• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

I Əfridun

Bioqrafiya

12-09-2023, 12:43

I Əfridun


I Əfridun – Şirvanşahlar dövlətinin on səkkizinci hökmdarı, Şirvanşah I Fəribürzün oğlu.

Fəaliyyəti
Qardaşı Şirvanşah II Mənuçöhrün ölümündən sonra hakimiyyətə gəlmişdir. I Əfridunun adına hələlik sikkə tapılmamışdır. Əfridunun adı yalnız III Fəribürzün əcdadı kimi Pirsaatçay çayı üstündəki xanəgahın giriş baş tağındakı kitabədə xatırlanır. Kitabənin tarixi h.641 (1243/4)-ci il göstərilir. Orada deyilir: "Bu ibnanın tikilməsi müdrik, adil, müəyyəd, müzəffər, dünya və dinin ucası, islamın və müsəlmanların məliki, məlik və sultanların tacı, Əbü-1-Müzəffər Fəribürz ibn Gərşasi, ibn Fərruxzad, ibn Mənuçöhr... və i.a. varisi Cəm Əfridunun zamanında əmr edilmişdir". Bu kitabəyə görə, Əfridun III Fəribürzün ulu babasının atasıdır.

Onun adı, habelə III Mənuçöhrün sikkələrində yalnız sonuncunun atasının adı kimi çəkilir. O, Xaqaninin I Axsitanın arvadı şahzadə İsmət əd-Din Səffət əl-İslama ithaf olunmuş mədhiyyəsində da xatırlanır: "Mən şəhid Əfridunun göhər mədənində Daranın tacını bəzəyən daş-qaş görmüşəm". Bu misralarda Əfridun din uğrunda həlak olmuş şəhid adlandırılır. Əfriduna şamil edilən bu təşbihin izahını IV Qurucu Davidin hökmranlığının müfəssəl tarixçəsi verilən gürcü salnaməsi "Kartlis tsxovreba" da tapırıq. Burada xəbər verilir ki, gürcü koronikonuna görə 340 (h.514 (1120)-ci ilin noyabrında Şirvan və Dərbənd hakimləri ilə müharibədə Əfridun öldürülmüş və Şirvanşah məğlubiyyətə uğramışdır. "Tarix-i əl- Bab"dan bilirik ki, salnamədə Şirvanşahın oğlu adlandırılan Əfridun dəfələrlə Dərbəndin hakimi olmuş və Dərbənd əmirləri bir neçə dəfə onu qovmuşlar. O, şəhəri faktik olaraq idarə edən rəislərlə mübarizə aparmşıdır. Y.A.Paxomov yazır: "Əfridunun adının, sadəcə olaraq, salnaməçinin vaxtında hamının tanıdığı bir şəxs kimi çəkilməsi və başqa bir Şirvan hakiminin adının çəkilməməsi, görünür, müəllifin açıq deməsə də, burada həmin hakimin məhz Əfridun olduğunu nəzərdə tutduğunu göstərir". O vaxtlar Dərbənd, əlbəttə, – Şirvan hakimlərinə qarşı mübarizədə Dərbənd əmirlərinin müttəfiqi olan qıpçaq və digər qeyrimüsəlman köçəri dəstələrinin keçib gəldiyi qapı idi və belə "kafirlərlə" döyüşdə öldürülmüş Əfridun, sözsüz şəhid sayıla bilərdi". S. Aşurbəyli qeyd edir ki, Əfridunun dərbəndlilərlə apardığı müharibədə onların "kafir" müttəfiqləri Fəribürzün müsəlmanlaşdırmağa cəhd göstərdiyi qumuqlar, yaxud şəndanlılar, sərirlər və alanlar da ola bilərdi.

Gürcülərlə münasibətlər
Bu dövrün hadisələri "Kartlis tsxovreba"da əksini tapmışdır. 1116 (h.510, k.336)-cı ildə Qurucu IV David "...qızı Katanı imperatorun oğluna ərə verəcək. Yunanıstana (Bizansa) göndərmişdir. Bundan əvvəl o, böyük qızı Tamarı Şirvana hakim göndərmişdir". Şahzadə qızın ərinin adı çəkilmir. Mənbələrdən aydın olur ki, Davidin birinci arvadından olan qızı Tamar Əfridunun oğlu III Mənuçöhrün arvadı idi və onların toyu təqribən h.505 (1111)-ci ildə olmuşdu. XII əsrdə Gürcüstanda və Ermənistanda qədim hökmdarlıq nəslindən olan yəhudi mənşəli [16]Baqrationlar hakimiyyət sürürdü. Qurucu David qızlarından birini Bizansa, digərini isə Şirvana ərə verməklə Zaqafqaziyaya yaxınlaşmaqda olan səlcuqlar işğalı təhlükəsi qarşısında Gürcüstanın siyasi vəziyyətini möhkəmləndirmişdi. "...Səlcuq hökmranlığından azad olmaq uğrunda mübarizədə mənafe birliyi Gürcüstanla Şirvanın yaxınlaşmasını şərtləndirdi və nəticədə sülalə nikahı baş verdi... Şirvan və Yunanıstan (Bizans) tərəfindən ölkənin təhlükəsizliyi təmin olundu və Qurucu David bütün qüvvələrini səlcuqların qovulmasına yönəldə bildi".

Akademik N.A.Berdzenişvilinin fikrincə, gürcü hökmdarı bu addımı atmaqla Şirvanşahla sazişə getməyə və səlcuq türklərinə qarşı mübarizədə onun köməyini qabaqcadan təmin etməyə çalışırdı. "Bu nikah 1105-1106-cı illərdə olmalı idi. Lakin bu addım kifayət etmədi. Əfridun əvvəlki kimi, türklərə meyl göstərirdi və onlarla ittifaqda olmağı üstün tuturdu". Bunun ardınca gürcü hökmdarı aralarındakı qohumluq əlaqələrinə və ittifaqa baxmayaraq, Şirvanşaha qarşı fəal əməliyyata başladı. H.511 (1117)-ci ildə IV David oğlu Demetreni güclü ordu ilə Şirvanşahın üstünə göndərdi. Demetre Kaladzor qalasını tutdu, böyük qənimət və çoxlu əsir götürərək, [İran]ın birləşmiş qüvvələrinin başçısı Sukmanın adamlarını qaçmağa məcbur etdi. Demetre Şirvanlılar üzərində qələbədən sonra təntənə ilə Gürcüstana qayıtdı. Sonrakı iki il dinc keçdi, lakin sonra, h.514 (1120)- cü ildə IV David özü başda olmaqla Şirvana yürüş etdi. Həmin ilin fevralında o, Qəbələ şəhərini tutaraq, çoxlu qızıl, gümüş və digər qiymətli şeylər qənimət götürdü. May ayında o, "Ərəbiyə-Licasdan Şiştlansa və Kürdüvana qədər" Şirvanı viran edərək, çoxlu qənimətlə Kartliyə qayıtdı. Görünür, burada söhbət Lahıc və Şamaxı bölgəsindən gedir. Gürcülərin basqını Şirvanşahı gücdən saldı. Bunun ardınca Dərbəndlə müharibə başladı. H.514 (1120)-cü ilin noyabrında baş verən vuruşmada Əfridunun özü öldürüldü, qoşunu isə darmadağın edildi. Əfridunun nə vaxt hakimiyyətə başlaması məsələsi yeni mənbələr aşkar edilənədək açıq qalır. "Tarix-i əl-Bab"dan bilirik ki, Əfridun I Fəribürzün Dərbənddə canişini olmuşdur: "Şirvanşah Fəribürz öz oğlu Əfridunu Dərbəndə hakim təyin edərək h.458-ci il səfər ayının sonuncu günü (30 yanvar, 1066) oraya göndərdi".

Onun adı bir də 1068-ci il hadisələri ilə əlaqədar çəkilir. "460-cı ilin ramazan ayında (iyul, 1068) Şirvanşah Fəribürzün oğlu Əfridun əl-Babı tərk edərək Şirvana getdi". H.461 (1068)-ci ildə Fəribürz öz qardaşı Güzdəhəm və qoşunla sərhəd vilayətlərinə (səqr) hərəkət etdi və əl-Bab qalasına daxil oldu. O, dörd gündən sonra qalanı iqamətgahına çevirən oğlu Əfridunu oraya hakim qoyaraq geri qayıtdı..." Nəhayət, sonuncu məlumat: "H.464-cü ilin əvvəlində (oktyabr, 1071) Şirvanşah dərbəndlilərdən adamlar girov alaraq onlarla saziş bağladı və oğlu Əfridunu müstəqil hakim kimi ora göndərdi..." Gətirilən məlumatlardan Əfridunun yaşını müəyyənləşdirmək mümkün olmuşdur. Əgər 1066-cı ildə Əfridunun 20 yaşı olsaydı, 1120-ci ildə, öləndə onun 70-dən çox yaşı var idi. Ehtimal edilir ki, II Mənuçöhrün qısamüddətli hakimiyyətindən sonra Əfridun bütün Şirvanın hakimi olmuşdur. Bunu "Tarix-i əl-Bab"a, V.F.Minorskinin fikrincə, Münəccimbaşının əlavəsi də təsdiq edir. O, 1106/7 və 1120- ci illər arasında hökmranlıq etmişdir.

Ailəsi
Atası I Fəribürz. Şirvanşah
Qardaşı II Mənuçöhr. Şirvanşah
Qardaşı əl-Ədud. Gəncə və Arran hakimi.
Bacısı Şahbanu Xatun. Şamaxıda Gülüstan qalasını yenidən tikdirmişdir.
Oğlu III Mənuçöhr. Xələfi.
Gəlini Tamar. Gürcüstan çarı IV Davidin qızı, Baqrationi sülaləsindən.

Oxunub: 1 281
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

8-01-2023, 20:13

Nardaranda yerləşən Şirvanşahların yay iqamətgahından FOTOREPORTAJ

Xəbərlər

3-04-2022, 09:17

Şirvanşah I Xəlilullahın göstərişi ilə tikilən yeddi əsrlik karvansaray məhv olmaq üzrədir - FOTOREPORTAJ

Xəbərlər

25-06-2021, 02:01

Şuşa döyüşlərində neçə hərbçimiz ŞƏHİD OLUB? - Hamısı TƏLTİF OLUNDU (ADLAR)

Gözəllik və təbabət

16-09-2018, 14:03

Zanbaqlar-sultanların sevimli çiçəyi...

Manşet / Bioqrafiya

22-06-2018, 12:03

DAVATDAROVA Mina Müzəffər qızı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Son xəbərlər
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • 3-09-2026, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • 3-09-2026, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • 3-09-2026, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • 3-09-2026, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • 3-09-2026, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə