• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
Baş ağrıları qan qatılaşmasından ola bilər
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra...

Gözəllik və təbabət

26-03-2023, 18:19

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra...


Mixək yeməklərə və içkilərə qatılan ədviyyat kimi məşhurdur. O, bu məşhurluğunu qeyri-adi, özünəməxsus ətrinə borcludur. Mixəyin insan orqanizminə olan faydaları danılmazdır. Sadəcə, ondan istifadə edərkənüəyyən şərtlərə əməl etmək lazımdır. Tibbi məqsədlə istifadə edilən mixək bəzən orqanizmd mə arzuolunmaz nəticələrə səbəb olur. Necə? Sualın cavabı videoda.

Sərbəst radikallarla savaşmaqda, immuniteti möhkəmləndirməkdə orqanizmin köməkçisi olan mixək antioksidantlarla zəngindir. Metabolizmanın sürətlənməsi. orqanların böyüməsi və inkişafı üçün vacib olan manqan da daxil olmaqla, xeyli sayda minerala malikdir. 1 çay qaşığı mixəkdə, sadəcə, 6 kalori var. Həmçinin 1 çay qaşığı mixəkdə 1 qram lif olduğu da sübut edilib.

Mixək sümüklərin sağlamlığı üçün də faydalıdır; osteoporozun meydana çıxmasına mane olur. Qadın orqanizmi osteoporoza qarşı daha həssasdır. Yaş artdıqca sümüklərinin qayğısına qalmaq hər bir insanın borcudur. Mixəkdəki manqan sümükləri gücləndirir. Təbii şəkildə qəbul edilən manqan sümüklərin böyüməsinə, sümük sıxlığının artmasına və illər boyunca sağlam qalmasına kömək edir.

Hər nə qədər faydalarından danışsam da, qeyd etməliyəm ki, mixəkdən istifadənin təməlində onun tərkibi deyil, qoxusu durur. Ağız dadı üçün yeməklərə və içkilərə qatılan mixək Hindistan milli mətbəxinin ayrılmaz hissəsidir.

Elmi araşdırmalar sübut edib ki, mixək şişlərin böyüməsini yavaşladır. Yeməklərinizə az miqdarda mixək əlavə etməklə, orqanizminizə xəstəliklərlə mübarizə aparmaqda dəstək ola bilərsiniz. Bununla belə, bəzi tədqiqatçılar mixəyin uşaqların rasionundan çıxarılmasını tövsiyə edirlər. Səbəb kimi də, mixəyin qaraciyəri gücə saldığını göstərirlər.

Haqqında danışılan təzadlı fikirləri nəzərə alaraq, demək olar ki, mixək də, digər qidalar kimi, ölçülü, nizamlı şəkildə istifadə edilməlidir. Tibbi araşdırmalardan biri məhz bu fikri təsdiqləyib: həmin tədqiqat zamanı məlum olub ki, mixək qaraciyər sirrozunu aradan qaldırmaq qabiliyyətinə malikdir.

Ağız boşluğunun sağlamlığının qeydinə qalan mixək, eyni zamanda, bağırsaq çöplərinin (escherichia coli) səbəb olduğu qida zəhərlənməsindən də qoruyur. O, buna bakteriyaöldürücü xüsusiyyəti sayəsində nail olur.

Tərkibində mixək, yaxud mixək yağı olan pəhriz proqramı II tip diabet xəstəliyinə tutulma riskini azaldır. Mixək qəbulu qanda şəkərin səviyyəsini nizamlayır, insulin ifrazını artırır, insulinlə əlaqədar olan hüceyrə funksiyasını yaxşılaşdırır.

Mixəyin insan xəstəliklərinin “ən qocası” sayılan mədə xorasının əmələ gəlməsinə mane olduğu da elmi araşdırmalar sayəsində aşkarlanıb. Mütəxəssislər bu qənaətdədirlər ki, mədə problemi olanlar mixəyi olduğu kimi deyil, mixək yağı qəbul etsələr, daha yaxşı olar.

Ağrıyan dişə mixək əzib qoymaq ən qədim tibbi müdaxilələrdən sayılır. Bu üsulun diş ağrısına son qoymasını kimsə inkar edə bilməz. Ağızdakı səpkilərdən yaxa qurtarmaq üçün mixək çeynəmək, ağrıyan dişə bir-iki damcı mixək yağı damızdırmaq da ədviyyatın tibbi məqsədlə istifadə üsullarındandır.

Mövsümündən asılı olaraq, bəzi ağacların tozu, çiçəkləri, hətta qabığı belə, insan dərisində allergik reaksiya yaradır. Qaşınan, qızaran, acışan nahiyəyə çəkilən mixək yağı problemin ən qısa və əlçatan həllidir.

Uzun müddət yataqda yatan xəstələrin bədənlərində əmələ gələn “yataq yaraları”na da mixək yağı sürtmək olar. Yaraları tam sağaltmasa da, onların sürətlə genişlənməsinə, daha çox nahiyəyə yayılmasına mane olur.

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir. Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.

Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.

Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.

Oxunub: 621
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

7-10-2021, 17:39

Mixək - təbii sakitləşdirici vasitə

Maraqlı

16-08-2020, 19:04

Günə 2 mixək çeynəməyin 5 faydası - Qədim şahların adəti imiş

Maraqlı

1-08-2020, 10:20

Günə 2 mixək çeynəməyin 5 faydası - Qədim şahların adəti imiş

Araşdırma / Maraqlı

28-12-2018, 01:38

Günə 2 mixək çeynəməyin 5 faydası - Qədim şahların adəti imiş

Maraqlı

5-11-2018, 09:44

Mixək bu problemlərin dərmanı imiş

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
Son xəbərlər
  • Dünən, 22:54
    Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
  • Dünən, 21:28
    Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
  • Dünən, 20:30
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 19:43
    ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
  • Dünən, 18:16
    Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
  • Dünən, 17:34
    İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
  • Dünən, 16:22
    Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
  • Dünən, 15:47
    Baş ağrıları qan qatılaşmasından ola bilər
  • Dünən, 14:10
    Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
  • Dünən, 13:51
    Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
  • Dünən, 12:29
    Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
  • Dünən, 11:15
    Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
  • Dünən, 10:03
    Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
  • Dünən, 09:05
    Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
  • 24-06-2026, 22:27
    Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
  • 24-06-2026, 21:39
    Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
  • 24-06-2026, 20:30
    NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
  • 24-06-2026, 19:27
    Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
  • 24-06-2026, 18:25
    Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
  • 24-06-2026, 17:22
    Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
  • 24-06-2026, 16:19
    Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
  • 24-06-2026, 15:41
    Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
  • 24-06-2026, 14:08
    Maaş və sosial ödənişlərdə artım olacaq?
  • 24-06-2026, 13:13
    Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
  • 24-06-2026, 12:29
    Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
  • 24-06-2026, 11:33
    Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
  • 24-06-2026, 10:44
    Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək
  • 24-06-2026, 09:04
    Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
  • 23-06-2026, 22:39
    Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
  • 23-06-2026, 21:22
    Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə