• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Leykoz - Əlamətlər və müalicə

Səhiyyə

14-05-2020, 10:57

Leykoz - Əlamətlər və müalicə


Keçən əsrin ən qorxulu problemlərindən biri olan leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir.

Onkoloji proses, ilk növbədə sümük iliyində normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmadıqda və ya müalicə tədbirləri gecikəndə ölümlə nəticələnir.

Bu barədə AZƏRTAC-a müsahibəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Tranfuziologiya İnstitutunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mireldar Babayev deyib: “Yaş, irq və cinsindən asılı olmayaraq hər kəs onkogenli doğulur və şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda həmin genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur, yəni orqanizm müxtəlif təsir mexanizmlərindən istifadə edərək həmin genin aktivləşməsinin qarşısını alır. Ancaq bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəlik yaranır. Bura həm daxili, həm də xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji amili, xüsusilə radiasiyanı qeyd etmək lazımdır. Təsadüfi deyil ki, radiasiyanın güclü olduğu regionlarda xəstəliyin başvermə tezliyi xeyli yüksəkdir. Məsələn, Yaponiyadakı “atom bombası” faktoru və ya keçən əsrin 80-ci illərində baş verən Çernobıl faciəsindən sonra həmin ərazidə yaşayanlar arasında leykoz xəstəliyinə tutulanların sayı dəfələrlə artıb. Proses uzun illərdir ki, davam edir. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasion dəyişikliklərin yaranmasına təkan verir və xəstəliyin baş qaldırması ilə nəticələnir.

Kimyəvi maddələrin məişətdə geniş tətbiqi, zərərli və zəhərli qazlarla atmosferin çirklənməsi genetik aparatda pozucu amilə çevrilərək xəstəliyin yaranmasına səbəb olur. Leykoz xəstəliyinin yaranmasında virus faktorunun, xüsusilə Epşteyn-Barr virusunun böyük rolu var.

Eyni mühitdə yaşayan, eyni fiziki-kimyəvi amilə məruz qalanların bir qismində leykoz xəstəliyi yarandığı halda, digər qismində yaranmamasının səbəbi barədə danışan hemotoloq deyib: “Burada daxili amillərin rolunu qeyd etmək lazımdır. Genetik və psixoloji amillər xəstəliyin yaranmasında mühüm və həlledici rol oynayır. Əhalinin genetik sağlam hissəsində, xromosom aparatı daha möhkəm olanlarda xəstəliyə tutulma ehtimalı daha az olur və əksinə, sağlam olmayanlar daha tez xəstəliyə tutulurlar.

Psixoloji amillər içərisində qorxu və stress faktorları xüsusi qeyd edilməlidir. Onların təsiri altında onkogen üzərində nəzarətin kəskin azalması nəticəsində onun fəaliyyəti aktivləşir və xəstəlik yaranır.

Leykoz xəstəliyinə yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər hər yaşda rast gəlinə bilər, fərq sadəcə formadadır. Leykoz xəstəliyi altında qanın bir çox onkoloji xəstəlikləri–kəskin, xroniki, limfoblast və mieloblast leykoz cəmlənir. Həmin xəstəliklərin hər birinə müxtəlif yaş qruplarında daha çox rast gəlinir. Məsələn, kəskin limfoblast leykoz həm uşaqlar, həm də böyüklər arasında rast gəlindiyi halda, xroniki limfoleykoza uşaqlar arasında təsadüf edilir. Yaxud kəskin limfoblast leykozun uşaqlar arasında rastgəlmə tezliyi 70-80 faiz olduğu halda, mieloblast leykoz cəmi 15-20 faiz təşkil edir. Ona görə də leykozun rastgəlmə tezliyi bütün yaşlar üçün eynidir, fərq yalnız xəstəliyin formasındadır”.

Şöbə müdirinin dediyinə görə, digər xəstəliklərdən fərqli olaraq leykozun gedişi mərhələli olur. Bu səbəbdən ilkin əlamətlər gedişata müvafiq olaraq üzə çıxır: “Proses sümük iliyi səviyyəsində ikən klinik olaraq anemiya, trombositopeniya, leykopeniya nəticəsində yaranan solğunluq, halsızlıq, zəiflik, iştahasızlıq, hərarət yüksəlməsi, müxtəlif xarakterli qanaxma, qansızma və hematomalar baş verir. Proses digər qanyaradıcı orqanlara yayılanda dalaq, qaraciyər və limfa vəzlərinin böyüməsi müşahidə edilir. Digər sistemlər zədələnəndə baş ağrıları, əsəbilik, görmə və eşitmənin pisləşməsi, diplopiya, müxtəlif parezlərlə müşahidə olunan nevroloji simptomlar, ətraf sümüklərdə leykemik infiltrasiya ilə əlaqədar olan “revmatik” ağrılar yaranır. Vəziyyət “qan simptomlarını” qabaqlayanda çox vaxt müxtəlif qeyri-hemotoloq mütəxəssislər problemi dar çərçivədən qiymətləndirir və nəticədə həmin xəstələr bəzən yanlış olaraq revmatizm, meningit, hepatit, limfadenit, görmə sinirinin parezi və s. digər diaqnozlarla müalicə olunurlar. Ona görə də əlamətlər hər zaman düzgün araşdırılmalı və hemotoloqla məsləhətləşmə aparılmalıdır.

Hemotoloqun apardığı əsas diaqnostik araşdırma sümük iliyinin müayinəsidir. Burada onkoloji blast hüceyrələrin - xərçəng hüceyrələrinin aşkara çıxarılması düzgün diaqnoz qoymağa imkan verir.

Xəstəlikdən tam sağalma ehtimalı barədə danışan mütəxəssis deyib: “Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu qoyulan xəstə ölümə məhkum sayılırdı. Bu, həm həkimlər, həm də xəstələr arasında aksiom kimi qəbul edilmişdi. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicəyə proqram anlayışından yanaşma leykozun proqnozunda inqilabi dəyişiklik yaratdı. Yeni müalicə proqramlarının tətbiqi, ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması, onko-hematoloji kadrların hazırlanması, yeni dərman preparatlarının kombinasiyalı tətbiqi, kimyaterapiyanın ağırlaşmaları ilə daha səmərəli mübarizə üsullarının hazırlanması, xəstələrin sosial və psixoloji problemlərinin öyrənilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, xarici hematoloji institutlar ilə kooperativ iş qurulması xəstələrin sağalması istiqamətində əsaslı dönüş yaradıb. Artıq keçən əsrin 80-ci illərindən başlayaraq leykozlu xəstələrin sağalması gerçəkliyə çevrilib. İndi leykozdan əziyyət çəkən xəstələrin, əsasən də uşaqların remissiya çıxma şansı 100, tam sağalma ehtimalı isə 80-85 faizə bərabərdir".

Oxunub: 1 389
Paylaş:
Digər xəbərlər

Səhiyyə

16-02-2020, 19:51

Göyərmələr, səbəbsiz qızdırma, sümüklərdə ağrılar... - Uşaqlarda XƏRÇƏNGİN əlamətləri

Səhiyyə

13-02-2020, 11:25

Uşaqlarda kəskin leykoz

Səhiyyə

22-08-2019, 21:26

Uşaqlarda kəskin leykoz

Maraqlı

22-02-2019, 14:01

Qan xərçəngindən qoruyan MÖCÜZƏLİ VASİTƏ

Səhiyyə

3-02-2019, 00:01

Leykoz haqqında

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Son xəbərlər
  • Bu gün, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • Bu gün, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Bu gün, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə