Finlyandiya alimləri uzunmüddətli araşdırmalar nəticəsində depressiya ilə mübarizə aparmağa kömək edən qidaların siyahısını tərtib ediblər.
Bu qidalar arasında:
- Meyvə-tərəvəz (xüsusilə sarı, qırmızı və narıncı rəngdə olanlar - balqabaq, portağal, naringi, alma, ərik və ərik qurusu, bolqar bibəri, çuğundur, kök, banan və s.)
- Giləmeyvələr
- Balıq və digər dəniz məhsulları
- Ədviyyatlar (xüsusilə hil, cövüz, darçın)
- Qəhvə, şokolad, kakao
- Paxlalılar (noxud, lobya, mərci).
Əksinə qırmızı ət, sosis, kolbasa kimi qidaları depressiya zamanı yemək tövsiyə edilmir. Belə hesab olunur ki, bu qidalar depressiyanı daha da ağırlaşdıra bilər.
Mənbə: aif.ru