Ağciyərdə sinir ucları yoxdur və bu səbəbdən ağciyərdə hər hansı patoloji proseslər gedəndə bu orqan ağrımır.
Lakin bəzi simptomlar var ki, onlar ağciyərdə xəstəliklərin inkişafına işarə edir. Bu simptomları bilmək çox vacibdir.
Saglamolun.az sizə ağciyərdə problemlərə işarə edən simptomları ilə tanış edir:
1. Bədən çəkisinin artması
Bədən çəkisinin səbəbsiz artması ağciyərdə mayenin toplanmasına işarə edə bilər. Əgər bu simptom yorğunluq, təngnəfəslik, nəfəsalamnın çətinləşməsi ilə müşayiət olunursa, mütləq həkimə müraciət edin.
2. Bədən çəkisinin azalması
Bədən çəkisinin səbəbsiz azalması da ağciyər xəstəliklərinə işarə edə bilər. Bu ağciyər vərəmi və ya xərçəngi, ağciyərin xroniki obstruktiv xəstəliyi zamanı mümkündür.
3. Ayaqlarda ödemlər
Ödemlərin səbəbi müxtəlif ola bilər – ürək, böyrək xəstəlikləri, limfa və qan damarlarının problemləri və s. Ayaqlarda ödemlər həmçinin ağciyərin pis işləməsinə də işarə edə bilər.
4. Təngnəfəslik
Səbəbsiz təngnəfəslik ağciyər xəstəliklərinin əsas simptomlarından biridir.
5. Dodaq və dırnaqların göyərməsi
Bu orqanizmdə oksigenin çatışmazlığına işarə edir.
6. Səbəbsiz yorğunluq
Orqanizmdə oksigenin çatışmazlığı nəticəsində insan daha tez yorulur.
7. Çiyində ağrılar
Bəzi ağciyər xəstəlikləri zamanı insan çiyində ağrı hiss edə bilər.
8. Öskürək (bəlğəmli, quru)
Ağciyər xəstəliklərinin ən xarakterik simptomudur. Bu zaman öskürək həm quru, həm də bəlğəmli ola bilər. Xroniki öskürək, öskürək tutmaları, bəlğəmdə qan, irin ağciyər xəstəliyinə işarə edə bilər.
9. Yuxu pozulmaları
Tez-tez yuxudan oyanmaq, yuxu zamanı nəfəsalmanın çətinləşməsi ağciyər xəstəliklərinin simptomu ola bilər.
10. Sinədə ağrılar