• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dünyada 350 milyondan çox insan depressiyadadır
Bu cür diş ağrısı infarktın əlaməti ola bilər - Həkimdən xəbərdarlıq
Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?
“Hizbullah”a qarşı döyüşlər: İsrail hərbçisi həlak oldu
Tez-tez xəstələnirsiniz? Bu analizləri mütləq edin
Güclü zəlzələləri proqnozlaşdırmaq üçün yeni üsul - Fəlakət qaçılmaz ola bilər
Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir
Panik atak zamanı bədəndə nə baş verir?
Rasim Balayev vəfat etdi
Bu şəxslər sorğu-sualsız kredit götürə bilərlər
İnteqrativ tibb nədir? - Professorun izahı
Davamlı sülhə doğru irəliləməyə hazırıq - İran
"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?
Nə quyruq yağı, nə də soğan - Diz ağrısı üçün əsl müalicə
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
Təklikdə yeməyin sağlamlığa ZƏRƏRLƏRİ
İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… – Gerçəklər
ABŞ İrana ordu yeridir - Təcili
Hər üç kişidən birinin sümükləri zəifdir
Xamenei və Netanyahunun məlumatlarını kim ötürüb? – Gizli qaçış ortaya çıxdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Parkinson xəstəliyi ilə bağlı vacib məqam

Gündəm / Araşdırma

15-04-2025, 09:05

Parkinson xəstəliyi ilə bağlı vacib məqam


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva: "Psixoloji dəstək və fiziki aktivlik Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacib olan məqamları bölüşüb".

Milli.Az Səhiyyə Nazirliyinin həkimi Yeganə Əliyevanın müsahibəsini təqdim edir:

- Yeganə xanım, hansı səbəbdən Parkinson xəstəliyi baş verir?

- Parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin məhvi ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Dopamin hərəkətlərin koordinasiyasına cavabdeh olan əsas neyrotransmitterlərdən biridir. Bu hüceyrələrin tədricən məhv olması nəticəsində beyində dopamin səviyyəsi azalır. Bu da hərəkət pozuntularına, əzələ sərtliyinin zəifləməsinə və digər simptomlara səbəb olur. Genetik meyillilik olan insanlarda müəyyən mutasiyalar xəstəliyə səbəb ola bilər. Lakin bu, yalnız az hallarda müşahidə edilir.
Yaş da risk faktorlarından biridir, çünki Parkinson xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda inkişaf edir. Lakin, bəzi hallarda gənc yaşlarda da rast gəlinə bilər. Beyində iltihabi proseslərin və oksidləşdirici stresin də dopamin hüceyrələrinin məhv olmasına təsir etdiyi düşünülür.

- Parkinson xəstəliyinin əsas əlamətləri necə inkişaf edir və gündəlik həyata necə təsir edir?

- Parkinson xəstəliyinin simptomları yavaş-yavaş inkişaf edir və ilkin mərhələdə adətən nəzərə çarpmır. Xəstəliyin ən erkən əlamətlərindən biri bədənin bir tərəfində baş verən titrəmə və ya hərəkətlərin yüngül ləngiməsidir. İnsanlar hərəkətlərin əvvəlki kimi sürətli və çevik olmadığını hiss edə bilərlər. Zaman keçdikcə hərəkətlərin ləngiməsi artır və xəstəlik irəlilədikcə balans pozuntuları, yıxılma riski və hərəkət məhdudiyyəti ortaya çıxır. Mimikaların azalması və üz ifadələrinin zəifləməsi nəticəsində xəstənin üzü daha ifadəsiz görünə bilər. Əl yazısı getdikcə xırda və qeyri-müntəzəm olur. Gündəlik fəaliyyətlər, məsələn, geyinmək, qidalanmaq və ya yazmaq çətinləşir.
Xəstəlik yalnız fiziki simptomlarla məhdudlaşmır, eyni zamanda depressiya, yorğunluq, yuxu problemləri və qoxu duyğusunun zəifləməsi kimi qeyri-motor əlamətlərlə də müşayiət olunur. Bu simptomlar birbaşa olaraq insanın həyat keyfiyyətinə təsir edir.

- Doktor, xəstəliyin diaqnozu necə müəyyən edilir?

- Parkinson xəstəliyinin diaqnozu əsasən xəstənin klinik simptomlarına və tibbi tarixçəsinə əsasən qoyulur. Hazırda bu xəstəliyi aşkarlamaq üçün xüsusi laborator testlər mövcud deyil. Nevroloji müayinə zamanı həkim xəstənin hərəkətlərini, titrəməni, əzələ sərtliyini və tarazlıq vəziyyətini qiymətləndirir. Xəstəliyin digər nevroloji pozuntularla qarışdırılmaması üçün beyin görüntüləmə metodlarından istifadə olunur. Beyin MRT və KT müayinələri adətən beyində struktur dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün istifadə edilir, çünki bənzər simptomlar yaradan digər xəstəliklərin istisna edilməsi vacibdir. Bəzi hallarda dopamin transporter skanı kimi xüsusi görüntüləmə metodları istifadə olunur. Bu da dopamin səviyyəsinin azalmasını göstərməyə kömək edir.
Bəzən xəstənin müalicəyə reaksiyası da diaqnostik metod kimi istifadə edilir. Əgər müəyyən dərman vasitələri qəbul edildikdən sonra xəstənin hərəkətləri yaxşılaşırsa, bu, Parkinson xəstəliyinin olmasını təsdiq edə bilər.

- Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinə necə təsir edir?

- Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan bir xəstəlik deyil, eyni zamanda xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır. Eyni zamanda, bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur.
Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirə və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də, psixoloji dəstək, sosial münasibətlərin qorunması və stresin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir.

- Parkinson xəstələri üçün həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hansı strategiyalar mövcuddur?

- Parkinson xəstələri üçün həyat keyfiyyətini artırmaq üçün bir neçə mühüm strategiya mövcuddur. İlk növbədə, fiziki aktivlik və mütəmadi idman hərəkətləri vacibdir. Hərəkətlilik xəstəliyin irəliləməsini ləngidə və əzələlərin elastikliyini qorumağa kömək edə bilər. Fizioterapiya və müalicəvi idman hərəkətləri balansı yaxşılaşdırmağa və əzələ sərtliyini azaltmağa kömək edir. Sosial münasibətlərin qorunması və aktiv həyat tərzi yaşamaq xəstənin emosional vəziyyətinə müsbət təsir göstərir.
Psixoloji dəstək və terapiya xəstənin depressiya və narahatlıq hisslərini idarə etməsinə kömək edə bilər. Yuxu rejiminin düzgün tənzimlənməsi və stresin azaldılması da Parkinson xəstələri üçün vacib amillərdən biridir. Qidalanma rejiminə diqqət yetirmək və bədənin ehtiyac duyduğu vitamin və mineralları qəbul etmək xəstənin ümumi sağlamlığı üçün faydalıdır.

- Parkinson xəstəliyinin gedişatında fizioterapiya və reabilitasiyanın rolu nədən ibarətdir?

- Fizioterapiya və reabilitasiya üsulu Parkinson xəstəliyinin ən əsas proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin, ağrı, səhər saatlarında yuxululuq halı, mədə-bağırsaq fəaliyyətində yavaşlama, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.
Parkinson xəstəliyində dərman müalicəsinə əlavə olaraq xəstələrin gündəlik həyatlarında daha müstəqil və rahat olması, xəstəlik əlamətlərinin aradan qaldırılması və ya ən azından inkişafının qarşısının alınması üçün fizioterapiya proqramı verilir. İstifadə edilən başlıca müalicə üsulları hidroterapiya, bimanual müalicə, elektroterapiya kimi təməl fizioterapiya üsullarıdır. Bundan əlavə, bir xəstəyə məşq proqramı hazırlanır və bu proqram xəstənin həyatını asanlaşdırmaq üçün vacibdir. Təlim proqramına uyğunlaşmaqla, xəstələr ikincili ağırlaşmalardan qaça biləcəklər.
Reabilitasiyanın əsas hədəfi dayaq hərəkət pozğunluğunun korreksiyası və məcburi hipodinamikanın arzuolunmaz nəticələrinin qarşısının alınmasıdır. Reabilitasiya proqramının əsası əzələlərin sərtliyini azaltmaq üçün gərmə məşqlərinin icrasıdır. Bundan əlavə, duruş problemlərini aradan qaldırmaq və artımın qarşısını almaq üçün gərmə məşqləri lazımdır. Gərmə hərəkətləri yavaş, lakin tez-tez edilməlidir. İdmandan sonra tətbiq olunacaq gərmə hərəkətləri əzələ spazmının qarşısını almaq üçün çox faydalıdır. Rahatlama məşqləri yüksək konsentrasiya və xəyal gücündən istifadə edərək, bütün bədəni rahatlaşdırmağa yarayan faydalı bir üsuldur. Yalnız Parkinson kimi xəstəliklərdə deyil, sağlam insanlar da istifadə edilə bilər. Bütün bu məşqlər mütləq bir fizioterapevt qiymətləndirməsindən sonra xəstəyə xüsusi olaraq tətbiq olunan bir proqram daxilində verilməlidir. /lent.az

Oxunub: 318
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

12-02-2025, 09:02

Parkinsonun səbəbləri - Müalicəsi varmı?

Gündəm / Araşdırma

5-07-2024, 21:32

Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?

Səhiyyə

8-06-2020, 11:30

Parkinson xəstəliyi bağırsaqlarda başlayır

Səhiyyə

20-09-2019, 15:24

Parkinson xəstəliyi bağırsaqlarda başlayır

Səhiyyə

22-05-2019, 11:03

Kor bağırsağın sirri çözüldü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dünyada 350 milyondan çox insan depressiyadadır
Bu cür diş ağrısı infarktın əlaməti ola bilər - Həkimdən xəbərdarlıq
Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?
“Hizbullah”a qarşı döyüşlər: İsrail hərbçisi həlak oldu
Tez-tez xəstələnirsiniz? Bu analizləri mütləq edin
Güclü zəlzələləri proqnozlaşdırmaq üçün yeni üsul - Fəlakət qaçılmaz ola bilər
Son xəbərlər
  • Bu gün, 22:16
    Dünyada 350 milyondan çox insan depressiyadadır
  • Bu gün, 21:43
    Bu cür diş ağrısı infarktın əlaməti ola bilər - Həkimdən xəbərdarlıq
  • Bu gün, 20:42
    Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?
  • Bu gün, 19:06
    “Hizbullah”a qarşı döyüşlər: İsrail hərbçisi həlak oldu
  • Bu gün, 18:31
    Tez-tez xəstələnirsiniz? Bu analizləri mütləq edin
  • Bu gün, 17:42
    Güclü zəlzələləri proqnozlaşdırmaq üçün yeni üsul - Fəlakət qaçılmaz ola bilər
  • Bu gün, 16:30
    Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir
  • Bu gün, 15:18
    Panik atak zamanı bədəndə nə baş verir?
  • Bu gün, 14:15
    Rasim Balayev vəfat etdi
  • Bu gün, 13:55
    Bu şəxslər sorğu-sualsız kredit götürə bilərlər
  • Bu gün, 12:35
    İnteqrativ tibb nədir? - Professorun izahı
  • Bu gün, 11:27
    Davamlı sülhə doğru irəliləməyə hazırıq - İran
  • Bu gün, 10:16
    "Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?
  • Bu gün, 09:13
    Nə quyruq yağı, nə də soğan - Diz ağrısı üçün əsl müalicə
  • Dünən, 22:15
    İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
  • Dünən, 21:26
    Təklikdə yeməyin sağlamlığa ZƏRƏRLƏRİ
  • Dünən, 20:26
    İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… – Gerçəklər
  • Dünən, 19:38
    ABŞ İrana ordu yeridir - Təcili
  • Dünən, 18:07
    Hər üç kişidən birinin sümükləri zəifdir
  • Dünən, 17:08
    Xamenei və Netanyahunun məlumatlarını kim ötürüb? – Gizli qaçış ortaya çıxdı
  • Dünən, 16:33
    İran ətrafında müharibə dünya iqtisadiyyatını necə dəyişdirəcək?
  • Dünən, 15:21
    Sistitin müalicəsində ən təhlükəli 4 səhv
  • Dünən, 14:36
    NATO-nun hesabatında Azərbaycan-Ermənistan münasibəti
  • Dünən, 13:02
    Gürcüstan Azərbaycanla sərhəddəki kəmərin yerini dəyişir - Ermənistan xahiş edib
  • Dünən, 12:25
    Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
  • Dünən, 11:17
    Türkiyənin məşhur kəşfiyyat təyyarələri ard-arda İrəvanda göründü – Nə baş verir?
  • Dünən, 10:44
    Tramp Makronu ələ saldı: Artıq mənə lazım deyilsən
  • Dünən, 09:02
    Qan və qaraciyəri təmizləyən ən faydalı qidalar
  • 27-03-2026, 22:40
    Bu ölkədə 300 illik qəbiristanlıqda “vampir” dəfnləri aşkarlandı
  • 27-03-2026, 21:41
    Əhəmiyyətli hadisələrdən əvvəl qarın ağrısının səbəbi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə