• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türk GENERALDAN ANONS: Azərbaycan İrəvana QAYIDACAQ – Ermənilər RAZI OLMASA….

Xəbərlər

30-09-2021, 08:09

Türk GENERALDAN ANONS: Azərbaycan İrəvana QAYIDACAQ – Ermənilər RAZI OLMASA….


Prezident İlham Əliyevin 27 sentyabr Anım Günündə və ondan sonra da ard-arda mühüm açıqlamalar verməsi Soçidə Rusiya və Türkiyə liderlərinin görüşü öncəsi Azərbaycanın münasibətini və davranışını sərgilədi. Eyni zamanda İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr bölgəyə, region ölkələrinə və dünyaya lazım olan mesajları çatdırmaq, Azərbaycanın qərarlı mövqe tuduğunu göstərmək baxımından əhəmiyyətlidir.

KAİM.az xəbər verir ki, bu sözləri müsahibəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Müsahibəni təqdim edirik:

– Cənab general, Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində qeyd etdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri on illərlə Qarabağda Azərbaycanın maddi və mənəvi irsinin dağıdılmasına göz yumdu, Ermənistanın hərbi cinayətlərinə reaksiya vermədi və indi Azərbaycanı nədəsə ittiham etməyə çalışırlar. Minsk qrupu nə üçün gözləntiləri doğrulda bilmədi?

– Beynəlxalq münasibətlərdə yaradılan bəzi təşkilatlar problemi həll etmək əvəzinə, məsələnin həllini dondurmaq üçün çalışırlar, sanki bunun üçün yönəldiliblər. ATƏT-in Minsk qrupu da Azərbaycanla Ermənistan arasındakı məsələni Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək şəkildə həll edilməmək üçün yaradılan bir təşkilatdır. Çünki Minsk qrupunda təmsil olunan ölkələrin çox böyük funksiyaları yoxdur. Həmsədrlərin təmsil olunduğu ABŞ, Rusiya və Fransa öz mənfəətləri naminə bu problemin davam etməsi üçün təşkilatlanıb. Dolayısı ilə, ATƏT-in Minsk qrupu artıq ölüb, biz də 44 günlük Vətən müharibəsi boyunca onun halvasını yemişik.

– Azərbaycan Prezidenti qeyd etdi ki, münaqişənin həllindən sonra Minsk qrupundan əsas gözlənti regionda sülhün bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərməsi olub. Lakin bu, müşahidə edilmir.

– Artıq yeni reallıq var. 30 illik problemi həll etmək istəməyən Minsk qrupu bu məsələnin həll edilməsini Azərbaycanın əzəli torpaqlarını özünə qaytarmaqla mümkün hesab etməyib. Bu qurum öz missiyasını tamamlayıb, problemi həll etmək istəməmələrinə səbəb isə öz ölkələrinin çıxarları baxımından yanaşmalarıdır. Haqq və hüquq tərəfindən deyil, öz çıxarları baxımından Qarabağ probleminə baxıblar. Bu məsələ isə artıq onlar olmadan həllini tapıb.

– Ermənistan 10 noyabr bəyanatını, onun şərtlərini kobudcasına pozur. Bu barədə dövlət başçısı da vurğuladı ki, erməni silahlı qüvvələri Azərbaycan torpağından tam çıxarılmalı, Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın hələ ki, bu məsələlərdə səbr və təmkin nümayiş etdirdiyini, ancaq bunun daimi ola bilməyəcəyini xatırlatdı. Ermənistan nə üçün kommunikasiyaların açılmasının önəmini dərk etmir? Bu prosesin sürətlənməsi üçün nə kimi addımlar atıla bilər?

– Ermənistan 10 noyabr anlaşmasının şərtlərini təkcə Zəngəzur dəhlizi ilə deyil, qanunsuz olaraq Qarabağda erməni silahlılarının hələ də qalması, Azərbaycana məxsus ərazilərə icazəsiz olaraq xarici səfərlərin təşkil edilməsi ilə, mina xəritələrini təqdim etməyərək pozmağa davam edir. Azərbaycan 28 il səbr və təmkinlə sülhü gözlədi. Qarabağ məsələsini danışıqlar yolu ilə həll etmək istəyirdi. 2020-ci il iyulun 12-dən 27 sentyabra qədər yenə də səbrlə bu məsələni sülh yolu ilə həll etməyi gözlədi. Bu da baş tutmadı və 27 sentyabrda dəmir yumruğu Ermənistanın başına endirərək problemi öz imkanları ilə, Silahlı Qüvvələri ilə həll etmək yolunu tutdu. 10 noyabrdan bu günə qədər, artıq bir ilə yaxın bir müddətdə Azərbaycan hərbi anlamda özünə qarşı edilən təcavüzlərə sərt şəkildə artıqlaması ilə qarşılıq verdi. Həm də diplomatik anlamda atılması lazım olan addımları sülhsevərlik və hüquqi baxımdan yerinə yetirdi. Bu fəaliyyətlərə də davam edilməsi lazımdır. Əliyevin Zəfər paradında ifadə etdiyi kimi, həmçinin Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, bölgədə 3-lük, 6-lıq, daha sonra başqa ölkələrin də qatılacağı 8-lik platformalarla Zəngəzur dəhlizinin açılması ən başda Ermənistan və Azərbaycana, ardınca bölgə ölkələri olmaqla qlobal baxımdan layihələrə çox böyük imkanlar vəd edir. Bu, iqtisadi, sosial, siyasi və mədəni güc yaradır. Bundan da ən çox faydalanacaq olan Azərbaycan və Ermənistandır. Əgər Zəngəzur dəhlizi açılmazsa, 10 noyabrda imzalanan üçtərəfli saziş yerinə yetirilməmiş sayılır. Bu bəyanat da yerinə yetirilməzsə, Ermənistanla Azərbaycanın sülhü təmin edilə bilməz. Zəngəzur dəhlizi olmadan, bu dəhlizə bağlı layihələr reallaşdırılmadan sülhün olması mümkün deyil.

– Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsində vacib məqamlara toxundu. Xüsusilə tarixi torpaqlarımızla bağlı bildirdi ki, “Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik”. Dövlət başçısı bununla hansı mesajı vermiş oldu?

– Azərbaycan heç bir zaman başqasının ərazi bütövlüyünü hədəf alan, bu yöndə təhdid edən bir ölkə olmayıb, bundan sonra da qonşularına yönəlik hansısa təcavüzkar davranışlar sərgiləməyəcək. İrəvanın qədim və tarixi Azərbaycan, türk torpağı olduğu bəllidir. İrəvan xanlıq olmamışdan daha öncəki dönəmlərdə də Azərbaycanın idi. Bəli, İrəvana geri qayıdacağıq. Bu, iqtisadi, sosial, mədəniyyət, dövrün tələbi kimi ünsiyyət, inkişaf və tərəqqi olaraq ifadə edilir. İlham Əliyevin bu şəkildə açıqlama verməsi bunu ifadə edir. Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Bu deyilənlər dövrün tələbidir və birbaşa olaraq normallaşmaya bağlıdır.

– Prezident xəbərdarlığını da etdi. Bildirdi ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün ermənilərə xəbərdarlıq etməyin vaxtıdır.

– Bu bölgəyə sülhün və sabitliyin gəlməsini istəməyən qüvvələr var. Birincisi, Ermənistanın daxilindəki Qarabağ klanıdır. Onlar Xocalı soyqırımını törədən, 1988-ci ildən bəri azərbaycanlılara qarşı terror fəaliyyəti həyata keçirən qüvvələrdir. Onlar əslində bir alətdir. Fransa və ABŞ-dakı erməni diasporunun əlaltısıdırlar və bölgədəki digər qonşu ölkələr və ya beynəlxalq aktorların aləti rolundadırlar. Bu qüvvələr sülhün gecikməsi, müharibənin başlaması, özlərinin söz sahibi olması üçün sülhü gecikdirirlər. Buna görə də ilk olaraq İlham Əliyev bütün sualları tam ətraflı, mərhələlərlə, sülh şərtləri ilə cavabladı. İkincisi, 10 noyabr sazişi çərçivəsində, üçüncüsü beynəlxalq hüquq çərçivəsində, dördüncüsü haqq baxımından dəyərləndirdi və mərhələlərlə ən başdan başlayaraq olayları, hazırkı durumu və alacağı tədbirləri qeyd etdi. Buna görə də bu revanşist qüvvələrə qarşı mübarizə aparmaq üçün 30 il daha gözlənməyəcək. Əvvəlcə sülh təmin edilməlidir. İlham Əliyev dinc yolla olmursa, Azərbaycana qarşı terror fəaliyyəti həyata keçirilərsə və Azərbaycanın haqq və hüququnun qəbul olunmasının təmin edilməməsi halında da görüləcək tədbirləri söyləyir ki, biz nə qədər qərarlıyıq və bunun arxasındayıq. Bu da hər keçən gün alətlərin, böyük dövlətlərin kuklalarının maskalarının düşməsinə və güc baxımından zəifləmələrinə səbəb olur. Amma hər şeyin – 30 ildə, 200 ildə toplanıb qalan problemlərin birdən-birə həll olunması mümkün deyil. Azərbaycan Prezidenti öz işini bilir və bununla bağlı uğurlu fəaliyyətlər icra edir. Hər keçən gün, ötən zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə çalışır.

– Digər bir məsələ isə Qarabağda rus sülhməramlıların nəzarətində olan ərazilərə xarici vətəndaşların qanunsuz gəlmə hallarının qarşısının alınması istiqamətində Azərbaycanın prinsipial mövqeyi ilə bağlıdır. Bu məsələdə də İlham Əliyevin qətiyyətinin şahidi olduq.

– BMT Təhlükəsizlik Şurasının sərhədlərini müəyyənləşdirdiyi və beynəlxalq hüququn tanıdığı qədim Azərbaycan torpaqlarında Azərbaycan dövləti tam hökmrandır. Bu bölgəyə qonşu ölkələrdən edilən nəqliyyat fəaliyyəti, həmçinin Avropadan və Amerikadan həyata keçirilən siyasi səfərlər, davranışlar beynəlxalq hüquqa görə cinayət hesab olunur. İlham Əliyev də bunu özəlliklə İrandan gələn, başda Fransa olmaqla digər Avropa ölkələrindən gələn, Azərbaycana aid torpaqlarda ondan icazə almadan edilən bu davranışların beynəlxalq hüquqa zidd olduğunu ifadə etdi. Prezident bu xəbərdarlığı edir ki, gələcəkdə baş verə biləcək konflikt və toqquşmalarda tədbir görmək mümkün olsun. Əgər Fransa istəyirsə, bu gün əhalisinin çoxunu ermənilər təşkil edən Marseli onlara versin. Fransızlar Marseldə kiçik bir erməni dövləti yarada bilərlər. Əgər onları çox sevirlərsə, onlara qardaşlıq etməkdə bu qədər maraqlıdırlarsa, öz ölkələrində ermənilərlə bağlı status yarada bilərlər. Azərbaycan, bölgə üçün nə status, nə də Qarabağ problemi kimi bir məsələ var. Qarabağ beynəlxalq hüquq çərçivəsində Azərbaycana aiddir və hər kəs buna görə atdığı addımları, etdiyi davranışın hara gedib çıxdığını səbəb və nəticəsi ilə düşünmək məcburiyyətindədir.

/ publika

Oxunub: 782
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-07-2021, 11:47

Türk dövlətləri Azərbaycanı deyil, Rusiyanı "seçdi"

Xəbərlər

28-05-2021, 00:22

TƏCİLİ AÇIQLAMA! General Türkiyə ordusunu QARABAĞA ÇAĞIRDI

Xəbərlər

28-02-2021, 11:01

"Azərbaycanın intiqam almaq niyyətində deyil..." - Rusiyalı HƏRBİ MÜTƏXƏSSİS

Manşet / Gündəm / Xəbərlər

25-04-2018, 08:55

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

Manşet / Gündəm / Xəbərlər

26-03-2018, 16:30

İlham Əliyev general rütbələri verdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Son xəbərlər
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • 27-07-2026, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • 27-07-2026, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə