İnsanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.
Milli.Az yenicag.az-a istinadən yaşlanmaya təsir edən amilləri təqdim edir:
1. Həddindən artıq arıq olmaq - Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.
2. Gözləri ovuşdurmaq - Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.
3. Yuxusuzluq - Yuxu zamanı heceyrələrin yenilənməsi üçün vacib olan hormonlar ifraz edilir.
4. Üzüstü və ya yan yatmaq - Həmçinin bu formada yatmaq sağlamlıq üçün də zərərlidir.
5. Stress - Artıq hamıya məlumdur ki, stress sadəcə erkən yaşlanmaya yox, həm də vaxtsız ölümlərə səbəb olur.
6. Günəş eynəyi istifadə etməmək - Günəşə baxarkən gözləri qısmaq qırışıqlıq yaradır.
7. Sabundan istifadə etmək - Sabun dərini qurudur və təbii yağların ifrazını zəiflədir.