• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
Təhlükəli "Nipah" virusu yayılır
Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
Keçməyən burun axmasının təhlükəli səbəbləri
Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
Qar yağacaq, yollar buz bağlayacaq
Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
Gözə xeyir olan təbii QİDALAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Zəngəzurla bağlı SENSASSİON İDDİA: Gizli görüşdə nələr razılaşdırılıb? - DETALLAR

Xəbərlər

7-06-2021, 01:01

Zəngəzurla bağlı SENSASSİON İDDİA: Gizli görüşdə nələr razılaşdırılıb? - DETALLAR



Rusiyaya bağlı Qarabağ klanı Robert Köçəryanı hakimiyyətə gətirmək üçün Ermənistan cəmiyyətini "vətəndaş müharibəsi" ilə şantaj edir; Nikol Paşinyanı seçkidən sonra icra olunacaq və Azərbaycana sərfəli "məxfi anlaşma"da ittiham edirlər...

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gün - 20 iyun sürətlə yaxınlaşır. Bu seçkilər Ermənistanın gələcək taleyini müəyyən edə bilər. Və ona görə də, hazırda bütün iddiaçı qüvvələr malik olduqları siyasi resursların hamısından yararlanmağa çalışırlar.

Paşinyan hakimiyyəti Rusiya və Qərb arasında manevrlər etmək məcburiyyətində qalıb. Baş nazir Nikol Paşinyan Kremlin onu dəstəkləyəcəyindən tam əmin deyil. Rusiyanın son anda Qarabağ klanını təmsil edən keçmiş prezident Robert Köçəryanın üzərində dayanacağından narahatdır.

Erməni baş nazirin Fransaya səfərinin ona seçki dividentləri qazandırdığını iddia etmək hələlik bir qədər çətindir. Hər halda, ictimai rəy sorğularında bu, müşahidə olunmur. Əksinə, Paşinyan hakimiyyəti seçki ərəfəsində ictimai dəstəyini sürətlə itirməyə başlayıb.



"Gallup International Association" növbəti ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Həmin nəticələrə görə, N.Paşinyanın seçki blokuna rəyi soruşulanların 22,4 faizi səs verəcək. Onun əsas rəqibi R.Köçəryanın "Hayastan" blokunu isə seçicilərin 20,6 faizi dəstəkləyir. Halbuki fevral ayında bu göstəricilər 33,1 faiz (N.Paşnyan) və 7,8 faiz (R.Köçəryan) idi. Paytaxt İrəvan R.Köçəryanı, əyalətlər isə N.Paşinyanı dəstəkləyir.

Belə anlaşılır ki, Ermənistan cəmiyyəti gələcəyə yönəlməkdən imtina etməyə başlayıb. Yəni, yenidən geriyə - qaranlıq keçmişə dönməyə daha çox həvəs göstərir. Və belə vəziyyətin yaranmasında son dövrlərdə aparılan təbliğatın böyük təsiri olmamış deyil.

Məsələ ondadır ki, Qarabağ klanına bağlı erməni generaliteti seçkiyə fəal şəkildə təsir göstərir. Bəzi məlumatlara görə, erməni generaliteti Azərbaycan ilə sərhəd bölgəsində gərginliyi artırmaqla, Paşinyan hakimiyyətinin zəifliyini və ölkəni müdafiə etmək qabiliyyətində olmadığını qabartmağa çalışır.

Halbuki, əslində, yalnız Paşinyan hakimiyyəti deyil, ümumiyyətlə, Ermənistan dövləti zəif vəziyyətdədir. Və hakimiyyətdə R.Köçəryan, ya da Serj Sarkisyan olsaydı belə, durum bundan fərqli olmazdı. Sadəcə, seçki ərəfəsində əsas məsuliyyət Paşinyan hakimiyyətinin üzərində olduğundan onun rəqibləri bu durumdan öz mənafelərinə uyğun olaraq, yararlana bilirlər.



Üstəlik, erməni diasporunun Rusiyadakı təbliğat resursları da Qarabağ klanının xeyrinə fəaliyyət göstərir. Məsələn, erməni diasporunun təbliğat mexanizmləri belə iddialar yayırlar ki, Ermənistan zəif olarsa, bütün Cənubi Qafqaz Türkiyənin təsiri altına düşə bilər. Guya Türkiyə və Azərbaycan Paşinyan hakimiyyətinin zəifliyindən maksimum səviyyədə istifadə etməyə çalışır.

Rusiyadakı erməni diasporu mövcud situasiyadan çıxış yolu kimi, Ermənistana güclü liderin seçilməsini vacib sayır. Halbuki, Rusiyanın dəstəyi olmadan hətta güclü liderin də Ermənistanı düşdüyü bu durumdan çıxara bilməyəcəyini xüsusi olaraq, vurğulayır.

Göründüyü kimi, tamamilə məntiqsiz, hətta ziddiyyətli yanaşmadır. Çünki bir tərəfdən "güclü lider" axtarırlar, digər tərəfdən isə Ermənistanın xilasının məhz Rusiyadan asılı olduğunu qabardırlar. Bu isə dolayısı ilə həmişə zəif olan Ermənistanın məhz Rusiya sayəsində mövcud olduğunun etirafı anlamına gəlir.

Bütün bunları nəzərə aldıqda, Kremlin son günlər üzünü yenidən Qərbdəki ağalarına doğru çevirmiş baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa üstünlük verdiyini düşünmək olar. Ermənistan əhalisinə mesaj verilir ki, Rusiya N.Paşinyandan məmnun deyil. O, seçilərsə, Kreml Ermənistana yardım etməyəcək. Ona görə də, Rusiyanın zəif Ermənistana dəstəyini təmin edə biləcək siyasi qüvvəyə - R.Köçəryanın blokuna səs vermək lazımdır.

Ancaq Ermənistanda Rusiyaya qarşı mənfi münasibətin güclü olması bu təbliğat modelinə müəyyən problemlər də yaradır. Hər halda, Ermənistan cəmiyyətində Rusiyaya və onun nökərlərinə rəğbətin olmadığını Kremldə də anlayırlar. Və təbliğat kampaniyasında bu faktor mütləq nəzərə alınır.



Məsələn, Ermənistanın "Qraparak" qəzetində qalmaqallı iddia gündəmə gətirilib. Həmin iddiaya görə, ABŞ səfiri Linn Treysi və baş nazir Nikol Paşinyan Sünikdə "təsadüfən" eyni oteldə gecələyiblər. Sən demə, nə qədər qəribə də olsa, guya həmin oteldə Azərbaycanın adı açıqlanmayan təmsilçisi də var imiş. Və bu "təsadüfi görüş"də üçtərəfli müzakirənin əsas mövzusu da məhz Zəngəzur dəhlizi olubmuş.

İddianın davamı isə daha maraqlıdır. Belə ki, guya bu "təsadüfi görüş"dən sonra Azərbaycan Silahlı Qüvvələri "Qaragöl" gölü ətrafında mövqe tutublar. Və Azərbaycan tərəfi bu bölgədən Naxçıvana dəhlizi reallaşdırmaq niyyətindədir.

Təbii ki, bütün bunlar Ermənistan mətbuatında yer alan iddialardır. Həm də iddianın uydurma olduğu və məqsədyönlü şəkildə gündəmə gətirildiyi açıq-aşkar nəzərə çarpır. Və müəlliflərin konkret hədəflərinin olduğu da qətiyyən diqqətdən yayınmır.

Birincisi, ABŞ, Azərbaycan təmsilçisi və N.Paşinyan eyni anlaşma içərisində göstərilir. Ancaq qəribə də olsa, onların müzakirə etdikləri mövzunu tam dəqiqliyi ilə bilsələr də, guya Azərbaycan təmsilçisinin kimliyi barədə məlumat ala bilməyiblər. Bu isə o deməkdir ki, ən azından məlumatın məhz bu hissəsi uydurmadır.

Böyük ehtimalla ABŞ və Azərbaycanın eyni mövqedən çıxış etdiyi, N.Paşinyanın isə bu iki ölkəyə satılması barədə rəy yaratmağa çalışırlar. Və bununla da Ermənistan seçicilərini ABŞ-ın dəstəklədiyi N.Paşinyan hakimiyyətinə səs veriləcəyi təqdirdə, rəsmi İrəvanın Azərbaycana sərfəli "məxfi anlaşma"nı seçkilərdən sonra icra edəcəyinə inandırmaq istəyirlər.



Əlbəttə, erməni seçicilərin müəyyən qismi R.Köçəryanın "siyasi yalan mətbəxi"ndə hazırlanmış bu uydurmalara yəqin ki, inana bilərlər. Çünki onların bir çoxu eşitdikləri ilə bağlı müəmmalı məqamlara diqqətli yanaşacaq səviyyədə deyillər. Bunu nəzərə alan siyasi texnoloqlar da məhz Rusiyanın Ermənistan üçün önəmini belə uydurma ssenarilər ilə qabartmağa üstünlük verirlər.

Halbuki, bir qədər diqqətli olmaqla, bu məlumatın uydurma olduğunu ortaya çıxartmaq da mümkündür. Məsələn, ABŞ səfiri Linn Treysinin Sünikə erməni baş nazirlə eyni vaxtda səfərinə, bir də naməlum Azərbaycan təmsilçisini əlavə etməklə, Azərbaycan hərbçilərinin "Qaragöl" ətrafında mövqe tutması ilə “əlaqə qurmağa” çalışıblar. Elə yalnız bu məqam Rusiyaya bağlı Köçəryan blokunun "yalan maşını"nı işə salarkən, ciddi səhvə yol verdiyini göstərir.

Nəhayət, Ermənistan cəmiyyətinin qorxudulması məqsədilə daha bir iddia ortaya atıblar. Həmin iddiada bildirilir ki, əgər, seçicilərin mütləq əksəriyyəti R.Köçəryanın blokuna səs verməzsə, Paşinyan hakimiyyəti öz məğlubiyyətini etiraf etməyəcək. Və özünü qorumaq üçün bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışacaq.

İddianın müəllifləri xəbərdarlıq edirlər ki, əgər, bu iki siyasi qüvvə arasında qarşıdurma baş verərsə, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz ola bilər. Bu isə onu göstərir ki, Qarabağ klanı R.Köçəryanı hakimiyyətə gətirmək üçün Ermənistan cəmiyyətini “vətəndaş müharibəsi” ilə şantaj edir. Və bu məsələdə Azərbaycan faktorunun Ermənistanda daxili siyasi proseslərə ciddi təsir göstərməsindən də faydalanmağa çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Oxunub: 946
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-03-2021, 11:40

Paşinyan martın 9-u və ya 10-u İSTEFA VERƏ BİLƏR

Xəbərlər

4-03-2021, 16:44

ŞOK PLAN: Koçaryan və Sarkisyan Azərbaycana TƏHVİL VERİLİR

Manşet

5-10-2020, 00:03

PAŞİNYAN İSTEFA VERDİ

---

7-10-2018, 16:27

Son anda!!! ERMƏNİSTANDA HƏRBİ ÇEVRİLİŞ - Azərbaycan bütün ssenarilərə hazır olmalıdır

Xəbərlər

2-10-2018, 23:03

SON ANDA!!! Paşinyan istefa verir - Özü açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Son xəbərlər
  • Bu gün, 18:30
    Xərçəng hüceyrələrini öldürən çay
  • Bu gün, 17:58
    Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
  • Bu gün, 16:27
    Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
  • Bu gün, 15:11
    Dağınıq skleroz: əlamətləri və müalicəsi
  • Bu gün, 14:31
    Bu tarixdə güclü günəş partlayışları gözlənilir
  • Bu gün, 13:22
    Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
  • Bu gün, 12:55
    Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
  • Bu gün, 11:38
    Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
  • Bu gün, 10:22
    Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
  • Dünən, 23:30
    Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
  • Dünən, 22:08
    Təhlükəli "Nipah" virusu yayılır
  • Dünən, 21:17
    Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
  • Dünən, 20:16
    Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
  • Dünən, 19:25
    Keçməyən burun axmasının təhlükəli səbəbləri
  • Dünən, 18:11
    Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
  • Dünən, 17:51
    Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
  • Dünən, 16:49
    Qar yağacaq, yollar buz bağlayacaq
  • Dünən, 15:21
    Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
  • Dünən, 14:13
    Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
  • Dünən, 13:04
    Gözə xeyir olan təbii QİDALAR
  • Dünən, 12:29
    Yaxın günlərdə bol pul qazanacaq BÜRCLƏR – ulduzlar onlara şans vəd edir
  • Dünən, 10:34
    İran “hazırıq” dedi, müharibə anonsu verdi: Zelenski üzərindən ilginc MESAJ
  • Dünən, 08:02
    Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?
  • 24-01-2026, 22:14
    Yuxusuz qalmağın - 9 ÖLÜMCÜL FƏSADI
  • 24-01-2026, 21:17
    Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
  • 24-01-2026, 20:23
    Avropa artıq müharibəyə başlayıb - Orban
  • 24-01-2026, 19:41
    Zəngəzurda əsas yollar bağlandı – Nə baş verir?
  • 24-01-2026, 18:24
    Mədə və mədəaltı vəzi xərçənginə tutulma riski ən yüksək olan insanlar
  • 24-01-2026, 17:36
    Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...
  • 24-01-2026, 16:21
    ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə