• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kəskin qocalma 39 yaşından başlayır – Alimlər
Yoğun bağırsaq xərçəngi riskini 17 faiz azaldan qidalar açıqlanıb
Ölüm əlamətlərini göstərən 12 hal
Qış aylarında ağrının artmasının səbəbi budur! - Kritik xəbərdarlıq
Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
Trampla Zelenski görüşəcək – Tarix açıqlandı
Soyuq havada çay əvəzinə su içsək, hansı FAYDALARI olacaq?
"Beşillik müddət başa çatdı": Karantində yazılan cərimələrin aqibəti necə oldu?
Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb
Qaratoyuq xəstəliyi nədir və səbəbləri nələrdir? Ginekoloqdan izah
Moldovanın MDB-dən çıxması asan olmayacaq: Moskva şərtləri açıqladı
İki ölkə hərəkətə keçir: İrandan qorxunc xəbər yayıldı – Səddam Hüseyn ssenarisi təkrarlanır?
Kişi və qadınlarda qarının aşağısında ağrılar – 7 mümkün səbəb
Metroda xətlər ayrılır: İşlər nə vaxt bitəcək?
Netanyahu İranı hədələdi: "Görünməmiş güclə cavab verəcəyik"
Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
Uşaqların yanında 5 şeyi danışmaq olmaz
Soyuq havada bədəniniz bunlara reaksiya verirsə, diqqətli olun
Qrenlandiya ilə bağlı KRİTİK QƏRAR - Avropa İttifaqı hərəkətə keçir
Ankaranı narahat edən xaos: 4 qrup hərəkətə keçdi, qırğınlar başladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq..." - Rusiyadan SENSASİON AÇIQLAMA

Xəbərlər

20-02-2021, 13:50

"Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq..." - Rusiyadan SENSASİON AÇIQLAMA


Rusiya parlamentarilərinin Azərbaycana səfəri rusiyalı sülhməramlıların işi ilə tanış olmaq və azərbaycanlı tərəfdaşlarla dialoq qurmaq məqsədi daşıyır.

AZSABAH.COM xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda “Moskva-Bakı” telekörpüsünün gedişi zamanı bildirib.

O qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanan Bəyanata riayət olunur, hər şey plan üzrə gedir.

Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib.

S.Markov deyib: “Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir”.

Ekspertin fikrincə, ikinci problem erməni millətçiləri tərəfindən törədilə biləcək terror aktları təhlükəsidir. İfrat millətçi qruplaşmalar sülh sazişləri ilə razı deyillər. “Daşnaksutyun” və “Sasna Tsrer” terror təşkilatları terror aktlarının keçirilməsində böyük təcrübəyə malikdirlər.

Politoloq deyib: “Ermənistanda məşhur olan Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edib, Bolqarıstan ərazisində təxribatçı qrupların təşkil olunmasına kömək göstərib. Bu təxribatçı qruplar körpüləri partlatmaq, bizim əsgərlərimizi öldürmək, obyektlərdə terror aktları törətmək üçün Qızıl Ordunun arxa cəbhəsinə dəstələr göndərirdilər. Dağlıq Qarabağda Njdeyə heykəl qoyulması, Ermənistanda onun heykəlinin hələ də qalması biabırçılıqdır”.

S.Markovun sözlərinə görə, bu gün ən vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və əsas məsələlər üzrə daim dialoqda olurlar.

Ekspert xatırladıb: “Azərbaycan hökumətinin ambisiyalı planı var: işğaldan azad edilən əraziləri müasir iqtisadiyyatın vitrininə çevirmək. İndi bütün işlər layihə mərhələsindədir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Ermənistanın və digər ölkələrin bu işə qoşulmasını gözləyir”.

S.Markov Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində Türkiyənin rolunu xüsusi qeyd edib. O deyib: “Türkiyə çox şeyə nail olub. O, İkinci Qarabağ müharibəsində tam qələbə qazanan Azərbaycanın hərbi müttəfiqi kimi çıxış edib. Türkiyə özünün zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarını təqdim edib. İndi bir çox ölkələr bu pilotsuz uçuş aparatları ilə maraqlanır və onları alırlar.

Bundan başqa, Türkiyə böyük Yaxın Şərq regionunda əsas aktorlardan biri kimi Azərbaycanı dəstəkləyib. Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətləri sıx siyasi və hərbi ittifaqdır və bu, Rusiya rəhbərliyi tərəfindən iki ölkənin xalqlarının suveren siyasətə ayrılmaz hüququ kimi qəbul edilir. Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyənin bundan sonrakı ambisiyaları azad edilmiş torpaqlarda kommunikasiyaların bərpası və bu ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlıdır. Rusiya Türkiyə ilə birgə çoxqütblü sülhə nail olmaq, geniş Böyük Avrasiyada qarşılıqlı yardım məkanını inkişaf etdirmək kursunu seçib”.

Politoloq Ermənistanda bəzi qüvvələrin qiyamçı əhval-ruhiyyədə olması mövzusuna da toxunub. Onun fikrincə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması hazırda mümkün deyil. S.Markov deyib: “Azərbaycan Ordusu erməni ordusu üzərində sözsüz üstünlüyə malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Azərbaycan Ordusu hücuma keçəcək və erməni qruplaşmalarını darmadağın edəcək. Bu halda qan su yerinə axacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük humanizmini qeyd etmək istəyirəm. O, hərbi əməliyyatların dayandırılmasına razı oldu, bununla da minlərlə gəncin həyatını xilas etməyə imkan verdi”.

Politoloqun qeyd etdiyi kimi, erməni tərəfi hərbi əməliyyatların gedişində Qarabağ müharibəsini Ermənistan ilə Azərbaycan arasında gedən müharibə kimi deyil, Türkiyə ilə Rusiya arasında gedən müharibə kimi təqdim etməyə çalışırdı.

“Bəzi qüvvələr indi də Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmağa səy göstərirlər. Onlar ümid edirlər ki, ruslar Qarabağa gedərək bu regionda ermənilərin maraqlarını qoruyacaqlar. Bu, sülh razılaşmalarına çox böyük təhlükədir”, - deyə S.Markov vurğulayıb. (azərtac)

Oxunub: 1 054
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-10-2020, 00:30

"Putin Azərbaycanın qələbəsini öncədən bilirdi. Müharibə bitir..." - SENSASİON AÇIQLAMA

Xəbərlər

8-06-2020, 00:29

SON DƏQİQƏ: Rusiyadan sensasion Qarabağ AÇIQLAMASI

Xəbərlər

26-05-2020, 01:06

SON DƏQİQƏ: Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə... - SENSASİON AÇIQLAMA

Xəbərlər

12-05-2020, 00:30

"Qarabağda hər an müharibə başlaya bilər..." - AÇIQLAMA

Xəbərlər

6-03-2019, 12:19

Rusiya XƏBƏRDARLIQ ETDİ: Qarabağda müharibəyə HAZIR OLUN

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kəskin qocalma 39 yaşından başlayır – Alimlər
Yoğun bağırsaq xərçəngi riskini 17 faiz azaldan qidalar açıqlanıb
Ölüm əlamətlərini göstərən 12 hal
Qış aylarında ağrının artmasının səbəbi budur! - Kritik xəbərdarlıq
Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
Trampla Zelenski görüşəcək – Tarix açıqlandı
Son xəbərlər
  • Dünən, 22:24
    Kəskin qocalma 39 yaşından başlayır – Alimlər
  • Dünən, 21:48
    Yoğun bağırsaq xərçəngi riskini 17 faiz azaldan qidalar açıqlanıb
  • Dünən, 21:44
    Ölüm əlamətlərini göstərən 12 hal
  • Dünən, 21:15
    Qış aylarında ağrının artmasının səbəbi budur! - Kritik xəbərdarlıq
  • Dünən, 20:32
    Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
  • Dünən, 19:14
    Trampla Zelenski görüşəcək – Tarix açıqlandı
  • Dünən, 18:09
    Soyuq havada çay əvəzinə su içsək, hansı FAYDALARI olacaq?
  • Dünən, 17:03
    "Beşillik müddət başa çatdı": Karantində yazılan cərimələrin aqibəti necə oldu?
  • Dünən, 16:37
    Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb
  • Dünən, 15:15
    Qaratoyuq xəstəliyi nədir və səbəbləri nələrdir? Ginekoloqdan izah
  • Dünən, 14:43
    Moldovanın MDB-dən çıxması asan olmayacaq: Moskva şərtləri açıqladı
  • Dünən, 13:28
    İki ölkə hərəkətə keçir: İrandan qorxunc xəbər yayıldı – Səddam Hüseyn ssenarisi təkrarlanır?
  • Dünən, 12:30
    Kişi və qadınlarda qarının aşağısında ağrılar – 7 mümkün səbəb
  • Dünən, 11:25
    Metroda xətlər ayrılır: İşlər nə vaxt bitəcək?
  • Dünən, 10:17
    Netanyahu İranı hədələdi: "Görünməmiş güclə cavab verəcəyik"
  • Dünən, 09:05
    Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
  • 20-01-2026, 22:40
    Uşaqların yanında 5 şeyi danışmaq olmaz
  • 20-01-2026, 21:42
    Soyuq havada bədəniniz bunlara reaksiya verirsə, diqqətli olun
  • 20-01-2026, 20:29
    Qrenlandiya ilə bağlı KRİTİK QƏRAR - Avropa İttifaqı hərəkətə keçir
  • 20-01-2026, 19:51
    Ankaranı narahat edən xaos: 4 qrup hərəkətə keçdi, qırğınlar başladı
  • 20-01-2026, 18:00
    Qışda hansı çayı içmək məsləhətdir?
  • 20-01-2026, 17:14
    Əliyev Azərbaycanın yeni statusunu təsdiqlədi – Ölkəmiz artıq belə tanınacaq
  • 20-01-2026, 16:35
    Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
  • 20-01-2026, 15:16
    Maqnezium hansı qidalarda var? - Sağlamlıq üçün 10 möcüzəvi mənbə
  • 20-01-2026, 14:11
    SOCAR Braziliya ilə danışıqlar aparır – Neft şirkəti Latın Amerika ölkələrilə maraqlanır
  • 20-01-2026, 13:49
    Ərdoğan və Putinə 1 milyardlıq təklif: 80 il sonra dünya ilkə hazırlanır
  • 20-01-2026, 12:22
    Xərçəngdə tarixi irəliləyiş: Kimyaterapiya olmadan tam sağalma mümkün oldu
  • 20-01-2026, 11:17
    Rusiya Ermənistanı hədəf aldı: Paşinyan seçkiləri saxtalaşdıracaq
  • 20-01-2026, 10:38
    Tramp və Şara arasında mühüm razılaşma...
  • 20-01-2026, 09:04
    Qışda D vitamini çatışmazlığı kimlər üçün daha təhlükəlidir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə