Ermənistanla Rusiyanı birləşdirən yeganə quru yolu - Stepantsminda-Lars trası yalnız yük daşıyan nəqliyyat vasitələri üçün açıqdır. “Qafqazinfo” bildirir ki, bu barədə “newsarmenia.am”xəbər verib.
Ermənistan FHN-in Gürcüstan DİN-in Fövqəladə Hallar Departamentinə və Rusiya FHN-in Şimali Osetiya Böhran İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, bu, fövqəladə vəziyyətlə bağlıdır.
“Ermənistan XİN-dən əldə edilən məlumata görə, əcnəbilərin Gürcüstana girməsinə qadağa qoyulması qərarı qüvvədə qalır. Qadağa yük daşımalarına şamil edilmir”, - məlumatda deyilir.