Koronavirusa qarşı peyvəndin gücləndirici dozası, böyük ehtimalla hər il vurulacaq.
Bunu “Pfizer” şirkətinin baş direktoru Albert Burla bəyan edib.
O, üçüncü dozanın COVID-ə qarşı olduqca güclü təsir göstərdiyini, lakin bu təsirin maksimum bir il olduğunu açıqlayıb.
“Biz gözləməli və müşahidə etməliyik. Lakin böyük ehtimalla ən real ssenari hər il təkrar vaksinasiyadır”, - deyə Burla qeyd edib.
Mənbə: TASS