Polşanın Frombork qalasında arxeoloqlar Nikolay Kopernikə aid olduğu güman edilən misdən hazırlanmış beş yüz illik kompas aşkar ediblər.
Publika.az “The Daily Mail”ə istinadən xəbər verir ki, Kopernik astronomik kəşflərinin çoxunu məhz Fromborkda edib və mərkəzi planetin Yer deyil, Günəş olduğu heliosentrik nəzəriyyəni təkmilləşdirib.
Kompas qala bağlarının altındakı tuneldə tapılıb. Rəvayətə görə, Kopernik şəhər məbədində yerləşən şəxsi iqamətgahına daxil olmaq üçün həmin keçiddən istifadə edib. Kompas 16-cı əsrə aiddir və dəqiq ölçmələr aparmaq üçün nəzərdə tutulub.