• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İsrail və Türkiyədən KRİTİK ADDIM: “Bu, Azərbaycanın da xeyrinədir”

Xəbərlər

20-11-2021, 22:14

İsrail və Türkiyədən KRİTİK ADDIM: “Bu, Azərbaycanın da xeyrinədir”


“Qarabağdakı 44 günlük savaşın hərbi mərhələsindən sonrakı dövründə İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasından ən çox faydalanan ölkə Azərbaycan ola bilər”.

Kanal.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili İsrail və Türkiyə prezidentləri arasındakı son təmaslara diqqət çəkib:

“Hamımızın içini dağlayan şəhid xəbərləri, Milli Məclisdə büdcə müzakirələrində bəzi deputatların yersiz çıxışlarına qarşı körüklənən süni aqressiya, Zəngəzur dəhlizinin açılışı ilə yayılan psevdoxəbərlər həmişəki kimi, Azərbaycan cəmiyyətinin diqqətini bizim üçün böyük mahiyyət daşıyan xəbərlərdən yan keçməyə, onu diqqətsiz saxlamağa gətirib çıxarır. Bu xəbər sadəcə bir cümləlik ifadədə təqdim olunsa da, özlüyündə ciddi bir tarixi dönüşüm anını ehtiva etməkdədir. Bir sözlə, günümüzün ən ciddi hadisəsi Türkiyə prezidenti ilə İsrail prezidenti arasında baş tutan telefon danışığıdır.

Türkiyə və İsrail arasında düşmənçilik buzlarının əriməsi ən çox Azərbaycanın yararına olan bir məsələdir. Təsəvvür edin ki, son Vətən savaşında bizə dəstək verən bu iki dövlət bir-biri ilə düşmən vəziyyətindədir və ən böyük sıxıntını da biz çəkməli oluruq.

Türkiyə qardaşımız, İsrail də dostumuz, hər ikisi də Azərbaycan üçün ən yüksək fədakarlığı gözə aldılar, hərbi, siyasi, diplomatik və informasiya məkanında Azərbaycanın haqlı davasının dəstəkçisi oldular. Ancaq bu dəstək koordinasiyasız olduğundan bizim üçün də müəyyən sıxıntılar yaradırdı”.

Fazil Mustafa qeyd edib ki, savaşın hərbi mərhələsindən sonrakı dövründə bu iki dövlətin münasibətlərinin yaxşılaşmasından ən çox faydalanan ölkə Azərbaycan ola bilər:

“Bu hadisədən məmnun qalmayan bəlkə də birinci dövlət Ermənistandır. Ermənistan bu üçbucağın kəsici ucunun nəyə qadir olduğunu öz dərisində çoxdan anlamış durumdadır. Ərəb ölkələri tərəfdən problem yoxdur, çünki onlar özləri də son illərdə İsraillə münasibətlərini ən yüksək səviyyədə qurmağa başladılar. Fələstin üçün də xeyli faydalı addımdır, çünki İsraillə real nəticəyə varacaq dialoqu ancaq Türkiyə vasitəsi ilə gerçəkləşdirmək mümkündür.

Qaldı qonşumuz İrana, onun da narazılıq üçün elə bir ciddi əsası yoxdur, çünki özü Ermənistana biz müsəlmanların ən ağır durumda olduğumuz zamanlarda dəstək vermiş və bu gün də düşmənimizə dəstəyini davam etdirir. Həm də İran anlayır ki, Azərbaycanın heç bir addımı öz qonşusuna qarşı yönəlməz, təki qonşusu təcavüzkar, işğalçı olmasın. İndi də İranla bölgənin inkişafı, kommunikasiyaların açılışı, barışın təsisi üçün müzakirələr aparırıq, mehriban qonşuluq əlaqələrinin sabit zəminə oturdulmasına çalışırıq.

Bizim bölgədə yeganə düşmənimiz Ermənistandır və düşmən siyahımızdan çıxmaq da bu dövlətin öz əlindədir. İddialarından əl çəksin, sərhədlərimizi tanısın, Qarabağdakı ermənilərlə siyasi və hərbi təmasını dayandırsın, Zəngəzur dəhlizini açsın, düşmənçilik özlüyündən aradan qalxacaqdır.

Bir sözlə, Türkiyə və İsrail arasında yaxınlaşma pərdə arxasında həm də Azərbaycan dövlətinin səylərinin pozitiv yekunu olaraq qiymətləndirilməlidir. Bu yalnız bizim indiki məqamda qazandığımız psixoloji üstünlük deyil, eyni zamanda bölgədə proseslərin arzuladığımız zəmində irəliləməsinin faydasına olacaq bir prosesdir”. //teleqraf

Oxunub: 667
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-10-2021, 08:07

İranlı siyasətçi HƏDDİNİ AŞDI: Azərbaycanı TƏHDİD ETDİ

Xəbərlər

23-09-2021, 10:51

ABŞ-la İsrail arasında gizli görüş: B planı gündəmdə

Xəbərlər

23-05-2021, 17:06

"İsraildən oyunda olmasa da, döyüşdə 12 xal almışıq bəsimizdir" - Millət vəkilindən AÇIQLAMA

Xəbərlər

11-05-2021, 14:35

"İsrail Azərbaycanı müdafiə etdi, yaxşılığa yaxşılıqla cavab verməliyik..." - Millət vəkilindən AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

24-05-2018, 07:47

İsrail “erməni soyqırımını” tanıya bilər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
Son xəbərlər
  • Dünən, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • Dünən, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • Dünən, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • Dünən, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • Dünən, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • Dünən, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • Dünən, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Dünən, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
  • Dünən, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Dünən, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • 7-08-2026, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • 7-08-2026, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • 7-08-2026, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • 7-08-2026, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • 7-08-2026, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • 7-08-2026, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • 7-08-2026, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • 7-08-2026, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • 7-08-2026, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • 7-08-2026, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • 7-08-2026, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • 7-08-2026, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • 7-08-2026, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə