• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Vəsiqələrdəki tarixlər çaşqınlıq yaradır: Həqiqi uzunömürlülər necə müəyyən olunur? - MÜSAHİBƏ

Müsahibə

21-04-2025, 20:36

Vəsiqələrdəki tarixlər çaşqınlıq yaradır: Həqiqi uzunömürlülər necə müəyyən olunur? - MÜSAHİBƏ



Azərbaycan dünyanın uzunömürlü insanlarının ən çox yaşadığı ölkələrdən sayılır. Xüsusilə Lerik, Lənkəran, Şəki və Quba kimi bölgələrdə 100 və daha artıq il yaşayan insanlara tez-tez rast gəlinir. Uzunömürlülüyə görə Qarabağ da dünyanın nadir regionlarından biri hesab edilir. Bu fenomen alimlərin, tədqiqatçıların maraq dairəsindədir və müxtəlif səbəblərlə izah olunur. Hətta bir neçə il öncə tanınmış əcnəbi agentliklərdən biri ölkəmizin cənub bölgəsindən geniş məqalə hazırlayaq, oranı uzunömürlü insanların yaşına, sayına və həyat tərzinə görə qiymətli və müəmmalı məkan adlandırıb.

Uzun illərdir ki, Azərbaycanda bu sahə ilə bağlı tədqiqatları Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyası həyata keçirir. Mövzu ilə bağlı Teleqraf-ın suallarını laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov cavablandırır.

Onunla müsahibəni təqdim edirik:

- Fiziologiya İnstitutunda uzunömürlülüklə bağlı laboratoriya nə vaxt yaradılıb?

- “Uzunömürlülüyün fiziologiyası” laboratoriyası 1988-ci ildən yaradılıb. Hazırda qismən adı dəyişilərək “Qocalmanın fiziologiyası” laboratoriyası adlandırılıb və elmi tədqiqat mövzusu “Qocalmanın molekulyar genetik, fizioloji, biokimyəvi əsaslarının tədqiqi”dir. Bütün tədqiqatlar bu mövzu əsasında həyata keçirilir.

- Neçə işçisi var?

- Laboratoriyada 7 nəfər elmi işçi herontoloji elmi tədqiqatlarda iştirak edir, onlardan 4-nün elmi dərəcəsi var.

- Tədqiqatlar nədən ibarətdir? Göstəriciləri barədə nə deyə bilərsiniz?

- Laboratoriyanın elmi istiqaməti bioherontologiya, sosial əhəmiyyətli yaş xəstəliklərinin diaqnostikası, profilaktikasına innovativ yanaşmaların işlənməsidir. Herontoloji elmi tədqiqat işlərinin əsas məqsədi bioloji qocalmanın mexanizmlərinin tədqiqi, uzunömürlük fenomeninin tədqiqi, uzunömürlülük və uzunömürlülüyə təsir edən faktorların araşdırılması, patoloji proseslərin erkən qocalmada rolunun araşdırılmasıdır.

Uzun illərin tədqiqatlarının nəticələrinə əsasən, Azərbaycanın müxtəlif bölgələrində yaşayan uzunömürlülərin fizioloji göstəricilərində yüksək səviyyəli adaptasiya prosesləri, psixofizioloji mexanizmlərin yaş göstəricilərinə uyğun olaraq formalaşması və normadan çox az fərqlənən fizioloji dəyişikliklərin olması, elektro fizioloji göstəricilərdə patoloji dəyişikliklərin demək olar ki, rast gəlinməməsi, regionlara müvafiq uzun ömürlülük indeksinin dəyişməsi və s. kimi çoxsaylı faktlar əldə edilib.

- Bu tədqiqatları aparmaq üçün lazimi şərait varmı?

- Bəli, herontoloji tədqiqatları aparmaq üçün şərait və imkanlar var. Lakin daha müasir avadanlıqlarla təmin olunmağı arzu edərdik ki, aldığımız nəticələr daha dəqiq və əhəmiyyətli olsun.

- Azərbaycanın hansı bölgələrinin insanları uzunömürlü hesab edilirlər?

- İndiyə qədər apardığımız tədqiqatların nəticəsinə görə, Azərbaycanın Cənub bölgəsində uzunömürlülük indeksi daha yüksəkdir.

- Hazırda Azərbaycanın ən yaşlı sakini kimdir və hansı bölgədə yaşayır?

- Bu suala dəqiq cavab vermək mümkün deyil. Bizim tədqiqatlarda həqiqi uzunömürlülük yaş verifikasiyası həyata keçirildikdən sonra müəyyən edilir və tədqiqatlarımızın məqsədinə aid deyil.

- Statistik göstəricilər necədir?

- Statistik göstəricilər də Cənub bölgəsində uzunömürlü insanların daha çox yaşadığını bildirir. Burada dəqiq yaş verifikasiyası aparılmadan şəxsiyyət vəsiqəsində olan doğum tarixinə əsasən statistik göstəricilər qeyd edilir. Tədqiqatlar zamanı, dəqiq yaş verifikasiyasının aparılması həqiqi uzunömürlü olmadığını da aşkar etməyə imkan verir.

- Bakıda insanlar uzunömürlü hesab edilirlərmi?

- Bakıda uzunömürlülər var. Amma Bakıda və Sumqayıtda yaşayan uzunömürlülərin sağlamlıq göstəriciləri rayonlarda yaşayan uzunömürlülərdən kəskin fərqlənir, yəni bu insanlarda daha çox kompleks psixosomatik xəstəliklər qeyd olunur. Xüsusilə, Lənkəran və ətraf bölgələrdə yaşayan uzunömürlülər daha sağlam olması və yüksək həyat aktivliyi ilə fərqlənirlər.

- Azərbaycanda qadınlar, yoxsa kişilər daha uzunömürlüdür? Bunun səbəbləri nələrdir?

- Həm statistik, həm də apardığımız tədqiqatların nəticəsi bir daha Azərbaycanda qadın uzunömürlülərin sayının çox olmasını təsdiq edir. Səbəblər çoxdur: kişilər içərisində zərərli vərdişlərin olması, ağır əmək fəaliyyəti, travmatik və s. səbəblərdən erkən ölüm….

- Hansı amillər, eləcə də hansı mühit uzunömürlülüyün fiziologiyasına təsir edir? Hava, psixoloji təsirlər...

- Müasir tədqiqatlara əsasın, ilk növbədə irsi faktorlar, məskunlaşma ərazisi, iqlim, relyef, qidalanma xüsusiyyətləri, əmək-peşə fəaliyyəti, sosial-məişət faktorları və s. amillər uzunömürlülüyə təsir edir.

Təbii ki, mülayim iqlim, relyefinə görə dağətəyi, sahilyanı ərazilər, təbii qidalanma, təmiz hava, minerallarla zəngin bulaq suyu və yüksək hərəki aktivlik üçün şərait olan kənd mühiti uzunömürlülüyə zəmin yaradan faktorlarla zəngindir. Müasir dövrümüzdə psixoloji faktorlar, stress, emosional gərginlik və s. insan sağlamlığına mənfi təsir etdiyi kimi uzunömürlülük göstəricisinə də təsir edir. Nəticədə ahıl, qoca və uzunömürlülərdə ağır dərəcəli sinir-psixi pozuntuların əmələ gəlməsi, müxtəlif sağalmaz MSS xəstəliklərinin təzahür etməsi müşahidə edilir.

- Əsasən alimlərin, elm adamlarının uzunömürlü olduğu deyilir. Bunun səbəbi ilə bağlı tədqiqatlar varmı?

- Bu barədə araşdırmalar çoxdur və son nəticədə psixofizioloji proseslərin aktivliyi, xüsusilə yüksək intellektual səviyyə nəticəsində beyin qabığı və neyrohumoral fon daim aktiv fəaliyyət göstərir, bu isə neyronların plastikliyinin artmasına şərait yaradır və patoloji proseslərin inkişafına böyük maneə rolu oynaya bilir.

Qeyd edilənlərdən əlavə düzgün həyat rejiminə əməl etmək, zərərli vərdişlərdən uzaq olmaq, sağlamlıq göstəricilərinə daim nəzarət etmək, iş və istirahət saatlarının düzgün təşkili, zehni aktivlik bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır və bioloji qocalma prosesinin ləngiməsinə şərait yaradır. Təbii ki, düzgün həyat rejimi olan insanların da uzunömürlülük indeksi yüksəkdir.

- Qarabağ uzunömürlülüyə görə də dünyanın nadir regionlarından biri hesab olunur, bu barədə sizdən daha ətraflı məlumat almaq istəyirik.

- Bəli, Azərbaycan uzunömürlülər diyarıdır və Qarabağ ərazisində uzunömürlülük indeksi çox yüksəkdir. Məlum səbəblərdən bu göstərici hazırda risk faktorları ilə üz-üzədir. Lakin qaçqın və köçkün uzunömürlülər üzərində aparılan araşdırmaların nəticəsi onların uzunömürlülüyü irsi olaraq daşıdığını və sağlamlıq göstəricilərinin yüksək olduğunu bir daha təsdiq edib. Ümid edirəm ki, yaxın 5-10 il ərzində tədqiqatlarımızı işğaldan azad olan ərazilərdə məskunlaşan uzunömürlülərlə davam etdirəcəyik.

Oxunub: 656
Paylaş:
Digər xəbərlər

Araşdırma

9-12-2024, 13:10

Azərbaycanda orta ömürlə bağlı ŞOK STATİSTİKA - Təmiz havada yaşayanlar daha tez ölür

Araşdırma

9-10-2022, 23:39

Çingiz xan Azərbaycanda dəfn edilib? – Araşdırma başladı

Xəbərlər

2-05-2019, 09:45

Azərbaycanda yaşı 100-dən çox olan neçə nəfər var? - Komitə AÇIQLADI

Xəbərlər

4-03-2019, 14:04

Azərbaycanda ən uzunömürlü insanlar burada yaşayır

Xəbərlər

28-02-2019, 10:49

Azərbaycanın yeni ən uzunömürlü SAKİNİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Son xəbərlər
  • Bu gün, 22:29
    BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
  • Bu gün, 21:34
    Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
  • Bu gün, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Bu gün, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Bu gün, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Bu gün, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Bu gün, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Bu gün, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Bu gün, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Bu gün, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Bu gün, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Bu gün, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Bu gün, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Bu gün, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • Dünən, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • Dünən, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • Dünən, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • Dünən, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Dünən, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Dünən, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Dünən, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Dünən, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Dünən, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Dünən, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Dünən, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə