• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan sevəndə beyni zəifləyirmiş - Alimlər açıqladı
İshal zamanı necə qidalanaq?
Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır
Qərbin YENİ PLANI: Gürcüstan Rusiya ilə yeni müharibəyə hazırlanır
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Tailand və Kamboca arasında atəşkəs qüvvəyə mindi
İran rəsmisindən Zəngəzurla bağlı AÇIQLAMA: “Ermənistanı itirə bilərik”
Hər gün 2 qoz ləpəsi yeməklə ən yayılmış xərçəngə qalib gələ bilərsiniz
Paşinyan II Qareginin istefası ilə bağlı son tarixi verdi
Azərbaycanda bu kəndlər sürətlə boşalır – İcra hərəkətə keçdi
Qaraciyərin dostu 12 əsas qida
Sankt-Peterburqda yaşayan azərbaycanlılara xəbərdarlıq: İlin sonuna qədər...
Dünya bu qərarla silkələnir – Azərbaycanda da ola bilər
Yemiş yeyəndə tumlarını atmayın! Qaraciyər, böyrəklər, bronxları təmizləyir...
"ChatGPT ilə yazışmalarınız məhkəmədə sübut kimi istifadə oluna bilər"
Ermənilərin “yox” dediyi təklif: Bakı Qarabağda bunu planlayırdı – Detallar
Günəş kremləri D vitamini çatışmazlığına səbəb ola bilər - Bəs nə etməliyik?
KXDR Cənubi Koreyanın yeni lideri də ilə danışıqlara getməkdən imtina etdi
Almaniyada sərnişin qatarı relsdən çıxdı: 4 ölü, 34 yaralı
Bu şəxslər daha tez ölür - Araşdırma
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kreml rus sülhməramlıları BÖLGƏDƏN ÇIXARACAQ: Tarix dəqiqləşib, ermənilərin ZAMANI DARALIR

Xəbərlər

26-10-2021, 10:19

Kreml rus sülhməramlıları BÖLGƏDƏN ÇIXARACAQ: Tarix dəqiqləşib, ermənilərin ZAMANI DARALIR


Rusiyanın tələsdiyi və üçtərəfli anlaşmaların icrasını yaxın 4 il ərzində yekunlaşdırmağa çalışdığı müşahidə olunur; Ermənilərin rus sülhməramlıların bölgədə dislokasiya müddətinin uzadılacağına ümid bəsləməsi tamamilə yersizdir və bu məsələ Kremldən daha çox rəsmi Bakının siyasi iradəsinə bağlıdır…
Ermənistan yeni siyasi böhrana doğru sürüklənir. Revanşist Qarabağ klanı Ermənistanda daxili siyasi-ictimai gərginliyi artırmağa cəhdlər göstərir. Və bu baxımdan, Ermənistanın hər an qarışa biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, son vaxtlar Ermənistan ətrafında, eləcə də Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər Qarabağ klanını qane etmir. Əksinə, qonşu ölkələrə qarşı ərazi iddialarına və erməni separatizminə bağlı siyasi-ideoloji tezisləri biznes qaynağına çevirən Qarabağ klanı öz mövcudluq şərtlərinə qarşı ciddi təhlükənin olduğunu artıq anlayır. Çünki indiki situasiyanın dəyişməyəcəyi təqdirdə, siyasi səhnədə Qarabağ klanına heç bir ehtiyacın qalmayacağı qətiyyən şübhə doğurmur.

Ona görə də, Qarabağ klanının təmsilçiləri regionda sabitləşmə prosesinə bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışırlar. Noyabrın əvvəllərində növbəti yüksəksəviyyəli üçtərəfli görüşün keçiriləcəyi və yeni sənədlərin imzalanacağı barədə məlumatların yayılmasından sonrasa, Qarabağ klanı daha da fəallaşmağa başlayıb. Bu radikal revanşist qüvvə artıq yaxın günlərdə Ermənistanda ardıcıl kütləvi etiraz aksiyalarının keçiriləcəyini də bəyan edib.

Ancaq Qarabağ klanı ölkədə növbəti etiraz dalğası yaratmaq üçün tutarlı arqumentlər yaratmağa da can atır. Ona görə də, siyasi gərginliyin yüksəldilməsi prosesinə məhz parlament divarları daxilində başlamaq niyyətindədir. Qarabağ klanı Paşinyan hakimiyyətinə təzyiq göstərir ki, Ermənistan parlamentində sərhədlərin delimitasiya və demarkasiya mövzusu mütləq müzakirə edilsin.

Maraqlıdır ki, son məlumatlara görə, Qarabağ klanı bu məsələnin Ermənistan parlamentində müzakirəsi ilə bağlı qərarın verilməsinə də nail ola bilib. Bu barədə danışan Qarabağ klanının təmsilçisi Artsvik Minasyan bildirib ki, Ermənistan və “dqr” ətrafında yaranmış situasiya onun təmsil etdiyi siyasi qüvvəni ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti bu məsələnin parlamentdə güc strukturlarının rəhbərləri ilə birlikdə müzakirə edilməsinə əngəl törədir: “Görünür, hakimiyyətin gizli qalmasında maraqlı olduğu məqamlar var. Onlar sərhədlə bağlı prosesləri gizli şəkildə aparmağa çalışırlar”.

A.Minasyana görə, Paşinyan hakimiyyətinin indiki əlverişsiz situasiyada sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bəyan etməsi çox təəccüblüdür: “Hakimiyyətin sovet xəritələrinə istinad etməsi və tələskən davranması narahatlıq doğurur. Məlum deyil ki, həmin xəritələr hansı dövrləri əhatə edir. Biz delimitasiya və sülh prosesinə qarşı olmasaq da, tələskənləyin yaxşı nəticələr verməyəcəyini düşünürük”.

Ancaq Qarabağ klanı təmsilçilərinin anlamaq istəmədikləri bir önəmli məqam var. Hazırda geopolitik proseslər Qarabağ klanının mövqeyi nəzərə alınaraq, cərəyan etmir. Hətta Ermənistanın mövqeyi də bu proseslərdə elə bir ciddi rol oynamır. Rəsmi İrəvan sadəcə, mövcud reallıqlarla və qarşısına qoyulan şərtlərlə razılaşmaq məcburiyyətindədir. Və hətta Paşinyan hakimiyyəti devrilsə belə, bu istiqamətdə heç bir ciddi dəyişiklik olmayacaq.

Erməni separatçıları isə bu prosesin tezliklə onların bir çoxunun həbsxanalara doldurulması ilə nəticələnə biləcəyindən narahatdırlar. Düzdür, erməni separatçıları da üçtərəfli anlaşmaların icrasına müqavimət göstərməyə çalışdıqlarını biruzə verməyə çalışırlar. Ancaq onların mövcudluğunun artıq heç kimi ciddi şəkildə narahat etmədiyini də anlamamış deyillər.

Məsələ ondadır ki, erməni separatçılarının təmsilçisi Artak Beqlaryan Dağlıq Qarabağın minilliklər boyu onlara məxsus olduğu barədə yalnız özlərinin inana biləcəyi uydurmaları yenidən gündəmə gətirməyə çalışıb. Belə anlaşılır ki, “erməni xəyallar” riyazi hesablama prinsiplərini də ironik vəziyyətə sala biləcək qədər güclüdür. Əks halda, 2021-ci ildən 1828-ci ili çıxmaqla, ermənilərin Cənubi Qafqaza neçə il əvvəl gəldiklərini asanlıqla, hesablaya bilərdilər. Və dünyanı, artıq heç kimi maraqlandırmayan uydurma iddiaları ilə yormazdılar.

Ancaq nə qədər uydursalar da, “xəyali minilliklər”in deyil, məhz yaxın 4 ilin onların gələcək taleyini həll edəcəyini də anlamamış deyillər. Ona gör də ciddi şəkildə narahatdırlar, Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədə əbədi qalmasının vacibliyini sübuta yetirməyə çalışırlar. Halbuki bunun mümkün olmaya biləcəyini də qətiyyən istisna etmirlər.

Məsələn, separatçı Artak Beqlaryan hesab edir ki, 4 ildən sonra nə olacağı hələlik məlum deyil: “Ona görə də bizim hədəfimiz bu müddət ərzində əhalinin mənzil problemini həll etmək və daha çox erməninin bura geri dönməsini təmin etməkdir. Çünki biz ümid edirik ki, Rusiya sülhməramlı qüvvələrinin dislokasiya müddəti uzadılacaq”.

Ancaq erməni separatçıların bu ümidlərinin özünü qətiyyən doğrultmayacağını artıq onlardan başqa hamı anlayır. Rusiyanın davranışları da göstərir ki, Kreml heç özü də növbəti 5 il üçün rus sülhməramlıların bölgədə qalmasında maraqlı deyil. Ona görə də, Kreml yaxın 4 il ərzində buna ehtiyac olmayacaq situasiyanın yaradılmasına cəhd edir.

Məsələ ondadır ki, Rusiya israrla üçtərəfli anlaşmaların tam şəkildə icra olunmasının vacibliyini vurğulayır. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə başlamağa çağıraraq, bu prosesdə öz yardımını təklif edir. Cənubi Qafqazda bütün nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının regionun gələcək inkişaf perspektivləri baxımından, böyük önəm daşıdığını xüsusi olaraq, qabardır.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiyanın israrla tam şəkildə icra olunmasına çağırdığı üçtərəfli anlaşmalarda Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyasına nail olunması barədə ayrıca maddə var. Ona görə də, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər “xəyali minilliklər” barədə uydurmaları bir kənara buraxıb, ən qısa zaman içərisində Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa hazırlaşsalar daha yaxşı olar. Çünki heç kim onların “kaprizlləri” oynayıb, zaman itirmək niyyətində deyil.

Əksinə, Kremlin davranışları Rusiyanın da tələsdiyini və üçtərəfli anlaşmaların icrasını yaxın 4 il ərzində yekunlaşdırmağa çalışdığını göstərir. Yəni, ermənilərin rus sülhməramlıların bölgədə dislokasiya müddətinin uzadılacağına ümid bəsləməsi tamamilə yersizdir. Üstəlik, bu məsələ Rusiyadan daha çox rəsmi Bakının siyasi iradəsinə bağlıdır.

Rusiya sülhməramlılarının 4 ildən sonra bölgədən çıxarılacağı ilə bağlı Kreml və rəsmi Bakı arasında qeyri-rəsmi anlaşmanın olduğu barədə də müəyyən məlumatlar mövcuddur. Üstəlik, Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxış edərkən, “Qarabağda Rusiya sülhməramlı qüvvələrinin dislokasiya müddətinin uzadılması müzakirə edilmir” deməklə, ermənilərə gələcəyi təsəvvür etmək imkanı yaradıb.

Əgər, bunu da anlaya bilmirlərsə, onda heç olmasa, erməni separatçıların artıq Rusiyada özünə sığınacaq axtarmağa başlamış rəhbəri Araik Arutyunyanın “Bizdən “dqr” ordusunun tərksilah olunmasını tələb edirlər” etirafını diqqətə alsınlar. Bu, Rusiyanın dislokasiya müddəti bitdikdən sonra rus sülməramlıları bölgədən çıxartmaq niyyətində olduğunu təsdiqləyən məqamdır.

Oxunub: 590
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-10-2021, 08:00

Putin Paşinyandan Zəngəzur dəhlizini TƏLƏB EDİR: Xəritə mesajı isə bəhanələri BOŞA ÇIXARTDI

Xəbərlər

4-10-2021, 16:02

Paşinyanı devirmək QƏRARI VERİLDİ: Hədəfdəki Qarabağ klanı “QANLI HESABLAMA”ya hazırlaşır

Xəbərlər

5-09-2021, 16:11

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri GÖRÜŞÜR – Sülh müqaviləsinə TƏLİMAT

Xəbərlər

11-07-2021, 10:42

Ermənilər Rusiyaya ƏVƏZ AXTARIR: ABŞ-la müttəfiqlik və NATO-ya QOŞULMA

Xəbərlər

8-12-2020, 13:06

Ermənilər Rusiyanın cənubunda yeni "Qarabağ" YARADIRLAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan sevəndə beyni zəifləyirmiş - Alimlər açıqladı
İshal zamanı necə qidalanaq?
Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır
Qərbin YENİ PLANI: Gürcüstan Rusiya ilə yeni müharibəyə hazırlanır
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Tailand və Kamboca arasında atəşkəs qüvvəyə mindi
Son xəbərlər
  • Dünən, 22:31
    İnsan sevəndə beyni zəifləyirmiş - Alimlər açıqladı
  • Dünən, 21:12
    İshal zamanı necə qidalanaq?
  • Dünən, 20:17
    Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır
  • Dünən, 19:55
    Qərbin YENİ PLANI: Gürcüstan Rusiya ilə yeni müharibəyə hazırlanır
  • Dünən, 18:37
    İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
  • Dünən, 17:19
    Tailand və Kamboca arasında atəşkəs qüvvəyə mindi
  • Dünən, 16:14
    İran rəsmisindən Zəngəzurla bağlı AÇIQLAMA: “Ermənistanı itirə bilərik”
  • Dünən, 15:11
    Hər gün 2 qoz ləpəsi yeməklə ən yayılmış xərçəngə qalib gələ bilərsiniz
  • Dünən, 14:31
    Paşinyan II Qareginin istefası ilə bağlı son tarixi verdi
  • Dünən, 13:08
    Azərbaycanda bu kəndlər sürətlə boşalır – İcra hərəkətə keçdi
  • Dünən, 12:24
    Qaraciyərin dostu 12 əsas qida
  • Dünən, 11:32
    Sankt-Peterburqda yaşayan azərbaycanlılara xəbərdarlıq: İlin sonuna qədər...
  • Dünən, 10:17
    Dünya bu qərarla silkələnir – Azərbaycanda da ola bilər
  • Dünən, 09:06
    Yemiş yeyəndə tumlarını atmayın! Qaraciyər, böyrəklər, bronxları təmizləyir...
  • 28-07-2025, 22:33
    "ChatGPT ilə yazışmalarınız məhkəmədə sübut kimi istifadə oluna bilər"
  • 28-07-2025, 19:40
    Ermənilərin “yox” dediyi təklif: Bakı Qarabağda bunu planlayırdı – Detallar
  • 28-07-2025, 18:31
    Günəş kremləri D vitamini çatışmazlığına səbəb ola bilər - Bəs nə etməliyik?
  • 28-07-2025, 17:07
    KXDR Cənubi Koreyanın yeni lideri də ilə danışıqlara getməkdən imtina etdi
  • 28-07-2025, 16:46
    Almaniyada sərnişin qatarı relsdən çıxdı: 4 ölü, 34 yaralı
  • 28-07-2025, 15:29
    Bu şəxslər daha tez ölür - Araşdırma
  • 28-07-2025, 14:24
    Koronavirus peyvəndi ilə bağlı yeni narahatlıq: Milyonlarla insan… – Açıqlama
  • 28-07-2025, 13:41
    Almaniya kansleri: ABŞ ilə sövdələşmədən daha çox güzəştlər gözləyirdim
  • 28-07-2025, 12:27
    Bədəndə şişkinlik bu 3 səbəbdən ola bilər – Kardioloq xəbərdarlıq edir
  • 28-07-2025, 11:18
    Dünya üçün yeni fəlakət siqnalı: Moskvada müzakirələr başladı, plan cızılır
  • 28-07-2025, 11:03
    Tayvan rəsmisi ABŞ və Latın Amerikası səfərlərini təxirə salındı
  • 28-07-2025, 10:37
    Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
  • 28-07-2025, 09:05
    Ağciyər, prostat və dəri xərçənginə qarşı - bir göyərti
  • 27-07-2025, 22:29
    Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü
  • 27-07-2025, 21:15
    Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı
  • 27-07-2025, 20:40
    Ağ Ev təsdiqlədi: Trampın Şimali Koreya ilə bağlı məqsədi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə