• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
“Ziillər sadəcə kosmetik problem deyil – HPV bəzi hallarda xərçəngə səbəb olur
Netanyahu 1 il əvvəl İran haqda nə öyrənib? – Özü danışdı
İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
Dizartriya – insultdan 1 həftə öncəki XƏBƏRDARLIQ
Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
Hava ilə bağlı xəbərdarlıq: Temperatur 5–8 dərəcə enəcək
Kişinin bədənindəki qurd, parazit qadına keçə bilərmi?
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı
İtalyan nazirdən ÇAĞIRIŞ - “Əgər Vaşinqtonda bunu edirlərsə...”
Uşaqlarda baş ağrılarının - 5 əsas səbəbi
İran Hörmüz boğazında nəzarətin bərpa olunduğunu açıqladı
Pensiya haqda narahatedici proqnoz verildi – dövlət hərəkət keçir?
Corab izlərinə diqqət: Əsl səbəbi budur
Yaz gəldi, bəs bu "ağırlıq" niyə yox olmur?
Yaşıl çay xərçəngdən qoruyurmu?
İran razılaşdı, Tramp icazə verdi: 3 səhifəlik sensasion sənəddə nə yazılıb?
Türkiyə regionda ilkə imza atdı, Bakı dəstəklədi – Əliyev də oradadır
Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

TƏCİLİ! Əhalıyə inanılmaz BƏD XƏBƏR: Millət hazır ol! - Buda axırı ...

---

13-01-2019, 00:41

TƏCİLİ! Əhalıyə inanılmaz BƏD XƏBƏR: Millət hazır ol! - Buda axırı ...

Avtomobillərin, içkilərin və siqaretin qiyməti xeyli artacaq

Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olundu

Dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.
Artıq qanun quvvəyə minib.
Bundan başqa, sənədə əsasən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır. Minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Sənəddə o da bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Sənəsə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq.

Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Dəyişiklik layihəsinə əsasən ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.

Qeyd edək ki, hazırda Məcəllənin 218.1.2-ci maddəsində (218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər) göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır: ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8%.

Qeyd edək ki, digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Qeyd edək ki, hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

Digər dəyişikliklə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər.

“Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”,- layihədə qeyd olunub.

Bundan başqa, Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təklif olunur.

Sənəddə bildirlir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisininin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur. Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.

Bundan başqa, KOB klaster şirkətinin mənfəəti- KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək.

Həmçinin, dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Bundan başqa, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergiödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Belliklə, Vergi Məcəlləsində edilən dəyişikliklər Azərbaycana idxal olunan minik avtomobillərinin qiymətinin kəskin artmasına səbəb olacaq. Bundan əlavə alkoqollu, alkoqolsuz energetik içkilərin, siqaretlərin də qiyməti xeyli artacaq.

Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunduğundan, ölkədə bir çox istehlak mallarının qiymətində müəyyən artımların baş verəcəyini də gözləmək olar.

Oxunub: 5 555
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-01-2019, 18:15

TƏCİLİ! Daha bir BƏD XƏBƏR: Dərd batmanla gəlir...

Xəbərlər

1-01-2019, 15:24

​SON DƏQİQƏ: Benzinə yeni vergi tətbiq olunur - QİYMƏT

Xəbərlər

13-12-2018, 23:51

Əhaliyə BƏD XƏBƏR: Kacıb təbəqəyə ZƏRBƏ - Buda axırı - SON DƏQİQƏ!

Xəbərlər

25-11-2018, 01:30

Təcili! İNANILMAZ DAHA BİR BƏD XƏBƏR: Döy başına ay millət...

Xəbərlər

19-11-2018, 19:58

Son anda!!! AZƏRBAYCANDA BU DA OLDU - Hamını sevindirəcək şad xəbər!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
“Ziillər sadəcə kosmetik problem deyil – HPV bəzi hallarda xərçəngə səbəb olur
Netanyahu 1 il əvvəl İran haqda nə öyrənib? – Özü danışdı
İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
Dizartriya – insultdan 1 həftə öncəki XƏBƏRDARLIQ
Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
Son xəbərlər
  • Bu gün, 22:42
    Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
  • Bu gün, 21:25
    “Ziillər sadəcə kosmetik problem deyil – HPV bəzi hallarda xərçəngə səbəb olur
  • Bu gün, 20:13
    Netanyahu 1 il əvvəl İran haqda nə öyrənib? – Özü danışdı
  • Bu gün, 19:35
    İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
  • Bu gün, 18:46
    Dizartriya – insultdan 1 həftə öncəki XƏBƏRDARLIQ
  • Bu gün, 17:10
    Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
  • Bu gün, 16:17
    Hava ilə bağlı xəbərdarlıq: Temperatur 5–8 dərəcə enəcək
  • Bu gün, 15:13
    Kişinin bədənindəki qurd, parazit qadına keçə bilərmi?
  • Bu gün, 14:20
    İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı
  • Bu gün, 13:36
    İtalyan nazirdən ÇAĞIRIŞ - “Əgər Vaşinqtonda bunu edirlərsə...”
  • Bu gün, 12:21
    Uşaqlarda baş ağrılarının - 5 əsas səbəbi
  • Bu gün, 11:05
    İran Hörmüz boğazında nəzarətin bərpa olunduğunu açıqladı
  • Bu gün, 10:28
    Pensiya haqda narahatedici proqnoz verildi – dövlət hərəkət keçir?
  • Bu gün, 09:11
    Corab izlərinə diqqət: Əsl səbəbi budur
  • Dünən, 22:03
    Yaz gəldi, bəs bu "ağırlıq" niyə yox olmur?
  • Dünən, 21:42
    Yaşıl çay xərçəngdən qoruyurmu?
  • Dünən, 20:23
    İran razılaşdı, Tramp icazə verdi: 3 səhifəlik sensasion sənəddə nə yazılıb?
  • Dünən, 19:00
    Türkiyə regionda ilkə imza atdı, Bakı dəstəklədi – Əliyev də oradadır
  • Dünən, 18:52
    Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları
  • Dünən, 17:49
    Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
  • Dünən, 16:52
    Bu qurumlar birləşdirildi
  • Dünən, 15:27
    Topuq nahiyəsində şişkinlik və ağrı - Səbəblər
  • Dünən, 14:24
    Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
  • Dünən, 13:04
    Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
  • Dünən, 12:10
    Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR
  • Dünən, 11:39
    Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?
  • Dünən, 10:23
    SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
  • Dünən, 09:04
    Hər səhər zəngli saatı ertələmək nə deməkdir? - Mütəxəssislər izah edir
  • 17-04-2026, 22:09
    Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
  • 17-04-2026, 21:37
    Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə