• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ömrü 14 il uzadan 5 vərdiş
Təzyiq xəstələri şəkəri azaltsa, nə olar?
Tramp 15 ölkəni təhdid edib - Güc tətbiqi ehtimalı səsləndirilib
ABŞ İrana zərbələr endirdi, Tehrandan cavab...
Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?
Finlandiya NATO-ya üzvlükdən peşmandır - İqtisadi və sosial problemlər yaradıb
Ukrayna Çerniqova qoşun yeridir – Rusiyadan ilk reaksiya
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı
SEPAH hərəkətə keçdi: İrandan ABŞ-a cavab zərbəsi
Omeqa-3 həqiqətən faydalıdır?
Merts vəzifəsindən uzaqlaşdırılır? - Onu bu şəxs əvəz edə bilər
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bədəndən toksinləri təmizləyən effektiv üsullar
İnsan bədənindəki "üçüncü göz"ün inanılmaz funksiyaları üzə çıxdı
Dizlər gecələr niyə ağrıyır?
Almaniyadan Rusiyaya: Bizi qorxutmaq mümkün deyil!
Adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
Yorğunluq, unutqanlıq, depressiya - B12 çatışmazlığının simptomları
Putin hərəkətə keçdi: Rusiya həmin qanunu qəbul etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bərdənin polis rəisi prezidentin yanında: Avtoxuliqan məmur balasını həbs etdi və... - Təfsilat

---

16-09-2018, 00:35

Bərdənin polis rəisi prezidentin yanında: Avtoxuliqan məmur balasını həbs etdi və... - Təfsilat

Prezident dəfələrlə açıq və sərt şəkildə bəyan edib ki, qudurğanlıq, harınlıq edən məmur uşaqları cəzalandırılacaq, vəzifəli ataları işdən azad ediləcək.

Ötən dövr ərzində bu xəbərdarlığın həyata keçirilməsinin bir neçə dəfə şahidi olmuşuq. Dövlət başçısı əhalini incidən, təhqir edən məmur balalarını bağışlamayıb.

Eyni zamanda prezidentin tapşırığından irəli gələrək yerlərdə hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları tərəfindən qudurğan hərəkətlərə yol verən vəzifəli şəxslərin övladları dərhal məsuliyyətə cəlb olunur.

Cahan.İnfo-nun əldə etdiyi xəbərə görə, növbəti hadisə Bərdə rayonunda baş verib. Atası Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərahiyyə şöbəsinin baş həkimi olan Süleymanlı Əli Ədalət oğlu istifadəsində olan 99 DB 309 nömrə nşanlı “Land Krusier”" markalı avtomobillə avtoxuliqanlıq və cəmiyyətə açıqca hörmətsizlik edib.

Bu xəbəri Xəyyam Salmanzadə adlı feysbuk istifadəçisi yazıb. Onun yazdığına görə, Bərdədə internat məktəbinin ərazisinə gələn, burada yaşayan məcburi köçkün ailələrinin istirahətini pozan Ə.Süleymanlı yüksək səsli musiqi, ədabaz hərəkətlərlə diqqət çəkməyə çalışıb.

Bahalı maşını ilə qudurğan hərəkətlər edən Ə.Süleymanlı ilə bağlı dərhal Bərdə Rayon Polis Şöbəsinə müraciət edilib.

Bərdə RPŞ-nin rəisi İlqar Məmmədov dərhal onun salxanması barədə göstəriş verib. Anası həmin internat məktəbinin müəlliməsi olan, atası həkim işləyən bir gəncin nümunəvi olmaq əvəzinə qudurğanlıq etməsiciddi narazılıq doğurub.

Lakin yaxınları hərəkətə keçərək onun müvəqqəti saxlanma təcridxanasından çıxarmaq üçün yuxarılara minnətçi düşməyə başlayıblar.

X.Salmanzadə yazıb ki, yüksək ranqlı məmurlar Bərdə RPŞ rəisi İ.Məmmədovdan onun azadlığa buraxmasını xahiş ediblər. Belə iddialar var ki, polis rəisinə yüksək məbləğdə pul təklifi də olub.

Ancaq gəldiyi gündən əhalinin böyük hörmətini və nüfuzunu qazanmış İ.Məmmədov vətəndaşları narahat edən harınlamış varlı balasını heç bir təmənna güdmədən sərbəst buraxmayıb.

Bərdənin polis rəisi bildirib ki, həmin məktəbin ərazisində şəhid ailəsi yaşayır, onun ailəsinə qarşı edilən qudurğanlıq düşünün ki, bizə edilib.

Əgər bizə o cür qudurğanlıq xoş deyilsə, o zaman şəhid ailəsinə də xoş deyil. Bundan sonra Bərdə Rayon Məhkəməsinim qərarı ilə Ə.Süleymanlı barəsində 10 sutka inzibati həbs cəzası çıxarılıb.

Cahan.İnfo-nun əldə etdiyi xəbərə görə, ailəsi bu qərardan Gəncə Apelyasiya Məhkəməsinə şikayət edib. Məhkəmənin hakimi Çingiz Məmmədov isə qanunları tapdalayaraq, hansısa maraqlarının təmin olunması müqabilində onun cəzasını 2 sutkaya endirib, 200 manat cərimə qərarı çıxarıb.

Ç.Məmmədov Bərdənin təcridxana rəisinə zəng edərək Ə.Süleymanlının məhkəmədə iştirak üçün gətirilməsini tələb edib. Məhkəmə zalından isə azadlığa buraxılıb.

Bərdə polis rəisi müxtəlif təklifləri rədd edərək şəhid ailəsini, vətəndaşların rahatlığını düşünüb onu azad etmədiyi halda, apelyasiyanın hakimi Ç.Məmmədov avtoxuliqanı azadlığa buraxıb.

Rayon ictimaiyyəti tərəfindən hakimin qərarı pislənilib, Əlinin ailəsi qınanıb, normal tərbiyə almadığı vurğulanıb. Eyni zamanda Bərdə RPŞ rəisi İ.Məmmədova təşəkkür edilib.

X.Salmanzadənin bu faktı yazması sosial şəbəkələrdə olan bərdəlilər tərəfindən də bəyənilib, polis rəisinə minnətdarlıq edilib, İ.Məmmədovun cinayətkarlığa qarşı amansız olduğu bildirilib.

Bərdə sakinləri feysbukda yazıblar ki, İ.Məmmədov RPŞ rəisi təyin olunduqdan sonra narkotiklə, cinayətkarlıqla, quldurluqla bağlı koordinasiyalı şəkildə mübarizə aparır.

Ümumiyyətlə, Ə.Süleymanlının saxlanılması sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib, yüzlərlə şərhlər, paylaşımlar olub, gündəm yaradıb.

İctimai asayişin qorunmasında Bərdə Rayon Polis şöbəsi rəisi İlqar Məmmədov və əməkdaşlarının xidməti xüsusi ilə seçilir.

Bərdədə narkotik istifadəçiləri və ticarətçilərinə qarşı bir müharibə elan olunub. Qısa bir zamanda rayon polisi Bərdəni narkotikdən təmizləyib.

Bərdə polisi cibgirlik, oğurluq, evlərin və ofislərin qarət olunması, quldurluq, dələduzluq, hədə-qorxu yolu ilə pul tələb olunması, mütəşəkkil cinayətkar dəstələrin yaradılması hallarına qarşı irimiqyaslı əməliyyatlar keçirib.

İ.Məmmədovun rəhbərliyi və təlimatları əsasında keçirilən ardıcıl əməliyyatlar nəticəsində Bərdədə kriminogen vəziyyət yenidən öz axarına qayıdıb.

İndi kimsə cürət edə bilməz ki, bu regionda narkotik maddələrin dövriyyəsi, ticarəti ilə məşğul olsun, narkomaniya yayılsın.

Bərdə RPŞ rəisi əhalini zəhərləyənlərin kökünü kəsməyə nail olub. Məlumatlara görə, İ.Məmmədovun bu uğurlu əməliyyatları və tez bir vaxtda nəticə əldə edə bilməsi birbaşa nazirdən gələn tapşırıqlar əsasında həyata keçirilib.

Nazir Ramil Usubov onu bu vəzifəyə təyin edərkən Bərdəyə gəlişində kriminogen mənzərənin dəyişdiyini görmək istədiyini bildirib. DİN rəhbərliyinin göstərişi ilə Bərdə narkotik və narkomaniyadan demək olar ki, xilas edilib.

Oxunub: 1 871
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-09-2018, 22:19

DAHA BİR YÜKSƏK VƏZİFƏLİ MƏMUR HƏBS OLUNDU - Son Dəqiqə!

Manşet / Gündəm / Xəbərlər

22-06-2018, 12:28

Pambıqçıların zəhərlənməsinə görə 3 vəzifəli şəxs həbs olundu

Manşet / Gündəm / Xəbərlər

5-05-2018, 09:54

Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Manşet / Gündəm / Xəbərlər

13-04-2018, 07:36

Azərbaycanda məmur oğlu bədbəxt hadisə nəticəsində öldü

Manşet / Gündəm / Xəbərlər

31-03-2018, 11:19

Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ömrü 14 il uzadan 5 vərdiş
Təzyiq xəstələri şəkəri azaltsa, nə olar?
Tramp 15 ölkəni təhdid edib - Güc tətbiqi ehtimalı səsləndirilib
ABŞ İrana zərbələr endirdi, Tehrandan cavab...
Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?
Finlandiya NATO-ya üzvlükdən peşmandır - İqtisadi və sosial problemlər yaradıb
Son xəbərlər
  • Bu gün, 22:02
    Ömrü 14 il uzadan 5 vərdiş
  • Bu gün, 21:38
    Təzyiq xəstələri şəkəri azaltsa, nə olar?
  • Bu gün, 20:38
    Tramp 15 ölkəni təhdid edib - Güc tətbiqi ehtimalı səsləndirilib
  • Bu gün, 19:21
    ABŞ İrana zərbələr endirdi, Tehrandan cavab...
  • Bu gün, 18:58
    Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?
  • Bu gün, 17:04
    Finlandiya NATO-ya üzvlükdən peşmandır - İqtisadi və sosial problemlər yaradıb
  • Bu gün, 16:32
    Ukrayna Çerniqova qoşun yeridir – Rusiyadan ilk reaksiya
  • Bu gün, 15:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • Bu gün, 14:30
    Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı
  • Bu gün, 13:48
    SEPAH hərəkətə keçdi: İrandan ABŞ-a cavab zərbəsi
  • Bu gün, 12:12
    Omeqa-3 həqiqətən faydalıdır?
  • Bu gün, 11:27
    Merts vəzifəsindən uzaqlaşdırılır? - Onu bu şəxs əvəz edə bilər
  • Bu gün, 10:06
    Bu gün Azərbaycanda Müstəqillik Günüdür
  • Bu gün, 09:08
    Bədəndən toksinləri təmizləyən effektiv üsullar
  • Dünən, 22:07
    İnsan bədənindəki "üçüncü göz"ün inanılmaz funksiyaları üzə çıxdı
  • Dünən, 21:51
    Dizlər gecələr niyə ağrıyır?
  • Dünən, 20:04
    Almaniyadan Rusiyaya: Bizi qorxutmaq mümkün deyil!
  • Dünən, 19:20
    Adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
  • Dünən, 18:34
    Yorğunluq, unutqanlıq, depressiya - B12 çatışmazlığının simptomları
  • Dünən, 17:24
    Putin hərəkətə keçdi: Rusiya həmin qanunu qəbul etdi
  • Dünən, 16:47
    Dəhşətli istilər gəlir – Aylıq proqnoz
  • Dünən, 15:10
    Uşaqlarda qurd əlamətləri hansılardır? – Ən çox edilən səhvlər və təhlükəli məqamlar
  • Dünən, 14:25
    Kiyev Avropa İttifaqına üzvlük yolunda - Danışıqlar başlayır
  • Dünən, 13:12
    İrandan Azərbaycanı da maraqlandıran mühüm ANONS
  • Dünən, 12:26
    Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
  • Dünən, 11:40
    İrəvana gələn Rubio Zəngəzur dəhlizi sazişini niyə indi imzaladı? – Detallar
  • Dünən, 10:09
    MDB-dən çıxış başlayır: Moldova əsas sazişləri ləğv etdi
  • Dünən, 09:02
    Səhərlər gözdə problem insultdan xəbər verə bilər
  • 26-05-2026, 22:39
    İnsanlar niyə yazda tez-tez köklü dəyişikliklər etmək istəyirlər?
  • 26-05-2026, 21:39
    Qarında şişkinliyi azaltmağın sadə yolları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə