Sabirabadda ana doğuşdan sonra ölüb.
APA-nın məlumatına görə, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü B.N. avqustun 31-də Sabirabad rayon Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib.
Lakin qanaxmanın artıq olması səbəbindən qadın Mərkəzin Cərrahiyə Şöbəsinə köçürülüb.
Tibbi müdaxilələrə baxmayaraq, B.N. orada ölüb.
Faktla bağlı araşdırma aparılır.