1 500-3 000 manatadək gəliri olurdu. İndi satdığı maşınlardan ən yaxşı halda 500 manat qazananda sevinir.

"Bəzən aylarla əlimizdə olan maşını sata bilmirik. Hər keçən gün qiymətə təsir göstərir, maşın isə baxım, xərc tələb edir. Bazara gələn müştəri isə uzağı 20-25 min manatlıq, yanacağa qənaət edən ikinci əl maşını axtarır. Sənədləşdirmənin xərcini də üzərimizə götürürük ki, sata bilək, müştəri qaçmasın", - Eldar Alıyev bildirir.

E.Alıyevin sözlərinə görə, hibrid avtomobillərinə təlabat ildən-ilə artır: "Bazara çıxan əksər satıcının kredit borcu var. Pandemiyada hamımız, xüsusilə yeni maşın alıb-gətirənlər zərərə düşdü. İndi nağdsız alqı-satqıda nə qədər vergi verəcəyimizi bilmirik. Yeni qayda haqqında az-çox eşitmişik,detallar açıqlanmadığından narahatıq".

Söhbətləşdiyimiz digər avtomobil taciri isə deyib ki, yeni qayda haqda ilk dəfə bizdən eşidir. Sonuncu dəfə ötən həftənin istirahət günləri bazara çıxıb, ona bu barədə heç kim məlumat verməyib: "Ev satışı ilə bağlı qaydalardan xəbərdaram, bilirəm ki, alqı-satqı müqaviləsi olur, pul bank üzərindən köçürülür, vergilər tutulur, çünki konkret verdi məbləğləri açıqlanmışdı. Amma maşın alqı-satqısında nəğd hesablaşmanın qadağan ediləcəyini eşitməmişdim. Əgər belədirsə deməli dolanışığımız daha da pisləşəcək".

Həmsöhbətimiz deyib ki, bəzən aylarla satış olmur. Bir maşından əldə etdiyi qazanc 1 ay dolanışığa yetmir: "Adımız maşın alverçisidir, amma içi özümüzü, çölü özgələrini yandırır. Bazara çıxan alverçilərin çoxu borc götürüb maşın alır".

Bakıdakı bir neçə avtomobil satışı salonlarına da zəng vurduq, onlar yeni dəyişiklikdən xəbərdar olsalar da deyirlər ki, hələlik prosesin necə təşkil ediləcəyi haqda məlumatları yoxdur. Çünki hesablamaların necə aparılacağı ilə bağlı detalların yaxın günlərdə açıqlanacağını onlara deyiblər.

Qazanan alıcılar olacaq

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, bu qaydanın tətbiqinə çoxdan ehtiyac yaranmışdı. Çünki yeni qaydanın tətbiqi ilə avtomobil alqı-satqısının uçotunun aparılması mümkün olacaq. Bu qayda istənilən halda vətəndaşların xeyrinə olacaq.

"Artıq xeyli müddətdir xüsusilə ikinci əl bazarında vətəndaşların aldadılmasının şahidi oluruq. Alıcı problemlə qarşılaşdıqda maşını geri - aldığı adama qaytara bilmir. Çünki avtomobil üçün ödədiyi məbləğlə bağlı hər hansısa bir sənədləşdirmə aparılmır. Nəticədə zərər çəkən alıcı olur", - ekspert deyib.

Digər tərəfdən, uçotun aparılması vətəndaşların bəzi fırıldaqçıların toruna düşməsinin qarşısını alacaq. E.Cəfərov hesab edir ki, nağdsız hesablaşmalar qiymətlərin artmasına səbəb olmayacaq: "Avtomobil bazarında qiymətlər əsasən bir neçə amillərdən təsirlənir. Rüsumların artırılması, nağdsız hesablaşmalar qiymətlərə ciddi təsir edə bilməz. Əsasən beynəlxalq daşınaların bahalaşması avtomobillərin qiymətinə təsir edir"

Bank faizi, vergi...

Ekspert deyir ki, hələlik avtomobil alqı-satqısından nə qədər bank faizi, vergi tutulacağı haqda konkret məbləğ açıqlaya bilmir. Amma istənilən halda faizlər avtomobilin dəyərinin 5-10 faizi civarında olmayacaq: "Alqı-satqı zamanı tərəflər arasında qarşılıqlı razılaşma da ola bilər. Vətəndaş öz maşınını satırsa, bank hesabı açdırmaq gərək deyil, vəsaiti poçt vasitəsilə köçürə edə bilər. Sahibkarlar, avtomobil alverçiləri isə təbii ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və alqı-satqını vergini ödəyərək həyata keçirəcəklər. Alqı-satqı prosesi zamanı əlavə vaxt itkisi olmayacaq".

E.Cəfərov xəbərdarlıq edir ki, alıcılar satıcı ilə danışıqlara gedib müəyyən qanunsuzluqlara əl atmasınlar. Məsələn, məbləğin yarısının banka köçürülməsi və ya digər risklərə getməsinlər. Çünki belə sövdələşmələrdən ziyan çəkə, başları ağrıya bilər.

Azərbaycanda milyon yarım avtomobil var

Cəfərov onu da bildirib ki, avtomobillərin alqı-satqısının uçotunun aparılması vacibdir. Çünki Azərbaycanda milyon yarım avtomobil var. Hansı ki, onların tam yarısı yararsız, istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobillərin alqı-satqı zamanı məyyən risklər yaranır. Ekspert onu da deyib ki, pandemiyanın pik dövründə avtomobil bazarında satış zəifləyib, satıcılar zərərlə üzləşiblər, ikinci maşın bazarında da tələb azalıb. Hazırda isə vəziyyət yaxşılığa doğru dəyşib, tələb artıb və təxminən 5 faiz bahalaşma var...

Oxunub: 801
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-11-2021, 18:44

Azərbaycanda maşın alıb-satmaq QAYDALARI DƏYİŞİR: BUNDAN SONRA...

Xəbərlər

9-10-2021, 19:46

Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək

Xəbərlər

28-07-2021, 10:43

Kartlarda saxlanılan pensiya və maaşların ÜZƏRİNƏ FAİZ GƏLƏCƏK

Xəbərlər

6-09-2020, 22:07

Əhaliyə ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların ÜZƏRİNƏ PUL GƏLƏCƏK

Xəbərlər

16-03-2019, 10:15

Azərbaycanda siqaretlə bağlı QAYDALAR DƏYİŞDİ: bundan sonra... - YENİ QƏRAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
Son xəbərlər
  • Bu gün, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • Bu gün, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • Bu gün, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Bu gün, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə