Dondurmanın zərərliliyi onun tərkibindən asılıdır.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, dietoloq Yelena Solomatina “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.
Ekspert bildirib ki, az tərkibli dondurma ən yaxşısıdır: “Ən zərif dondurma yalnız təbii şirədən hazırlanandır. Şəkərin olmaması arzuediləndir. Sağlam insan üçün limit gündə bir ədəddir. Diabeti, mədə-bağırsaq problemləri olanlar ümumiyyətlə dondurma yeməməlidir”.