• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Alzheimer ağızdan başlayır?
İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qəbizlik: kiçik faciələrin böyük problemləri

Araşdırma

29-03-2021, 12:13

Qəbizlik: kiçik faciələrin böyük problemləri


Qədim eskulaplar hesab edirdilər ki, bağırsağı pis işləyən insanı sağlam adlandırmaq olmaz. Böyük Hippokrat iddia edirdi - "Möhkəm sağlamlıq, mükəmməl təmizlənməni nəzərdə tutur". Xroniki qəbizlik yalnız xoşagəlməz bir əlamət deyil, eyni zamanda bir çox təhlükəli xəstəliklərin səbəbidir.

Qəbizlik nədir?

Qəbizlik, defekasiyanın bir neçə gün aralıqlarla və ya çox çətinliklə baş verdiyi və ağrı hissi ilə müşayiət olunan bağırsaqların işində bir nasazlıqdır. Normada nəcis ifrazı hər gün olmalıdır, səhər saat 6-dan 12-ə qədər. Niyə məhz bu vaxtı? Birincisi, nəcisin porsiyası gecə yuxusu zamanı formalaşır, çünki yoğun bağırsaq bütün gecəni işləyir. İkincisi, səhər 3 güclü refleks (çağırış) yaranır: ortostatik - yataqdan qalxdığımızda şaquli vəziyyətə, siqmorektal - bağırsağın aşağı düşməsinə və qastrorektal - qıdanın qəbul edilməsinə. Buna görə də, səhər tələsərkən çalışın çağırışları saxlamayın. Bununla belə, sutka ərzində 2-3 defekasiya aktının olması 2 sutka ərzində nəcis ifrazının olmaması kimi normal sayılır. Kənara çıxmalar individual xarakter daşıya bilər.

Qəbizliyin ən çox görülən səbəbləri hansılardır?

Bir tərəfdən, qəbizliyin yaranmasına yüksək həyat tempi, oturaq həyat tərzi, sinir gərginliyi, psixoloji stress, daimi zehni və fiziki yorğunluq təsir göstərir. Digər tərəfdən, çox vaxtı bu əzab pasiyentin günahına görə inkişaf edir: qida rasionunda tərəvəz və meyvələrin azaldılması, xüsusilə tələsik, "ayaq üstü atışdırmalar", tez qidalanma (fast food), müxtəlif buterbrod, hamburger və hot-doqlarla qidalanma, mayenin az qəbul edilməsi, adekvat fiziki yükləmələrin olmaması və s. Qəbizlik endokrin və həzm sistemi tərəfindən bəzi xəstəliklərin nəticəsi ola bilər. Hamiləlik və qocalıq dövründə hormonal dəyişikliklər səbəbindən bağırsaq funksiyasının pozulması, qidalanma və suyun dəyişməsi ilə bağlı "səyahətçi qəbizliyi" mümkündür. Bağırsağın peristaltikasını inhibə etmək kimi yan təsirə malik olan bəzi dərman preparatlarının (bəzi ağrıkəsicilər, antidepressanlar, dəmir preparatları və s.) qəbulu, yanaşı xəstəliklər nəticəsində məcburi yataq rejiminin olması qəbizliyə səbəb ola bilir.

Xroniki qəbizlik nə ilə təhlükəlidir?

Xroniki qəbizliyin kədərli nəticələri üzün sağlam olmayan rəngi, yağlı dəri, sızanaqlar, ağızdan xoşagəlməz qoxu, gəyirmə, köp, piylənmə və s. ola bilər. Lakin bu, buzdağının yalnız zirvəsidir, çünki orqanizmdə daha xoşagəlməz proseslər baş verir. Bütün sistemlər, qan, limfa sistemi şlaklanmaya (tullantı maddələrinin orqanizmdə toplanması) məruz qalır, qaraciyər, ürək, ağ ciyər, böyrəklər əziyyət çəkir, orqanizmi toksiki tullantılardan azad etmək üçün daha böyük qüvvə sərf etmək məcburiyyətində qalır, daha yüklü çalışırlar.

Qəbizlikdən əziyyət çəkənlərə tövsiyələr:

Hər şeydən öncə rasionda qida liflərinin miqdarını (buğda kəpəyi və ya meyvə), maye qəbulunu>3 L/günə qədər artırmaq və uzun müddətli ac qalmaqdan çəkinmək lazımdır. Tez-tez aralıqlarla az miqdarda yemək qəbizliyin qarşısını alır. Həyat tərzini dəyişmək də vacibdir - sistematik fiziki aktivlik və defekasiya aktının sakit vəziyyətdə keçirilməsi üçün müntəzəm cəhdlər tövsiyə edilir. Pəhriz və həyat tərzində dəyişikliklər kömək etmirsə, işlədici vasitələrdən istifadə oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, bəzi işlədicilər uzun müddət ərzində qəbul edilməsi zamanı öyrəşmə yarada bilirlər, bu isə getdikcə dozanın artırılmasına, yəni asılılığa və gələcəkdə "tənbəl bağırsaq" sindromunun yaranmasına səbəb ola bilir. Buna görə də, eyni zamanda bağırsaq möhtəviyyatının tranzitini normallaşdıran, spazmı və ağrı sindromunu aradan qaldıran, asılılığa səbəb olmayan, ən əsası isə həyat keyfiyyətini yaxşılaşdıran təbii tərkibli vasitələri qəbul etmək tövsiyə edilir.

Qəbizlikdən şikayətçi olan insanların bir qismi qeyd olunan tövsiyələrə əməl etməklə həkimə getmədən belə sağala bilirlər. Lakin uzun müddət davam edən qəbizlik hər hansı bir ciddi xəstəliyin xəbərcisi ola bilər. Əgər yuxarıda qeyd olunan tövsiyələrə ciddi əməl olunmasına baxmayaraq, qəbizlik problemi davam edərsə, mütləq həkimə müraciət edin!

Oxunub: 898
Paylaş:
Digər xəbərlər

Araşdırma

15-08-2020, 23:47

Uşaqlarda xroniki qəbizlik - SİMPTOMLARI və MÜALİCƏSİ

Araşdırma

8-07-2020, 20:38

Uşaqlarda xroniki qəbizlik - SİMPTOMLARI və MÜALİCƏSİ

Səhiyyə

15-01-2024, 17:18

Qəbizliyin QORXULU FƏSADLARI

Səhiyyə

25-01-2020, 10:40

Qəbizlik nədir?

Səhiyyə

7-08-2019, 11:25

Qəbizliyin QORXULU FƏSADLARI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Son xəbərlər
  • Bu gün, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Bu gün, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Bu gün, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Bu gün, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • Dünən, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • Dünən, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • Dünən, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • Dünən, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • Dünən, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • Dünən, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • Dünən, 15:47
    Alzheimer ağızdan başlayır?
  • Dünən, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • Dünən, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • Dünən, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • Dünən, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • Dünən, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • Dünən, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • 18-08-2026, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • 18-08-2026, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • 18-08-2026, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • 18-08-2026, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • 18-08-2026, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • 18-08-2026, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • 18-08-2026, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə