• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Zəngəzur dəhlizi açılmasa, Qərbi Zəngəzur davası açılacaq - “Azərbaycan Ordusu İrəvana çata bilər...” - ŞƏRH

Xəbərlər

29-09-2021, 12:22

Zəngəzur dəhlizi açılmasa, Qərbi Zəngəzur davası açılacaq - “Azərbaycan Ordusu İrəvana çata bilər...” - ŞƏRH


“Cənubi Qafqazda qanun və ədalət zəfər çaldı. Hamımız bilirik ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq, BMT-nin tələblərini vecinə almayaraq Azərbaycan ərazilərini işğal eləmişdi”.

Kanal.az-ın məlumatına görə, bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasət elmləri doktoru Tatyana Poloskova “Trend”ə deyib.

Необходимо разобраться в причинах и найти виновников трагедии в Ходжалы – российский политолог

“Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda geosiyasi vəziyyəti əhəmiyyətli şəkildə dəyişib. Azərbaycan özünü Cənubi Qafqazda lider kimi, Türkiyə isə dünyada ciddi böyük potensialı olan güclü regional dövlət kimi göstərib. Məhz Türkiyə və Azərbaycanın strateji ittifaqı indi Cənubi Qafqazda sabitliyin və müsbət dəyişikliklərin təminatçısıdır”, – deyə ekspert vurğulayıb.

Həqiqətdə də belədir. Başqa sözlə, artıq Bakı və Ankaranın siyasi iradəsindən kənar heç bir xarici qüvvə, dövlət, “çağırılmamış qonaq” regionda at oynada bilməyəcək. Nəzərə alsaq ki, beynəlxalq hüquq tamamən Azərbaycan və Türkiyə tərəfdədir, o zaman iki qardaş ölkənin təklif elədiyi əməkdaşlıq formatlarını (“Beşlik”, “Altılıq”) Ermənistan da, onun havadarları da enində-sonunda qəbullanmalı olacaqlar.

Ona görə ki, vaxtı uzatmağın ən ağır zərbəsi ilk növbədə dərin böhran içində olan və sürətlə boşalan Ermənistana dəyəcək. Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarından birində vurğuladığı kimi, ölkəmiz mövcud vəziyyətdə, kommunikasiyalar açılmadan da inkişafa davam edə bilər. Ermənistanın isə belə şansı, potensialı, inkişaf perspektivi yoxdur. Bu şansı, o cümlədən dünya okeanına çıxışı ona yalnız Azərbaycanla imzalanacaq sülh müqaviləsi verə bilər.

*****

“Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur”.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu sözləri isə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib. Onun qənaətincə, Cənubi Qafqaz regionunun tarixini və müasir dövrünü daha çox tədqiq etdikcə, Ermənistanın sistemli böhranı fonunda fiziki mövcudluğunu davam etdirməsi üçün daha az perspektiv görünür.

“Bu ölkənin yaxın 10-15 il üçün gələcəyi müəyyəndir, amma 25 ildən sonra ola bilər ki, dünyanın siyasi xəritəsində Ermənistan kimi bir dövlət olmasın. Hələ 8 il əvvəl, 2013-cü ildə mən yazırdım ki, erməni gəncliyi öz perspektivini vətənində deyil, diasporda görür və elə o vaxt ölkə əhalisinin azalmasını proqnozlaşdırırdım”, – deyə o qeyd edib.

Ekspertə görə, Ermənistanda indi yaşanan dərin sistemli böhran ən əvvəl özünüdərk böhranıdır və bu, heç də ötən ilin payızındakı müharibədə məğlubiyyətdən sonra yaranmayıb, əksinə, hələ sovet dövrünə gedən dərin kökləri var: “Ən yeni erməni dövlətçiliyi bu dərin daxili böhranı irs götürüb və bunun öhdəsindən gələ bilməyib. Ona görə də mən əminəm ki, Ermənistan bir ölkə kimi strateji perspektivdə yoxa çıxmağa məhkumdur. İndi Ermənistan əhalisi iki milyon nəfərə yaxındır və hər il 100 min nəfərədək insan ölkəni tərk edir, vətəndaşlığını dəyişir. Belə davam etsə, 20 ildən sonra Ermənistanda erməni qalmayacaq. Ermənistan əhalisi sürətlə qocalır, pensiya yaşlı insanların sayı gənclərin sayını üstələməyə başlayır. Ona görə də ölkədə təbii artım göstəriciləri artıq mənfi səviyyədədir və fərq getdikcə daha da çoxalacaq”.

Qurtuluş yolu isə çoxdan bəlli və nə qədər qəribə də olsa, “xilas kəməri”ni İrəvana məhz Bakı və Ankara atıb…

*****

“Bakının dəfələrlə vurğuladığı məlum rəsmi mövqeyi alqışlamaq olar: müharibə bitib və indi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır. Bununla da bu bütün dünyaya mesaj verilib ki, yeni hərbi partlayışın məsuliyyətini kim daşıyacaq”.

Bunu isə rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

Analitik əlavə edib ki, Azərbaycan dinc quruculuğa və tərəqqiyə köklənib və Moskva sırf hərbi baxımdan sülh prosesinə zəmanət verməyə hazırdır: “Odur ki, İrəvan bu iki paytaxtdakı ovqatdan nəticə çıxarmalıdır. Əks halda, Azərbaycan Ordusu İrəvana yaxınlaşa bilər. Bunu isə heç kim istəmir”.

Təbii ki, nə Azərbaycan, nə də Türkiyə orduları İrəvana girməyi hədəfləməyib – indiki Ermənistan bütövlükdə İrəvan xanlığı və digər tarixi Türk torpaqlarında bərqərar olsa da. Ancaq dəfələrlə yazdığımız kimi, biri-birinin ərazi bütövlüyünü tanımamaq yanaşması özündə bumeranq effekti daşıyır. Yəni Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımamaqla avtomatik şəkildə öz ərazi bütövlüyünü şübhə və təhlükə altına atır. Bilə-bilə ki, hazırkı Azərbaycan Respublikası 1918-20-ci illər ADR-in hüquqi varisidir, Azərbaycan SSR-in yox!

Bu barədə İlham Əliyev az öncə Ermənistan rəhbərliyini bir daha xəbərdar edərək deyib ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarını davam etdirərsə, o zaman biz də Qərbi Zəngəzura iddia irəli sürə bilərik. Hansı ərazi ki, məhz SSRİ dönəmində Moskva tərəfindən Azərbaycan SSR-dən qoparılaraq Ermənistan SSR-ə verilib, bununla da Türkiyə ilə, Naxçıvanla Azərbaycanın materik hissəsi ilə (oxu: böyük Türk dünyası ilə) quru əlaqə kəsilib.

Artıq zaman yetişib ki, həmin əlaqə təzədən bərpa olunsun. Hələlik Zəngəzur dəhlizi şəklində. Əgər Ermənistan rəhbərliyi özünü ağılsız aparmağa davam edərsə, o zaman nəinki Zəngəzur dəhlizi, Qərbi Zəngəzur məsələsi gündəmə gələ bilər. İrəvanın isə faktiki seçimi qalmayıb. Vaxtı uzatmaqla Ermənistan yalnız özünə qəbir qazır…/musavat.com/

Oxunub: 498
Paylaş:
Digər xəbərlər

Səhiyyə

3-07-2021, 13:31

“Delta” ştammı Cənubi Qafqazda yayıla bilər

Xəbərlər

25-06-2021, 18:05

Prezidentdən xalqı riqqətə gətirəcək sənəd - RƏSMİ

Xəbərlər

14-04-2021, 22:54

Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH

Xəbərlər

1-04-2021, 20:28

“Türk dünyası Zəngəzur dəhlizi vasitəsilə birləşəcək” - ŞƏRH

Araşdırma

26-03-2021, 18:27

Azərbaycan maskadan istifadəyə görə Cənubi Qafqazda liderdir - ARAŞDIRMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Son xəbərlər
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • 27-07-2026, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • 27-07-2026, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə